Azərbaycan dilinin frazeologiya lügəti

  • KEFİNİ AÇMAQ

    nəşələndirmək, əyləndirmək, qəm-kədərdən uzaqlaşdırmaq.

    Tam oxu »
  • KEFİNİ POZMAQ

    dilxor etmək; ~ qanını qaraltmaq, halını pozmaq, halını qatmaq, nəşəsini pozmaq, əhvalını korlamaq, damağına dəymək

    Tam oxu »
  • KEFİNİ POZMAMAQ

    heç nəyi vecinə almamaq, əhəmiyyət verməmək, narahatlıq keçirməmək; ~ tükü də tərpənməmək.

    Tam oxu »
  • KEFİNİ SÜRMƏK

    bax: kef çəkmək.

    Tam oxu »
  • KEFİNİN QAZ QAQQILDADAN VAXTI

    əhvalının çox yaxşı olduğu vaxt.

    Tam oxu »
  • KEŞİŞƏ SÖYÜRƏM?

    “elə mən də sən deyəni deyirəm” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • KƏBİNLƏRİ GÖYDƏ KƏSİLMƏK

    bir-biri üçün yaranmaq, hər cəhətdən bir-birinə uyğun, bab olmaq, evlənmələri, qovuşmaları uyğun və real olmaq

    Tam oxu »
  • KƏF GƏLMƏK

    aldatmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Tam oxu »
  • KƏFƏNİ SARALMAMIŞ

    ölümündən az müddət keçmiş.

    Tam oxu »
  • KƏFƏNİ YIRTMAQ

    ağır, təhlükəli xəstəlikdən qurtarmaq; təhlükədən xilas olmaq; ~ o dünyanı görüb gəlmək (qayıtmaq), ölümdən dönmək (qayıtmaq)

    Tam oxu »
  • KƏFƏNİNİ BOYNUNA DOLAMAQ

    ölüm riskinə baxmadan mübarizəyə girişmək; ~ ölümü gözə almaq, ölümü gözünün altına almaq.

    Tam oxu »
  • KƏKLİYİ AZMAQ

    çox və qarışıq yeməkdən mədəsi ağrımaq, mədəsində köp əmələ gəlmək, özünü narahat hiss etmək.

    Tam oxu »
  • KƏLƏFİ DOLAŞDIRMAQ

    işləri bir-birinə qatmaq, əngəl yaratmaq; ~ kələfin ucunu itirmək, aləmi bir-birinə qatmaq.

    Tam oxu »
  • KƏLƏFİ DOLAŞMAQ

    bax: işi çətinə düşmək.

    Tam oxu »
  • KƏLƏFİ QARIŞMAQ

    vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq.

    Tam oxu »
  • KƏLƏFİN UCUNU ƏLƏ KEÇİRMƏK

    bax: kələfin ucunu tapmaq.

    Tam oxu »
  • KƏLƏFİN UCUNU İTİRMƏK

    pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb-qalmaq; ~ kələfi dolaşdırmaq

    Tam oxu »
  • KƏLƏFİN UCUNU TAPMAQ

    bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, nəyisə aydınlaşdırmağa başlamaq; ~ kələfin ucunu ələ keçirmək

    Tam oxu »
  • KƏLƏK GƏLMƏK

    məqsədinə çatmaq üçün yalan danışmaq, aldatmaq, gizli plan hazırlamaq; ~ hiylə gəlmək (işlətmək), hiyləyə əl atmaq, fənd işlətmək, kəf gəlmək, doqquzl

    Tam oxu »
  • KƏLƏK İŞLƏTMƏK

    bax: kələk gəlmək.

    Tam oxu »
  • KƏLƏK QURMAQ

    iz azdırmaq, başqalarını aldatmaq üçün gizli plan qurmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Tam oxu »
  • KƏLƏYƏ DÜŞMƏK

    hiyləyə aldanmaq; ~ tora düşmək.

    Tam oxu »
  • KƏLƏYƏ SALMAQ

    cəncəlli işə, qalmaqala salmaq; ~ işə salmaq.

    Tam oxu »
  • KƏLƏYİ BAŞ TUTMAMAQ

    planı həyata keçməmək, niyyəti alınmamaq, hiyləsi, kələyi boşa çıxmaq; ~ kələyinin üstü açılmaq.

    Tam oxu »
  • KƏLƏYİ KƏSİLMƏK

    yorulmaq, üzülmək; ~ əldən düşmək, taqətdən düşmək, heydən düşmək, nəfəsi kəsilmək.

    Tam oxu »
  • KƏLƏYİNİ KƏSMƏK

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək, nəf

    Tam oxu »
  • KƏLƏYİNİN ÜSTÜ AÇILMAQ

    bax: üstü açılmaq.

    Tam oxu »
  • KƏLLƏ ATMAQ

    etiraz etmək, narazılıq bildirmək; ~ buynuz çıxarmaq.

    Tam oxu »
  • KƏLLƏ-KƏLLƏYƏ GƏLMƏK

    döyüşmək, vuruşmaq; toqquşmaq, mübahisə etmək, dirəşmək; ~ baş-başa gəlmək.

    Tam oxu »
  • KƏLLƏÇARXA ÇIXMAQ

    ifrat həddə çatmaq, həddi aşmaq, həddən artıq çox olmaq; ~ kəlləçarxa vurmaq.

    Tam oxu »
  • KƏLLƏÇARXA VURMAQ

    bax: kəlləçarxa çıxmaq.

    Tam oxu »
  • KƏLLƏNİ YERƏ ATMAQ

    yatmaq, tez yuxuya getmək.

    Tam oxu »
  • KƏLLƏNİ YERƏ QOYMAQ

    1. Yıxılıb yatmaq, yuxulamaq.  2. Ölmək (pis adam haqqında).

    Tam oxu »
  • KƏLLƏPAÇA SUYUNDAN ÖTRÜ HÖVSANA GETMƏK

    mənasız, kiçik bir işdən ötrü uzağa gedən, heç nəyə görə böyük məsafə qət edən adamlar haqqında işlədilən ifadə

    Tam oxu »
  • KƏLMEYİ-ŞƏHADƏTİ OXUNMAQ

    haqqında mənfi qərar verilmək, məsələsi həll olunmaq; ~ kitabı bağlanmaq, işi bitmək, fatihəsi oxunmaq (verilmək)

    Tam oxu »
  • KƏLMƏ KƏSMƏK

    danışmaq, söhbətləşmək, ünsiyyətə girmək.

    Tam oxu »
  • KƏLMƏSİNİ AĞZINDA QOYMAQ

    bax: sözünü kəsmək.

    Tam oxu »
  • KƏM BAXMAQ

    pis nəzərlə baxmaq, bədxahcasına yanaşmaq.

    Tam oxu »
  • KƏMƏNDƏ DÜŞMƏK

    tutulmaq, ilişmək, dolaşmaq, hiylənin qurbanı olmaq; ~ ələ keçmək, tələyə düşmək, tora düşmək, pəncəsinə keçmək, pəncəsinə düşmək

    Tam oxu »
  • KƏMƏNDƏ KEÇMƏK

    bax: kəməndə düşmək.

    Tam oxu »
  • KƏMƏNDƏ SALMAQ

    hiylə ilə tutmaq; ~ tora salmaq.

    Tam oxu »
  • KƏMƏR BAĞLAMAQ

    ayıq-sayıq olmaq, əmrə hazır vəziyyətə gəlmək; hazır olmaq, müntəzir dayanmaq.

    Tam oxu »
  • KƏMƏRBƏSTƏ DURMAQ

    əmrə müntəzir dayanmaq, hazır durmaq.

    Tam oxu »
  • KƏMƏRİ SIXMAQ

    qənaət etməyə başlamaq; məhrumiyyətlərə hazır olmaq; ~ toqqanı sıxmaq.

    Tam oxu »
  • KƏMƏRİN ALTINI BƏRKİTMƏK

    bax: toqqanın altını bərkitmək.

    Tam oxu »
  • KƏMSİYİNİ ÇEYNƏMƏK

    hirsindən, qəzəbindən boğulmaq, bərk hirslənmək, qəzəblənmək.

    Tam oxu »
  • KƏMSİYİNİ QIRMAQ

    həddi keçmək; ~ həddini aşmaq.

    Tam oxu »
  • KƏNAR DURMAQ

    bir işə qarışmamaq, qoşulmamaq, iştirak etməmək, məsuliyyətdən qaçmaq; ~ əlini çəkmək, yaxasını qırağa (kənara) çəkmək, özünü qırağa (kənara) çəkmək,

    Tam oxu »
  • KƏNAR GƏZMƏK (DOLANMAQ)

    özünü uzaq tutmaq, yaxınlıq göstərməmək, əlaqəni kəsmək; ~ kandarına ayaq basmamaq.

    Tam oxu »
  • KƏNARA ÇƏKİLMƏK

    məsuliyyət altına girməmək, uzaq durmaq; ~ başını ağrıtmamaq.

    Tam oxu »