Azərbaycan dilinin frazeologiya lügəti

  • MƏCNUNA DÖNMƏK

    sevgi və məhəbbətdən havalanmaq, eşqdən dəli-divanə olmaq; ~ eşqi başına (topuğuna) vurmaq.

    Tam oxu »
  • MƏCRASINDAN ÇIXMAQ

    adi halından, normadan çıxmaq; nəzarət və ya təsir edə bilməmək; ~ ox yaydan çıxdı.

    Tam oxu »
  • MƏDƏSİ POZULMAQ

    bax: qarnı açılmaq (işləmək, pozulmaq).

    Tam oxu »
  • MƏDƏSİNİ ALDATMAQ

    çox yüngülvarı yemək; ~ ağzına bir şey atmaq.

    Tam oxu »
  • MƏƏTTƏL QALMAQ

    təəccüb etmək, heyrətlənmək.

    Tam oxu »
  • MƏƏTTƏL QOYMAQ

    təəccübləndirmək, heyrətləndirmək.

    Tam oxu »
  • MƏHƏK DAŞI

    bir şeyin keyfiyyətini, dəyərini, mahiyyətini göstərən meyar.

    Tam oxu »
  • MƏHƏL QOYMAMAQ

    maraqlanmamaq, saymamaq, əhəmiyyət verməmək; ~ qulağına girməmək. □ Mən xotkar qızıyam, Nigardır adım; Şahlara, xanlara məhəl qoymadım

    Tam oxu »
  • MƏHŞƏR AYAĞI

    sorğu-sual edilən, haqq-hesab çəkilən məqam.

    Tam oxu »
  • MƏHŞƏR AYAĞINA ÇƏKMƏK

    sorğu-suala çəkmək, haqq-hesab tələb etmək; ~ mizan-tərəzi qurmaq, dar ağacı qurmaq. 

    Tam oxu »
  • MƏKKƏDƏN GƏLƏN MƏN, XƏBƏR VERƏN BU

    bir məlumatı, xəbəri daha dərindən bilən adam deyil, bir başqası söyləyərkən işlədilən ifadə; ~ həcdən gələn mən, xəbər verən bu

    Tam oxu »
  • MƏQAMI GƏLMƏK (YETİŞMƏK)

    vaxtı, zamanı çatmaq, fürsət yaranmaq.

    Tam oxu »
  • MƏLƏK DONUNA GİRMƏK

    özünü üzdən yaxşı göstərmək, maskalanmaq.

    Tam oxu »
  • MƏN ALMIRAM, YAN CİBİMƏ QOY

    üzdə özünü təmiz göstərib arxada rüşvət alan şəxs haqqında kinayə ilə işlədilən ifadə.

    Tam oxu »
  • MƏN ATLI OLMUŞAM, O, PİYADA

    bax: o, atlı olub, mən piyada.

    Tam oxu »
  • MƏN HƏMDƏN-HƏMƏ, O, BƏMDƏN-BƏMƏ

    söhbətin məğzini tutmayan, əsas mövzudan uzaqlaşan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • MƏN NƏ HAYDAYAM, SƏN NƏ HAYDA

    ciddi problemlə üzləşmiş adama əhəmiyyətsiz məsələ ilə bağlı müraciət edərkən cavab reaksiyası kimi işlədilən ifadə; ~ keçi can hayında, qəssab piy ax

    Tam oxu »
  • MƏN ÖLÜ, SƏN DİRİ

    “vaxt gələr, özün şahidi olarsan” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • MƏN ÖLÜM

    dan. müsahibini inandırmaq, nəyəsə əmin etmək üçün işlədilən ifadə, nitq etiketi, and.

    Tam oxu »
  • MƏNAFEYİNİ GÜDMƏK

    özünün və ya başqasının maraqlarından çıxış etmək, xeyrini düşünmək.

    Tam oxu »
  • MƏNƏM-MƏNƏM DEMƏK

    öyünmək, lovğalanmaq, qürrələnmək; ~ sinəsinə döymək, döşünə döymək (vurmaq).

    Tam oxu »
  • MƏNGƏNƏYƏ SALMAQ

    sıxışdırmaq, təsir, təzyiq göstərmək.

    Tam oxu »
  • MƏNİMKİ MƏNƏ DƏYDİ

    bir işi başa çatdıranacan çox əziyyət çəkmiş, hədsiz əzablara qatlaşmış şəxsin işlətdiyi ifadə; ~ bizimki bizə dəydi

    Tam oxu »
  • MƏNLİYİNƏ DƏYMƏK

    bax: mənliyinə toxunmaq.

    Tam oxu »
  • MƏNLİYİNƏ TOXUNMAQ

    aşağılamaq, qüruruna, şəxsiyyətinə xətər gətirən davranışa yol vermək; ~ ləyaqətinə toxunmaq, qürurunu qırmaq (sındırmaq)

    Tam oxu »
  • MƏRƏKƏ QOPARMAQ

    narazılığını hay-küylə ifadə etmək, qışqırıb-bağırmaq; ~ haray-həşir salmaq (qoparmaq), həşir salmaq, həngamə qoparmaq (çıxarmaq)

    Tam oxu »
  • MƏRƏKƏ QOPMAQ

    dava-dalaş, həngamə baş vermək; ~ dava qalxmaq (düşmək).

    Tam oxu »
  • MƏRƏND ÖLÜSÜNƏ DÖNMƏK

    iri, cüssəli, sağlam, lakin tənbəl, oturduğu yerdən tərpənmək istəməyən adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • MƏRUZ QALMAQ

    düçar olmaq, uğramaq, tutulmaq, təsiri altında qalmaq.

    Tam oxu »
  • MƏRUZ QOYMAQ

    düçar etmək, uğratmaq, təsir etmək.

    Tam oxu »
  • MƏSAFƏ SAXLAMAQ

    birisi ilə münasibətdə müəyyən çərçivəni gözləmək, sərhədi keçməmək; ~ pərdə saxlamaq.

    Tam oxu »
  • MƏSCİD QAPISIDIR, NƏ YARMAQ OLUR, NƏ DƏ YANDIRMAQ

    dilemma qarşısında qalan adamın düşdüyü vəziyyətlə bağlı söylədiyi ifadə; ~ içim özümü yandırır, çölüm özgəni

    Tam oxu »
  • MƏSCİDİN QAPISI AÇIQDIR, İTİN ABRINA NƏ GƏLİB

    üz verdikdə, münasibətdən sui-istifadə etdikdə işlədilən ifadə.

    Tam oxu »
  • MƏSƏLƏ QALDIRMAQ

    bax: gündəmə gətirmək.

    Tam oxu »
  • MƏSƏLƏ SOSİSKADA DEYİL

    dan. birisindən diqqət uman adamın işlətdiyi ifadə.

    Tam oxu »
  • MƏSƏLƏNİ AĞARTMAMAQ

    iş və ya hadisənin üstünü açmamaq, ondan bəhs etməmək; ~ səsə salmamaq.

    Tam oxu »
  • MƏSƏLƏNİ ÇÜRÜTMƏK

    problemi, münaqişəni həll etmək, mübahisəyə son qoymaq; ~ haqq-hesab çəkmək.

    Tam oxu »
  • MƏSXƏRƏYƏ QOYMAQ

    gülüş hədəfinə çevirmək, dolamaq; ~ ələ salmaq, lağa qoymaq, hoydu-hoyduya götürmək, araya qoymaq, süpürgə bağlamaq, vedrə bağlamaq, söz qoşmaq

    Tam oxu »
  • MƏSKƏN SALMAQ

    bir yerdə yaşamağa başlamaq, yurd, yurd-yuva salmaq.

    Tam oxu »
  • MƏSULİYYƏT DAŞIMAQ

    cavabdeh olmaq.

    Tam oxu »
  • MƏŞƏQQƏT ÇƏKMƏK

    əzab-əziyyət çəkmək, sıxıntı keçirmək.

    Tam oxu »
  • MƏTLƏB ÜSTƏ GƏLMƏK

    bax: mətləbə keçmək.

    Tam oxu »
  • MƏTLƏBƏ KEÇMƏK

    əsas məsələdən danışmaq; ~ mətləb üstə gəlmək.

    Tam oxu »
  • MƏTLƏBİ UZATMAQ

    uzun-uzadı danışmaq, əsas məsələnin üzərinə gec gəlmək; ~ dastan açmaq.

    Tam oxu »
  • MƏZACI ÇƏKMƏMƏK (GÖTÜRMƏMƏK)

    ürəyi, könlü istəməmək, xoşuna gəlməmək; ~ ürəyi götürməmək.

    Tam oxu »
  • MƏZARINI QAZMAQ

    kimisə pis vəziyyətə salmaq üçün var gücü ilə çalışmaq; ~ ayağının altını eşmək (qazımaq).

    Tam oxu »
  • MƏZƏ VERMƏK (ÇIXARTMAQ)

    1. Naz eləmək, ürəyini, qəlbini oxşamaq.  2. Şənlənmək, əylənmək; ~ həzz almaq (vermək).

    Tam oxu »
  • MƏZƏNNƏ QOYMAQ

    qiyməti, kursu müəyyənləşdirmək.

    Tam oxu »
  • MƏZHƏKƏYƏ QOYMAQ

    ələ salıb gülmək, dolamaq, lağ etmək; ~ lağa qoymaq.

    Tam oxu »
  • MƏZUR TUTMAQ

    üzrlü hesab etmək, səbəbli saymaq, üzrlü saymaq.

    Tam oxu »