Фразеологический словарь азербайджанского языка

  • ONUNLA KƏŞFİYYATA GETMƏK OLAR

    etibarlı, cəsur, hər cəhətdən güvənilən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ONURĞASINI QIRMAQ (SINDIRMAQ)

    bax: belini qırmaq (sındırmaq).

    Полностью »
  • ORAQÇILARA BAŞAQÇI OLMAQ

    başqalarının ardınca sürünmək, heç nəyə yaramamaq; ~ arabanın beşinci təkəri.

    Полностью »
  • ORDA OTURMA, BURDA OTUR

    birisinə həddən artıq diqqət, qulluq, hörmət göstərildiyini bildirən ifadə.

    Полностью »
  • ORTADA YEYİB QIRAQDA GƏZMƏK

    veyillənmək, avaralanmaq, işləməmək, öz əlinin zəhməti ilə yaşamamaq.

    Полностью »
  • ORTADAN GÖTÜRMƏK (QALDIRMAQ)

    bax: aradan götürmək.

    Полностью »
  • ORTAQ MƏXRƏCƏ GƏLMƏK

    razılaşmaq, ümumi rəyə, konsensusa gəlmək.

    Полностью »
  • ORTALIĞA ATMAQ

    müzakirə, məlumat və s. üçün təklif etmək; ~ ... irəli sürmək.

    Полностью »
  • ORTALIĞA ÇIXARMAQ

    1. Aşkar etmək, göstərmək, gündəmə çıxarmaq; ~ meydana çıxarmaq, meydana gətirmək, üzə çıxarmaq.  2. Hazırlayıb, yetişdirib cəmiyyətə tanıtmaq, təqdim

    Полностью »
  • ORTALIĞA ÇIXMAQ

    işə başlamaq; tanınmaq, cəmiyyətdə görünmək.

    Полностью »
  • ORTALIĞA QILINC QOYMAQ

    münasibətlərin çərçivəsini dəqiq müəyyən etmək; sərhəd çəkmək, sərhədi dəqiq müəyyənləşdirmək.

    Полностью »
  • ORTALIQDA QALMAQ

    1. Kimsəsiz, köməksiz, himayəsiz olmaq; ~ ara yerdə qalmaq.  2. Əsassız yerə təqsirləndirilmək, başqalarının əvəzinə sorğu-suala çəkilmək

    Полностью »
  • ORTASI ORTASINDAN KEÇMƏK

    çox arıq olmaq; ~ ayaq üstə üzülmək, ayaq üstə qırxı çıxmaq, bir dəri, bir sümük qalmaq, ovurdu ovurdundan keçmək, ovurdları batmaq (bir-birindən keçm

    Полностью »
  • ORTAYA DÜŞMƏK

    bir işi görməyə təşəbbüs etmək, fəallıq və səy göstərmək; vasitəçilik etmək.

    Полностью »
  • ORTAYA QOYMAQ

    bax: araya qoymaq.

    Полностью »
  • ORUC TUTMAQ

    müsəlmanlara vacib buyurulmuş əməllərdən biri: müəyyən olunmuş müddətdə yeyib-içməmək və digər qadağan edilmiş işlərdən çəkinmək

    Полностью »
  • OT YOLDURMAQ

    cəzalandırmaq, əzab-əziyyət, işgəncə vermək; ~ toy tutmaq.

    Полностью »
  • OTƏRƏF-BUTƏRƏFİNƏ KEÇMƏK

    işi düşdüyü adama canfəşanlıq etmək, qulluq  göstərmək, yarınmaq; ~ oyan-buyanına keçmək.

    Полностью »
  • OTUNU-SUYUNU VERMƏK

    tənbeh etmək, cəzalandırmaq.

    Полностью »
  • OTURDUĞU BUDAĞI BALTALAMAQ (KƏSMƏK)

    özünə ziyan vurmaq, xeyrini bilməmək; nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ su içdiyi quyuya tüpürmək, yediyi qaba tüpürmək, işıq gələn ye

    Полностью »
  • OVCUMUN İÇİNİ İYLƏMİŞƏM?

    hər hansı irad və ya ittihama etiraz olaraq “nə biləydim ki...” mənasında işlədilən ifadə.

    Полностью »
  • OVCUNA QOYMAQ

    xəbərçilik etmək, xəbər çatdırmaq.

    Полностью »
  • OVCUNA QOZ TÖKÜB BAŞINA QAPAZ VURMAQ

    bax: ətəyinə qoz töküb başına qapaz vurmaq.

    Полностью »
  • OVCUNUN İÇİ KİMİ

    “bilmək”, “görmək”, “tanımaq” və s. sözlərlə işlənərək “çox yaxşı”, “dərindən” mənalarını verir.

    Полностью »
  • OVCUNUN İÇİNDƏ SAXLAMAQ

    qayğısına qalmaq, üstündə əsmək, hər bir təhlükədən qorumaq; ~ yağ içində böyrək kimi bəsləmək.

    Полностью »
  • OVXARDAN DÜŞMƏK

    korşalmaq, itiliyini, kəsərliliyini itirmək, kütləşmək.

    Полностью »
  • OVQATI TƏLX OLMAQ

    əhvalı, kefi pozulmaq, dilxor olmaq.

    Полностью »
  • OVSANAYA DÜŞMƏK

    təsadüf nəticəsində bədbəxt bir hadisədən, xatadan qurtarmaq; vaxtilə etdiyi yaxşılığın qarşılığını görmək

    Полностью »
  • OVU BƏRƏSİNDƏ VURMAQ

    fürsəti, məqamı, imkanı əldən verməmək, bir işi vaxtında, məqamında görmək, yerinə yetirmək.

    Полностью »
  • OVURDLARI BATMAQ (BİR-BİRİNDƏN KEÇMƏK)

    çox arıqlamaq, zəifləmək; ~ ovurdu ovurdundan keçmək, ortası ortasından keçmək, ayaq üstə üzülmək, ayaq üstə qırxı çıxmaq, bir dəri, bir sümük qalmaq

    Полностью »
  • OVURDU OVURDUNDAN KEÇMƏK

    bax: ovurdları batmaq (bir-birindən keçmək).

    Полностью »
  • OYAN-BUYANINA KEÇMƏK

    bax: otərəf-butərəfinə keçmək.

    Полностью »
  • OYUN ÇIXARMAQ

    təlxəklik etmək; əngəl yaratmaq; ~ hoqqa çıxarmaq.

    Полностью »
  • OYUNA DÜŞMƏK

    arzuolunmaz bir hadisə ilə üzləşmək, bədbəxt hadisə baş vermək, əngələ düşmək; ~ başına iş gəlmək.

    Полностью »
  • OYUNA SALMAQ

    bax: işə salmaq.

    Полностью »
  • OYUNCAĞA ÇEVİRMƏK

    1. Oynatmaq, istədiyi kimi idarə etmək.  2. Ciddi yanaşmamaq, əhəmiyyət verməmək.

    Полностью »
  • OYUNLARDAN ÇIXMAQ

    bax: min hoqqadan çıxmaq.

    Полностью »
  • ÖDÜ AĞZINA GƏLMƏK

    iyrənmək; ~ ürəyi bulanmaq, ürəyi ağzına gəlmək.

    Полностью »
  • ÖDÜ PARTLAMAQ

    çox qorxmaq; qorxudan, həyəcandan ölmək.

    Полностью »
  • ÖDÜNÜ UDMAQ

    bax: sarısını udmaq.

    Полностью »
  • ÖFKƏYƏ DÖNMƏK

    rəngi ağarmaq, qorxudan, həyəcandan və s.-dən rəngi saralmaq, sapsarı olmaq; ~ rəngi qaçmaq, rəngi-ruhu qaçmaq

    Полностью »
  • ÖGEY-DOĞMALIQ SALMAQ

    eyni şeyə fərqli münasibət göstərmək, fərq qoymaq.

    Полностью »
  • ÖHDƏSİNDƏ QALMAQ

    məsuliyyəti üstündə olmaq; ~ boynunda qalmaq.

    Полностью »
  • ÖHDƏSİNDƏN GƏLMƏK

    bir işi yerinə yetirməyə gücü, imkanı çatmaq, edə bilmək, bacarmaq; ~ gücü çatmaq, baş açmaq.

    Полностью »
  • ÖHDƏSİNƏ ALMAQ (GÖTÜRMƏK)

    hər hansı bir işi görəcəyinə söz vermək, əmin etmək, razı olmaq; ~ boyun olmaq.

    Полностью »
  • ÖHDƏSİNƏ ATMAQ (BURAXMAQ)

    hansısa işi birinin boynuna qoymaq, tapşırmaq, həvalə etmək.

    Полностью »
  • ÖHDƏSİNƏ DÜŞMƏK

    yerinə yetirmək məcburiyyətində qalmaq; ~ boynuna düşmək, çiyninə düşmək, üzərinə düşmək.

    Полностью »
  • ÖKÜZ ÖLDÜ, ORTAQ AYRILDI

    adәtən, bir şәxs ölәndәn sonra onun qohumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işlədilən ifadә

    Полностью »
  • ÖKÜZDƏN SÜD UMMAQ

    mümkün olmayan bir şeyi arzulamaq; ~ ölüdən hay gözləmək, olmayacaq duaya amin demək.

    Полностью »
  • ÖKÜZÜ QALDIRIB ALTINDA BUZOV AXTARMAQ

    bax: öküzdən süd ummaq.

    Полностью »