Фразеологический словарь азербайджанского языка

  • NIRX KƏSMƏK (QOYMAQ)

    qiymət müəyyən etmək; ~ qiymət qoymaq.

    Полностью »
  • NİFAQ ALMASI

    mübahisəyə, dava-dalaşa səbəb olan bir şey.

    Полностью »
  • NİFAQ SALMAQ

    çəkişmə, münaqişə, ikitirəlik yaratmaq, münasibətləri korlamaq; ~ ara qarışdırmaq, ədavət toxumu səpmək, dedi-qodu salmaq

    Полностью »
  • NİKOLAYDAN QALMA

    nimdaş, köhnə, qədim; ~ Nuh əyyamından qalma.

    Полностью »
  • NİŞAN VERMƏK

    göstərmək, yönəltmək, istiqamətləndirmək.

    Полностью »
  • NİŞANA GƏLMƏK

    vurulmaq, üstünə hücum etmək, sıradan çıxarmaq üçün əlverişli şərait yaranmaq.

    Полностью »
  • NİTQİ QURUMAQ

    təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili qurumaq, nitqi tutulmaq, dili-ağzı tutulmaq, dil-dodağı kilidlənmək

    Полностью »
  • NİTQİ TUTULMAQ

    1. Danışıq qabiliyyətini itirmək.  2. Təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili tutulmaq, dili qurumaq, nitqi qurumaq, dili

    Полностью »
  • NİYYƏT ELƏMƏK (TUTMAQ)

    ürəyində tutduğu arzunun, istəyin gerçəkləşəcəyi təqdirdə müəyyən əməlləri (nəzir vermək, oruc tutmaq, qurban kəsmək və s

    Полностью »
  • NİZƏ SINDIRMAQ

    niyyətini, amalını açıq şəkildə ortaya qoymaq, bu amal uğrunda davamlı mübarizə aparmaq.

    Полностью »
  • NOXTANI ƏLƏ VERMƏK

    başqasının əlində oyuncaq olmaq, başqasının iradəsinə tabe olmaq, başqasının dediyi ilə oturub-durmaq

    Полностью »
  • NOXTASINI BOYNUNA DOLAMAQ

    özbaşına, sərbəst buraxmaq; boşamaq.

    Полностью »
  • NOXTASINI ÇƏKMƏK

    pis yoldan, pis əməldən qaytarmaq; ~ ipini çəkmək (yığmaq), həddini bildirmək (göstərmək), qarşısını almaq (kəsmək)

    Полностью »
  • NÖQSAN TUTMAQ

    eybini, qüsurlarını demək; ~ irad tutmaq, mız qoymaq.

    Полностью »
  • NÖQTƏ QOYMAQ

    bitirmək, qurtarmaq, tamamlamaq; ~ son qoymaq.

    Полностью »
  • NÖQTƏ-VERGÜLÜNƏ KİMİ

    xırda detallarına qədər, yerli-yataqlı, ətraflı.

    Полностью »
  • NÖMRƏ GƏLMƏK

    yalan deyərək aldatmaq, müxtəlif əyri yollardan istifadə etmək; ~ hiylə gəlmək (işlətmək), doqquzluq gəlmək, kələk gəlmək

    Полностью »
  • NUH DEYİR, PEYĞƏMBƏR DEMİR

    tərs, inadkar adam haqqında işlədilən ifadə.

    Полностью »
  • NUH ƏYYAMINDAN QALMA

    bax: Nikolaydan qalma.

    Полностью »
  • NÜFUZDAN DÜŞMƏK

    bax: hörmətdən düşmək.

    Полностью »
  • NÜFUZDAN SALMAQ

    hörmətinə, nüfuzuna xələl gətirmək, aşağılamaq; ~ abırdan salmaq.

    Полностью »
  • O, ATLI OLUB, MƏN PİYADA

    “çox axtarıram, ancaq tapa bilmirəm” mənasında işlədilən ifadə.

    Полностью »
  • O BABAN ÖLÜB

    “əvvəlki yaxşı işlər daha olmayacaq” mənasında işlədilən ifadə.

    Полностью »
  • O DÜNYANI GÖRÜB GƏLMƏK (QAYITMAQ)

    ağır fəlakətdən, ciddi təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ ölümdən dönmək (qayıtmaq), kəfəni yırtmaq

    Полностью »
  • O DÜNYAYA GEDİB-GƏLMƏK

    sarsılmaq, ağır vəziyyət yaşamaq, ölüb-dirilmək.

    Полностью »
  • O GEDƏN GETDİ

    “birdəfəlik getdi”, “daha qayıtmadı” mənalarında işlədilən ifadə.

    Полностью »
  • O GÜNƏ DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    bax: ... daş düşəydi (yağaydı).

    Полностью »
  • O Kİ VAR

    lazım olduğundan da çox, həddən artıq.

    Полностью »
  • O VAXTDAN ÇOX SULAR AXIB

    “uzun bir zaman keçib” mənasında işlədilən ifadə.

    Полностью »
  • OBA BİZDƏ, BİZ OBADA

    bir-birinin evinə həddən çox get-gələ mənfi münasibət, kinayə bildirən ifadə.

    Полностью »
  • OCAĞA ODUN ATMAQ

    bax: odun üstünə yağ tökmək.

    Полностью »
  • OCAĞI KOR QALMAQ

    uşaqsız qalmaq, övladı olmamaq, sonsuz olmaq, soyu, nəsli kəsilmək üzrə olmaq.

    Полностью »
  • OCAĞI SÖNMƏK (QARALMAQ)

    evi xaraba qalmaq, ailəsi dağılmaq; ~ çırağı sönmək, işığı sönmək, damı başına uçmaq, evi dağılmaq, evində ocaq yanmamaq, evində bayquşlar ulamaq, oca

    Полностью »
  • OCAĞI YANMAQ

    yaşamaq, ailəsi, nəsli, soyu davam etmək.

    Полностью »
  • OCAĞINDAN TÜSTÜ ÇIXMAMAQ

    bax: ocağı sönmək (qaralmaq).

    Полностью »
  • OCAĞINI KOR QOYMAQ (SÖNDÜRMƏK)

    evini xaraba qoymaq, ailəsini dağıtmaq.

    Полностью »
  • OD ALMAĞA GƏLİB

    oturmağı ilə durmağı bir olmaq, tez gəlib tez də getmək.

    Полностью »
  • OD AYAQLAMAQ

    əzablardan keçmək, çox çalışmaq, səy göstərmək.

    Полностью »
  • OD GÖTÜRMƏK

    bərk hirslənmək, qəzəblənmək; ~ hirsindən qovrulmaq, özündən çıxmaq, od tutub yanmaq.

    Полностью »
  • OD QALAYIB, ODA DÜŞÜB

    etdiyi yaxşılıqlar müqabilndə pislik görən, yaxşılığı başına bəla olan adam haqqında işlədilən ifadə

    Полностью »
  • OD QİYMƏTİNƏ

    çox baha, həddindən artıq baha qiymətə.

    Полностью »
  • OD QOYMAQ (VURMAQ)

    əsəbiləşdirmək, yandırıb-yaxmaq; cəzalandırmaq; ~ yeddi qatından keçmək.

    Полностью »
  • OD PARÇASI

    çox zirək, çevik, diribaş, bacarıqlı.

    Полностью »
  • OD TUTUB YANMAQ

    1. Qızdırması qalxmaq, hərarəti yüksək olmaq.  2. Bərk əsəbiləşmək, qeyzli olmaq; ~ hirsindən qovrulmaq, od götürmək

    Полностью »
  • OD YEYİB GÖYƏ ÜFÜRMƏK

    əsib-coşmaq, hayqırmaq.

    Полностью »
  • ODA ATMAQ (SALMAQ)

    çətin vəziyyətə salmaq, bəlaya düçar etmək, təhlükə ilə qarşı-qarşıya qoymaq; ~ işə salmaq.

    Полностью »
  • ODA DÜŞMƏK

    heç nədən problemlə üzləşmək, xataya düçar olmaq.

    Полностью »
  • ODDAN-ALOVDAN KEÇMƏK

    çətinliklərdən keçmək, əzabdan qurtulmaq.

    Полностью »
  • ODDAN DİRİ, SUDAN QURU ÇIXMAQ

    çox bacarıqlı olmaq, böyük bir bəladan sağ-salamat qurtulmaq; ~ dəyirmanın boğazından ölü salsan, diri çıxar

    Полностью »
  • ODDAN-SUDAN KEÇMƏK

    çox çətinliklər görmək, ağır sınaqlardan çıxmaq, zəngin həyat təcrübəsi olmaq; ~ bərkdən-boşdan çıxmaq

    Полностью »