Фразеологический словарь азербайджанского языка

  • NƏ YEMİSƏN, TURŞULU AŞ

    o ki var döyülüb əzişdirilən, şil-küt edilən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏBZİNİ TUTMAQ

    nəzarətdə saxlamaq, hali olmaq; uyğunlaşmaq (həyat, zaman,  bazar və s. haqqında).

    Полностью »
  • NƏF QUDURUB MAYANI YEYİB

    bax: qazanc qudurub mayanı yeyib.                                     

    Полностью »
  • NƏFƏS ALMAQ

    dincəlmək, istirahət etmək; ~ özünə gəlmək.

    Полностью »
  • NƏFƏS VERMƏK

    canlandırmaq, ruhlandırmaq, həvəsləndirmək; ~ ruh vermək, cana gətirmək, həyat vermək.

    Полностью »
  • NƏFƏSİ ÇİYİNLƏRİNDƏN ÇIXMAQ

    yorulmaq, üzülmək, təngnəfəs olmaq; ~ taqətdən düşmək, nəfəsi kəsilmək, hərəkətdən düşmək.

    Полностью »
  • NƏFƏSİ DƏ YALANDIR

    bax: nəfəsi yalanla gedib-gəlmək.

    Полностью »
  • NƏFƏSİ GEDİB-GƏLMƏK

    hələ yaşamaq, mövcud olmaq.

    Полностью »
  • NƏFƏSİ GƏLMƏK

    hələ yaşamaq, fəaliyyətdə olmaq; ~ nəfəsi gedib-gəlmək.

    Полностью »
  • NƏFƏSİ KƏSİLMƏK

    yorulmaq, üzülmək, təngnəfəs olmaq; ~ taqətdən düşmək, hərəkətdən düşmək, nəfəsi çiyinlərindən çıxmaq, kələyi kəsilmək

    Полностью »
  • NƏFƏSİ QARALMAQ

    boğulmaq, çətinliklə nəfəs almaq, tövşümək, təngnəfəs olmaq; yorulmaq; ~ taqətdən düşmək, nəfəsi kəsilmək

    Полностью »
  • NƏFƏSİ YALANLA GEDİB-GƏLMƏK

    davamlı olaraq yalan danışmaq, fırıldaq, kələkbaz olmaq; ~ nəfəsi də yalandır.

    Полностью »
  • NƏFƏSİNİ ÇƏKƏ BİLMƏMƏK

    qorxmaq, qorxudan dinib-danışmamaq, çəkinmək; ~ səsini içinə salmaq.

    Полностью »
  • NƏFƏSİNİ ÇƏKMƏMƏK

    səsini çıxarmadan dinşəyib dayanmaq.

    Полностью »
  • NƏFƏSİNİ DƏRMƏK

    müvəqqəti rahatlanmaq, dincəlmək üçün dayanmaq, azacıq fasilə vermək; ~ yorğunluğunu almaq, özünə gəlmək

    Полностью »
  • NƏFƏSİNİ İÇİNƏ ÇƏKMƏK

    sakit dayanmaq, sakit oturmaq, dinib-danışmamaq, susmaq; ~ səsini kəsmək.

    Полностью »
  • NƏFƏSİNİ KƏSMƏK

    1. Çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək,

    Полностью »
  • NƏFSİ ÇƏKMƏK

    ürəyindən keçən bir şeyi istəmək; ~ könlü istəmək, tamahı çəkmək, gözü qalmaq, ağzı sulanmaq.

    Полностью »
  • NƏFSİNƏ HAKİM OLMAQ

    bax: nəfsini gözləmək.

    Полностью »
  • NƏFSİNƏ QALİB GƏLMƏK

    bax: nəfsini gözləmək.

    Полностью »
  • NƏFSİNİ GÖZLƏMƏK

    bu və ya digər səbəbdən (pəhriz, dini mülahizələr və s.) könlünə düşən bir şeydən imtina etmək; ~ tamahına yiyəlik etmək, tamah dişini çəkmək, özünü s

    Полностью »
  • NƏFSİNİ ÖLDÜRMƏK

    istəyini gerçəkləşdirmək; ~ azarını öldürmək.

    Полностью »
  • NƏFSİNİN QULU OLMAQ

    tamahkar, acgöz olmaq, nəfsinə qalib gələ bilməmək; ~ tamah güc gəlmək, tamahı qılıncından iti olmaq

    Полностью »
  • NƏHS GƏTİRMƏK

    nəzərdə tutulan bir işin nəticəsi ilə bağlı bədbin danışmaq; ~ bəd gətirmək, ağzını bədə açmaq;  işi düz gətirməmək; ~ tilsimə düşmək, qabağından qara

    Полностью »
  • NƏM ÇƏKMƏK

    rütubətdən islaq hala gəlmək; xarab olmaq, korlanmaq.

    Полностью »
  • NƏNƏM DƏ BACARAR (ELƏYƏR)

    işin çox asan və yüngül olduğunu bildirmək üçün işlədilən ifadə.

    Полностью »
  • NƏRƏ ÇƏKMƏK

    qışqırmaq, var gücü ilə bağırmaq, səsləmək; ~ qıy çəkmək (vurmaq).

    Полностью »
  • NƏSLİ KƏSİLMƏK

    şəcərədən, nəsildən heç kim qalmamaq; ~ evi dağılmaq; tamam məhv edilmək, yox olmaq (hər hansı heyvan və ya bitki növü haqqında da işlədilir)

    Полностью »
  • NƏSLİNİ KƏSMƏK

    bir nəsli tamamilə məhv etmək, yerli-dibli yox etmək; ~ axırına çıxmaq, kökünü kəsmək (qazımaq), kötüyünün üstündə od yandırmaq

    Полностью »
  • NƏSLİNİ YER ÜZÜNDƏN SİLMƏK

    bax: nəslini kəsmək.

    Полностью »
  • NƏŞƏSİ DURULMAQ

    şadlanmaq, sevinmək; ~ kefi açılmaq.

    Полностью »
  • NƏŞƏSİ QAÇMAQ

    əhvalı birdən pozulmaq, pərt olmaq, məyus olmaq; ~ əhvalı pozulmaq, kefi korlanmaq (pozulmaq).

    Полностью »
  • NƏŞƏSİNİ POZMAQ

    pərt etmək, məyus etmək; ~ kefini pozmaq, əhvalını korlamaq.

    Полностью »
  • NƏTİCƏYƏ GƏLMƏK

    hərtərəfli araşdırdıqdan sonra müəyyən bir qərara gəlmək.

    Полностью »
  • NƏYƏ DESƏN, DƏYƏR

    çox əla bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • NƏYİ QOYUB NƏ AXTARIRSAN

    “məsələ fikirləşdiyin, dediyin, təsəvvür etdiyin kimi sadə deyil” mənasında işlədilən ifadə.

    Полностью »
  • NƏZARƏT ALTINA ALMAQ

    təqib etmək, izləmək; ~ nəzarətdə saxlamaq.

    Полностью »
  • NƏZARƏT ALTINDA SAXLAMAQ

    bax: nəzarətdə saxlamaq.

    Полностью »
  • NƏZARƏTDƏ SAXLAMAQ

    hərəkətlərinə fikir vermək, təqib etmək, izləmək; ~ nəzarət altına almaq, nəzarət altında saxlamaq, gözdə-qulaqda olmaq

    Полностью »
  • NƏZƏR DƏYMƏK

    bax: göz dəymək.

    Полностью »
  • NƏZƏR NÖQTƏSİ

    bax: baxış bucağı.

    Полностью »
  • NƏZƏR SALMAQ

    baxmaq, nəzərdən keçirmək, yoxlamaq; ~ göz gəzdirmək (dolandırmaq), göz yetirmək, gözdən keçirmək.

    Полностью »
  • NƏZƏRDƏ SAXLAMAQ

    unutmamaq, fikrindən çıxarmamaq; ~ yadda saxlamaq, diqqət mərkəzində saxlamaq, nəzərə almaq.

    Полностью »
  • NƏZƏRDƏ TUTMAQ

    danışarkən haqqında düşündüyü bir şeyi unutmamaq, onu çatdırmağa çalışmaq; ~ fikrində tutmaq.

    Полностью »
  • NƏZƏRDƏN DÜŞMƏK

    bax: gözdən düşmək.

    Полностью »
  • NƏZƏRDƏN QAÇIRMAQ

    bax: gözdən qaçırmaq.

    Полностью »
  • NƏZƏRDƏN QAÇMAQ (YAYINMAQ)

    bax: gözdən qaçmaq. 

    Полностью »
  • NƏZƏRDƏN SALMAQ

    bax: gözdən salmaq.

    Полностью »
  • NƏZƏRƏ ALMAQ

    bir işin hər hansı cəhətini (yaxşı və ya pis) yadda saxlamaq, unutmamaq; ~ nəzərdə saxlamaq.

    Полностью »
  • NƏZƏRƏ GƏLMƏK

    bax: göz dəymək.

    Полностью »