Azərbaycan dilinin frazeologiya lügəti

  • İMANA-DİNƏ GƏLMƏK

    bax: imana gəlmək.

    Tam oxu »
  • İMANA GƏLMƏK

    imanlı, insaflı olmaq, pis işlərdən əl çəkmək; ~ Allahu-əkbər yoluna qayıtmaq, düz yola qayıtmaq.

    Tam oxu »
  • İMANDAN OLMAQ

    bax: dindən-imandan olmaq (çıxmaq).

    Tam oxu »
  • İMANIMI YANDIRA BİLMƏRƏM

    “yalan danışa bilmərəm”, “haqqı dana bilmərəm” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • İMANINA TULA BAĞLAYIM

    imanından, dini əqidə və məsləkindən dönən şəxsə qınaqla deyilən ifadə.

    Tam oxu »
  • İMANINI İTİRMƏK (SATMAQ)

    əqidəsindən, etiqadından uzaqlaşmaq, məsləkindən dönmək, satılmaq, xain olmaq; ~ imanını yandırmaq.

    Tam oxu »
  • İMANINI TƏRƏZİYƏ QOYMAQ

    alverdə müştərini aldatmaq, çəkidə aldatmaq.

    Tam oxu »
  • İMANINI YANDIRMAQ

    bax: imanını itirmək (satmaq).

    Tam oxu »
  • İMDADI KƏSİLMƏK

    hər şeydən ümidi üzülmək, köməksiz qalmaq.

    Tam oxu »
  • İMKAN TAPMAQ

    bir işi həyata keçirmək üçün əlverişli şərait tapmaq.

    Tam oxu »
  • İMKAN VERMƏK

    bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq.

    Tam oxu »
  • İMKAN YARATMAQ

    bax: imkan vermək.

    Tam oxu »
  • İMRAN DİLİ

    sirli, gözəl, şirin danışıq.

    Tam oxu »
  • İMTAHAN AYAĞINDA

    gərgin zamanda, çətin vəziyyətdə; ~ bəd ayaqda, bərk ayaqda.

    Tam oxu »
  • İMTAHANA ÇƏKMƏK

    bərkə-boşa salıb sınamaq; ~ sınağa çəkmək, sınaqdan çıxarmaq.

    Tam oxu »
  • İMTAHANDAN ÇIXARMAQ (KEÇİRMƏK)

    sınamaq, yoxlamaq.

    Tam oxu »
  • İMTAHANDAN ÇIXMAQ (KEÇMƏK)

    yoxlamadan, sınaqdan üzüağ keçmək, bəslənilən etimadı doğrultmaq.

    Tam oxu »
  • İMZA ATMAQ

    bir şeyin müəllifi olmaq; fəaliyyəti ilə dönüş yaratmaq.

    Tam oxu »
  • İNADI YERƏ QOYMAQ

    tərsliyindən əl çəkmək, razı olmaq.

    Tam oxu »
  • İNANMAĞI GƏLMƏMƏK

    bir şeyin doğruluğuna, həqiqiliyinə şübhə etmək, inana bilməmək.

    Tam oxu »
  • İNCİK SALMAQ

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »
  • İNCİKLİK DÜŞMƏK

    bir-birindən incimək, narazı qalmaq.

    Tam oxu »
  • İNGİLİS BARMAĞI

    yerindən və zamanından asılı olmayaraq baş vermiş fitnə-fəsadın arxasında Britaniya hökumətinin dayandığını bildirən ifadə

    Tam oxu »
  • İNGİLİS BAYRAĞI

    öz fikrində qəti olmayan, daim tərəddüd edən, fikrini, mövqeyini tez-tez dəyişən adam haqqında deyilən ifadə

    Tam oxu »
  • İNSAFA GƏLMƏK

    mərhəmətli olmaq, rəhm etmək, haqsızlıq etməmək; ~ rəhmə gəlmək, imana gəlmək, imana-dinə gəlmək, ürəyi yumşalmaq

    Tam oxu »
  • İNTİQAM ALMAQ

    nə vaxtsa edilmiş pisliyin əvəzini çıxmaq; ~ heyif çıxmaq, əvəzini çıxmaq, qisas almaq, intiqamını yerdə qoymamaq, qanı qan ilə yumaq

    Tam oxu »
  • İNTİQAMINI YERDƏ QOYMAMAQ

    bax: intiqam almaq.

    Tam oxu »
  • İNTİZARDAN QURTARMAQ

    nigaranlıqdan xilas olmaq, rahatlanmaq.

    Tam oxu »
  • İNTİZARINI ÇƏKMƏK

    uzun müddət görmədiyi bir insan üçün darıxmaq, onu həsrətlə gözləmək.

    Tam oxu »
  • İPƏ-SAPA YATMAMAQ (GƏLMƏMƏK)

    nizam-intizama əməl etməmək, nəsihətə qulaq asmamaq, yola gəlməmək; ~ söz eşitməmək.

    Tam oxu »
  • İPƏK KƏLƏFİNƏ DÖNDƏRMƏK

    yumşaltmaq, təsir edərək xasiyyətini həlimləşdirmək, rəftarını yaxşılaşdırmaq.

    Tam oxu »
  • İPİ BAŞQASININ ƏLİNDƏ OLMAQ

    başqasının dediyi ilə oturub-durmaq; ~ boğazı əlində olmaq.

    Tam oxu »
  • İPİ ƏLDƏN VERMƏK

    boş, iradəsiz olmaq, uduzmaq; ~ ixtiyarı əldən vermək.

    Tam oxu »
  • İPİ QIRILMAQ

    bəxti gətirməmək, darda qalmaq, çıxılmaz vəziyyətə düşmək; ömrü yarıda qalmaq, ölmək.

    Tam oxu »
  • İPİNİ BOŞ BURAXMAQ

    nəzarət etməmək, qabağını almamaq, səhv hərəkətlərinə göz yummaq, sərbəstlik vermək; ~ başlı-başına buraxmaq, ipini boş tutmaq

    Tam oxu »
  • İPİNİ BOŞ TUTMAQ

    bax: ipini boş buraxmaq.

    Tam oxu »
  • İPİNİ BOŞALTMAQ

    bax: ipini boş buraxmaq.

    Tam oxu »
  • İPİNİ BURAXMAQ

    bax: ipini boş buraxmaq.

    Tam oxu »
  • İPİNİ ÇƏKMƏK (YIĞMAQ)

    pis yoldan, pis əməldən qaytarmaq, intizama çağırmaq; ~ həddini bildirmək (göstərmək), noxtasını çəkmək

    Tam oxu »
  • İPİNİ ƏLİNDƏ SAXLAMAQ

    öz nəzarətində, tabeliyində saxlamaq.

    Tam oxu »
  • İPİNİ KƏSMƏK

    pislik etmək, planlarını gerçəkləşməyə qoymamaq, işlərini tamamilə pozmaq; ~ kəndirini kəsmək.

    Tam oxu »
  • İPİNİN ÜSTÜNƏ ODUN YIĞA BİLMƏMƏK

    inanmamaq, etibar etməmək; ~ örkəninin üstünə odun yığa bilməmək.

    Tam oxu »
  • İPUCU VERMƏK

    hər hansı çətin məsələnin həllini, sualın cavabını tapmaq üçün kömək məqsədilə müəyyən işarələr vermək

    Tam oxu »
  • İRAD TUTMAQ

    kəsirini, eybini demək; ~ nöqsan tutmaq, mız qoymaq.

    Tam oxu »
  • İRADƏSİNİ QIRMAQ (SINDIRMAQ)

    təzyiq etmək və qorxutmaqla tutduğu yoldan, mübarizədən çəkindirmək, məqsədindən döndərmək; ~ əzmini qırmaq

    Tam oxu »
  • İRAQ DÜŞMƏK

    ayrılmaq, aralanmaq, uzun zaman görüşə bilməmək.

    Tam oxu »
  • İRƏLİ ATMAQ

    bax: qabağa salmaq.

    Tam oxu »
  • İRƏLİ ÇƏKMƏK

    bax: qabağa çəkmək.

    Tam oxu »
  • İRƏLİ DÜŞMƏK

    1. Gözlənildiyindən daha çox qazanc götürmək; ~ qabağa düşmək.  2. Başqalarından daha tez hərəkət etmək; bələdçilik etmək; ~ yol göstərmək, qabağa düş

    Tam oxu »
  • İRƏLİ GETMƏK

    daha mütərəqqi fikirlər irəli sürmək; inkişaf etmək.

    Tam oxu »