Azərbaycan dilinin frazeologiya lügəti

  • OT YOLDURMAQ

    cəzalandırmaq, əzab-əziyyət, işgəncə vermək; ~ toy tutmaq.

    Tam oxu »
  • OTƏRƏF-BUTƏRƏFİNƏ KEÇMƏK

    işi düşdüyü adama canfəşanlıq etmək, qulluq  göstərmək, yarınmaq; ~ oyan-buyanına keçmək.

    Tam oxu »
  • OTUNU-SUYUNU VERMƏK

    tənbeh etmək, cəzalandırmaq.

    Tam oxu »
  • OTURDUĞU BUDAĞI BALTALAMAQ (KƏSMƏK)

    özünə ziyan vurmaq, xeyrini bilməmək; nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ su içdiyi quyuya tüpürmək, yediyi qaba tüpürmək, işıq gələn ye

    Tam oxu »
  • OVCUMUN İÇİNİ İYLƏMİŞƏM?

    hər hansı irad və ya ittihama etiraz olaraq “nə biləydim ki...” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • OVCUNA QOYMAQ

    xəbərçilik etmək, xəbər çatdırmaq.

    Tam oxu »
  • OVCUNA QOZ TÖKÜB BAŞINA QAPAZ VURMAQ

    bax: ətəyinə qoz töküb başına qapaz vurmaq.

    Tam oxu »
  • OVCUNUN İÇİ KİMİ

    “bilmək”, “görmək”, “tanımaq” və s. sözlərlə işlənərək “çox yaxşı”, “dərindən” mənalarını verir.

    Tam oxu »
  • OVCUNUN İÇİNDƏ SAXLAMAQ

    qayğısına qalmaq, üstündə əsmək, hər bir təhlükədən qorumaq; ~ yağ içində böyrək kimi bəsləmək.

    Tam oxu »
  • OVXARDAN DÜŞMƏK

    korşalmaq, itiliyini, kəsərliliyini itirmək, kütləşmək.

    Tam oxu »
  • OVQATI TƏLX OLMAQ

    əhvalı, kefi pozulmaq, dilxor olmaq.

    Tam oxu »
  • OVSANAYA DÜŞMƏK

    təsadüf nəticəsində bədbəxt bir hadisədən, xatadan qurtarmaq; vaxtilə etdiyi yaxşılığın qarşılığını görmək

    Tam oxu »
  • OVU BƏRƏSİNDƏ VURMAQ

    fürsəti, məqamı, imkanı əldən verməmək, bir işi vaxtında, məqamında görmək, yerinə yetirmək.

    Tam oxu »
  • OVURDLARI BATMAQ (BİR-BİRİNDƏN KEÇMƏK)

    çox arıqlamaq, zəifləmək; ~ ovurdu ovurdundan keçmək, ortası ortasından keçmək, ayaq üstə üzülmək, ayaq üstə qırxı çıxmaq, bir dəri, bir sümük qalmaq

    Tam oxu »
  • OVURDU OVURDUNDAN KEÇMƏK

    bax: ovurdları batmaq (bir-birindən keçmək).

    Tam oxu »
  • OYAN-BUYANINA KEÇMƏK

    bax: otərəf-butərəfinə keçmək.

    Tam oxu »
  • OYUN ÇIXARMAQ

    təlxəklik etmək; əngəl yaratmaq; ~ hoqqa çıxarmaq.

    Tam oxu »
  • OYUNA DÜŞMƏK

    arzuolunmaz bir hadisə ilə üzləşmək, bədbəxt hadisə baş vermək, əngələ düşmək; ~ başına iş gəlmək.

    Tam oxu »
  • OYUNA SALMAQ

    bax: işə salmaq.

    Tam oxu »
  • OYUNCAĞA ÇEVİRMƏK

    1. Oynatmaq, istədiyi kimi idarə etmək.  2. Ciddi yanaşmamaq, əhəmiyyət verməmək.

    Tam oxu »
  • OYUNLARDAN ÇIXMAQ

    bax: min hoqqadan çıxmaq.

    Tam oxu »
  • ÖDÜ AĞZINA GƏLMƏK

    iyrənmək; ~ ürəyi bulanmaq, ürəyi ağzına gəlmək.

    Tam oxu »
  • ÖDÜ PARTLAMAQ

    çox qorxmaq; qorxudan, həyəcandan ölmək.

    Tam oxu »
  • ÖDÜNÜ UDMAQ

    bax: sarısını udmaq.

    Tam oxu »
  • ÖFKƏYƏ DÖNMƏK

    rəngi ağarmaq, qorxudan, həyəcandan və s.-dən rəngi saralmaq, sapsarı olmaq; ~ rəngi qaçmaq, rəngi-ruhu qaçmaq

    Tam oxu »
  • ÖGEY-DOĞMALIQ SALMAQ

    eyni şeyə fərqli münasibət göstərmək, fərq qoymaq.

    Tam oxu »
  • ÖHDƏSİNDƏ QALMAQ

    məsuliyyəti üstündə olmaq; ~ boynunda qalmaq.

    Tam oxu »
  • ÖHDƏSİNDƏN GƏLMƏK

    bir işi yerinə yetirməyə gücü, imkanı çatmaq, edə bilmək, bacarmaq; ~ gücü çatmaq, baş açmaq.

    Tam oxu »
  • ÖHDƏSİNƏ ALMAQ (GÖTÜRMƏK)

    hər hansı bir işi görəcəyinə söz vermək, əmin etmək, razı olmaq; ~ boyun olmaq.

    Tam oxu »
  • ÖHDƏSİNƏ ATMAQ (BURAXMAQ)

    hansısa işi birinin boynuna qoymaq, tapşırmaq, həvalə etmək.

    Tam oxu »
  • ÖHDƏSİNƏ DÜŞMƏK

    yerinə yetirmək məcburiyyətində qalmaq; ~ boynuna düşmək, çiyninə düşmək, üzərinə düşmək.

    Tam oxu »
  • ÖKÜZ ÖLDÜ, ORTAQ AYRILDI

    adәtən, bir şәxs ölәndәn sonra onun qohumları arasında soyuqluq yarandıqda, get-gәl kәsildikdә işlədilən ifadә

    Tam oxu »
  • ÖKÜZDƏN SÜD UMMAQ

    mümkün olmayan bir şeyi arzulamaq; ~ ölüdən hay gözləmək, olmayacaq duaya amin demək.

    Tam oxu »
  • ÖKÜZÜ QALDIRIB ALTINDA BUZOV AXTARMAQ

    bax: öküzdən süd ummaq.

    Tam oxu »
  • ÖKÜZÜ QUYRUQLAYIB YIXAN VAXTIDI

    çox gənc, enerjili və güclü adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ÖKÜZÜ ÖLDÜRÜB ADI ÜSTÜNDƏN GÖTÜRMƏK

    hər hansı səhvini düzəltməyə, günahını yumağa cəhd etmək, guya adını təmizə çıxartmaq üçün uğursuz addım atmaq

    Tam oxu »
  • ÖKÜZÜ SOYUB QUYRUĞUNDA BIÇAĞI SINDIRMAQ

    bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.

    Tam oxu »
  • ÖKÜZÜN BÖYÜYÜ PƏYƏDƏ İMİŞ

    çətinliyin bitmədiyini, qarşıda daha ağır işlərin olduğunu anlatmaq üçün işlədilən ifadə.

    Tam oxu »
  • ÖL DEDİYİ YERDƏ ÖLMƏK

    bax: öl deyəndə ölmək, qal deyəndə qalmaq.

    Tam oxu »
  • ÖL DEYƏNDƏ ÖLMƏK, QAL DEYƏNDƏ QALMAQ

    üzüyola olmaq, sözündən çıxmamaq, tapşırılan bir işi can-başla yerinə yetirmək; ~ bir sözünü iki eləməmək

    Tam oxu »
  • ÖLÇÜ-BİÇİ BİLMƏMƏK

    nə dediyini və nə etdiyini bilməmək, azğınlaşmaq, qudurmaq; ~ həddini aşmaq, cızığından çıxmaq.

    Tam oxu »
  • ÖLÇÜ GÖTÜRMƏK

    tədbir görmək, cəzalandırmaq.

    Tam oxu »
  • ÖLÇÜYƏ GƏLMƏMƏK

    çox böyük, həddən artıq iri olmaq, ölçülə bilməmək.

    Tam oxu »
  • ÖLDÜRÜLMƏMİŞ AYININ DƏRİSİNİ BÖLÜŞDÜRMƏK

    həyata keçməmiş, hələ baş tutmamış xəyali bir işdən gələcək gəlirin üstündə mübahisə etmək, illüziyalara qapılmaq

    Tam oxu »
  • ÖLMÜŞ EŞŞƏYİN NALINI SÖKMƏK

    çox acgöz, pul və sərvət düşkünü olmaq.

    Tam oxu »
  • ÖLÜ CANLAR

    adı olan, özü olmayan bir şey; heç nəyə yaramayan.

    Tam oxu »
  • ÖLÜ DOĞULMAQ

    lap əvvəldən, başlanğıcdan mahiyyətə, müəyyən edilmiş prinsipə uyğun olmamaq, bəslənilən ümidləri doğrultmamaq

    Tam oxu »
  • ÖLÜ DÜŞMƏK

    1. Yorğunluq və s. nəticəsində hərəkətsiz, halsız olmaq; yorğunluqdan yuxuya getmək, bərk yatmaq; ~ tirtap düşmək, daş kimi düşmək

    Tam oxu »
  • ÖLÜ NÖQTƏ

    durğun, hərəkətsiz vəziyyət, dalan.

    Tam oxu »
  • ÖLÜ NÖQTƏDƏN TƏRPƏTMƏK

    dalana dirənmiş bir işə təkan vermək, onu irəliyə aparmaq, durğunluğa son qoymaq.

    Tam oxu »