zəmin, bünövrə yaratmadan, möhkəm əsas, təməl qoymadan bir iş görmək.
əlini Quran kitabı üstünə qoyaraq and içmək, vəd vermək və ya dediyinin doğru olduğuna başqalarını inandırmaq; ~ çörəyə əl basmaq
Qurana dönə-dönə and içmək; özünü dürüst və imanlı göstərmək.
sakitləşdirmək, tam sakitlik hökm sürmək.
çətin bir işin uğurlu alınması üçün Allah yolunda heyvan kəsib paylamağı əhd etmək.
kiminsə və ya nəyinsə uğrunda canından keçmək.
nəyinsə və ya kiminsə xatirinə güzəştə getmək, bağışlamaq məqamında işlədilən ifadə.
qarşıya qoyulan məqsədə çatmaq üçün özünün və ya başqasının malından, canından keçmək.
bax: güdazına getmək.
təhlükədən xilas etmək.
“bir işi görmək, yaxşılıq etmək üçün hələ imkan var” mənasında işlədilən ifadə.
əmin-amanlıq, dinclik, qarşılıqlı anlaşma, sakitlik hökm sürən yer haqqında işlədilən ifadə.
cəsarətli, ürəkli olmaq, qorxmamaq.
bax: qaşınmayan yerdən qan çıxarmaq.
çox yaşamaq, ölməmək, həmişə yaşamaq.
köhnə ədavəti yada düşmək, içində intiqam hissi oyanmaq; köhnə vərdişi yada düşmək.
işləri yaxşı getmək; ~ bəxti gətirmək.
istəyini, həvəsini təmin etmək; ~ azarını öldürmək.
hiylə işlətmək; ~ tələ qurmaq, tor qurmaq.
1. Arıqlamaq, üzülmək. 2. Darıxmaq; ~ ürəyi sıxılmaq (qısılmaq).
son dərəcə çox olmaq, hədsiz bol olmaq, normadan kənara çıxmaq; ~ həddini aşmaq.
bax: toqqanın altını bərkitmək.
soyuq, ünsiyyətə girməyən; ~ arpa çörəyi.
kasıb, müflisləşmiş əsilzadə, kübar adam.
çox zəif, üzgün, cansız, arıq adam.
sözdə hər şey edib işdə, əməldə kənara çəkilmək.
yalan danışmaq, uydurmaq; ~ böhtan atmaq.
müflisləşmək, hər nəyi varsa əlindən çıxmaq, kasıblaşmaq.
var-yoxunu əlindən almaq, müflis etmək.
çox bacarıqlı, zirək olmaq.
bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abır qoymamaq, abrını tökmək (aparmaq), ağ yuyub qara sərmək, abrını vermək
bax: yerində quruyub qalmaq.
dan. danışarkən deyilməsi lazım olmayan söz söyləmək, səhv etmək; ~ ağzından yersiz söz qaçırmaq.
ciddi qorunan, səylə mühafizə edilən yer, qapalı obyekt haqqında işlədilən ifadə.
şirin dilə tutmaq, gözəl sözlər deyərək yola gətirmək, bir şeyi qəbul etdirmək; ~ dil tökmək.
yazıda, siyahıda müəyyən məqamları vurğulamaq üçün onların qarşısında xüsusi işarə (P) qoymaq, qeydlər etmək
tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey.
yaşayışını yüksək səviyyədə təmin etmək, naz-nemət içində böyütmək; ~ yağ içində böyrək kimi bəsləmək
iradəsiz, qətiyyətsiz, sürüşkən olmaq, sirr saxlamamaq, təsir altına tez düşmək, tez yoldan çıxmaq.
rəhbəri xalqın rəyinə əsasən, demokratik yolla deyil, təsadüf nəticəsində seçmək.
hədəfdən yayınmamaq; sözü məqamında və dəqiqliklə demək; ~ sərçəni gözündən vurmaq.
xoşlanmaq, bəyənmək, istəmək, ürəyincə olmaq; ~ xoşuna gəlmək, ürəyinə yatmaq.
seçilməmək, səsvermədən keçməmək.
yaxalanmaq, tutulmaq, çətinə düşmək.
qeyri-adi gücü və qabiliyyəti olmaq.
çətin, çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək.
üzləşdiyi çətinlikdən qurtulmaq, problemi həll olunmaq, işləri yaxşılaşmaq.
ardına düşmək, arxasınca hərlənmək.
bir işi tam yerinə yetirməmək, işi axıra çatdırmamaq.
birinin marağına, mənafeyinə toxunmaq.