Azərbaycan dilinin frazeologiya lügəti

  • PORSUQ BOĞMAQ

    bir yerə çox tüstü buraxmaq, qapalı məkanda aramsız siqaret çəkmək.

    Tam oxu »
  • PORSUQ OYUNU OYNAMAQ

    bir neçə yerdən təzyiq edərək əsas çıxış yolunu kəsmək, bir neçə nöqtədən təsirə məruz qoymaq.

    Tam oxu »
  • PRİNSİP APARMAQ

    çəkişmək, öcəşmək; ~ acığa düşmək, bəhsə düşmək, prinsipə düşmək (getmək), ayaq-ayağa qoymaq.

    Tam oxu »
  • PRİNSİPƏ DÜŞMƏK (GETMƏK)

    bax: prinsip aparmaq.

    Tam oxu »
  • PROBLEM ÇIXARMAQ

    gözlənilmədən əlavə qayğı yaratmaq, işin gedişinə mane olmaq, əngəl yaratmaq; ~ iş qarışdırmaq.

    Tam oxu »
  • PUÇA ÇIXMAQ

    heç bir nəticəsi olmamaq; ~ boşa çıxmaq (getmək), hədər getmək, heçə çıxmaq, əldən getmək.

    Tam oxu »
  • PUÇUNU BURMAQ

    dan. 1. Cəzalandırmaq, iradını bildirmək, təpinmək. 2. Özbaşınalığa son qoymaq, əyri yoldan çəkindirmək; ~ əl-ayağını yığışdırmaq

    Tam oxu »
  • PUL ÇIXARMAQ

    pul əldə etmək, qazanmaq, gəlir əldə etmək.

    Tam oxu »
  • PUL GÖZÜNÜ TUTUB

    harınlaşmış, ədalət hissini itirmiş adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • PUL QIRMAQ

    yaxşı qazanc əldə etmək, varlanmaq.

    Tam oxu »
  • PUL QOPARMAQ (DARTMAQ)

    birisindən hər hansı yolla pul almaq.

    Tam oxu »
  • PUL QOYMAQ

    bir işə çoxlu pul xərcləmək; ~ vəsait yatırmaq, pul tökmək.

    Tam oxu »
  • PUL SƏPƏLƏMƏK

    sağa-sola xərcləmək, bədxərclik etmək, qənaətcil olmamaq.

    Tam oxu »
  • PUL TÖKMƏK

    çoxlu pul xərcləmək; ~ maya buraxmaq (qoymaq), pul qoymaq.

    Tam oxu »
  • PUL YEMƏK

    ayrılmış maliyyə vəsaitini mənimsəmək.

    Tam oxu »
  • PULA PUL DEMƏMƏK

    pulu çox olmaq, çox zəngin olmaq; ~ var-dövləti başından aşmaq, pulunu balta kəsməmək.

    Tam oxu »
  • PULU SU YERİNƏ AXITMAQ

    bədxərclik etmək, pulunu sağa-sola xərcləmək.

    Tam oxu »
  • PULUNU BALTA KƏSMƏMƏK

    həddən çox pulu olmaq; ~ pula pul deməmək, var-dövləti başından aşmaq.

    Tam oxu »
  • PULUNUN DƏLİSİ

    bədxərc, lazımsız yerə çox pul xərcləyən.

    Tam oxu »
  • RADARA DÜŞMƏK

    slenq. arzu olunmayan hər hansı hərəkəti qeydiyyata alınmaq, bilinmək, fiksasiya olunmaq; ~ kameraya düşmək

    Tam oxu »
  • RAHAT BURAXMAMAQ

    incitmək, daim narahat etmək; ~ qır-saqqız olub yapışmaq.

    Tam oxu »
  • RAHAT DURMAMAQ

    bax: dinc durmamaq.

    Tam oxu »
  • RAHAT NƏFƏS ALMAQ

    ağır, məsuliyyətli bir işdən azad olmaq, yüngülləşmək; ~ çiynindən dağ götürülmək, üstündən ağır yük (dağ) götürülmək

    Tam oxu »
  • RAST GƏLMƏK

    təsadüf etmək, görmək; ~ rastına çıxmaq.

    Tam oxu »
  • RAST GƏTİRMƏK

    müvafiq, uyğun olmaq; ~ yerinə düşmək, işi düz gətirmək.

    Tam oxu »
  • RASTINA ÇIXMAQ

    bax: rast gəlmək.

    Tam oxu »
  • RAZI SALMAQ

    razı etmək, məmnun etmək; ~ razılıq almaq, ələ almaq, ələ gətirmək, yola gətirmək, ürəyini ələ almaq, qəlbinə yol tapmaq

    Tam oxu »
  • RAZILIQ ALMAQ

    müəyyən bir iş üçün müsbət cavab almaq; ~ razı salmaq, saqqızını oğurlamaq.

    Tam oxu »
  • RAZILIQ VERMƏK

    təklifi ilə razılaşmaq; ~ icazə vermək, yola gəlmək.

    Tam oxu »
  • REAKSİYA VERMƏMƏK

    soyuqqanlı olmaq, münasibət bildirməmək, əhəmiyyət verməmək; ~ baş qoşmamaq.

    Tam oxu »
  • REKORD QIRMAQ

    müəyyən sahədə ən böyük nailiyyət qazanmaq, əvvəlki nailiyyətləri kölgədə qoymaq.

    Tam oxu »
  • RELSƏ DÜŞMƏK

    dan. çətinlik və maneələrdən qurtarmaq, işləri sahmana düşmək; ~ yolu açılmaq, asfalta çıxmaq.

    Tam oxu »
  • RƏĞBƏT BƏSLƏMƏK

    meyil etmək, yaxınlıq etmək, bəyənmək, istəmək.

    Tam oxu »
  • RƏHBƏR TUTMAQ

    bir şeyə əsaslanmaq, nəyisə əsas götürmək.

    Tam oxu »
  • RƏHMƏ GƏLMƏK

    sərtliyi keçmək, mülayimləşmək; ~ insafa gəlmək, ürəyi yumşalmaq.

    Tam oxu »
  • RƏHMƏ GƏTİRMƏK

    bax: ürəyini yumşaltmaq.

    Tam oxu »
  • RƏHMƏT QAZANMAQ

    sağlığında savab işlər görmək, yaxşılıq etmək.

    Tam oxu »
  • RƏHMƏTƏ GETMƏK

    ölmək; ~ canını tapşırmaq, ruhunu təslim etmək.

    Tam oxu »
  • RƏHMİ GƏLMƏK

    acımaq, canıyananlıq etmək; ~ yazığı gəlmək, ürəyi yanmaq, ürəyi ağrımaq, canı yanmaq.

    Tam oxu »
  • RƏQABƏT APARMAQ

    hər hansı bir sahədə eyni məqsəd və mövqe uğrunda mübarizə aparmaq; üstünlük qazanmağa, irəli keçməyə cəhd etmək, kimdənsə geri qalmamağa çalışmaq, ya

    Tam oxu »
  • RƏML ATMAQ

    köhnə. gələcəkdə nə olacağını bilmək üçün müxtəlif üsullarla fala baxmaq.

    Tam oxu »
  • RƏNG VERİB RƏNG ALMAQ

    utanmaq, utanıb-qızarmaq, abır-həya etmək, özünü narahat hiss etmək; ~ rəngdən-rəngə düşmək.

    Tam oxu »
  • RƏNG VERMƏK

    başqa cür yozmaq, başqa məna vermək, mənalandırmaq.

    Tam oxu »
  • RƏNGDƏN-RƏNGƏ DÜŞMƏK

    bax: rəng verib rəng almaq.

    Tam oxu »
  • RƏNGDƏN-RƏNGƏ GİRMƏK

    öz cildini dəyişmək, özünü başqa cür göstərmək, mühitə uyğunlaşmaq; ~ dondan-dona girmək.

    Tam oxu »
  • RƏNGƏ-RUHA GƏLMƏK

    dirçəlmək, yaxşılaşmaq; ~ ruha gəlmək.

    Tam oxu »
  • RƏNGİ QAÇMAQ

    qorxudan, həyəcandan və s.-dən rəngi saralmaq, bənizi ağarmaq; ~ öfkəyə dönmək.

    Tam oxu »
  • RƏNGİ ÖZÜNƏ GƏLMƏK

    normal hala düşmək, halı yaxşılaşmaq.

    Tam oxu »
  • RƏNGİ-RUHU QAÇMAQ

    bax: rəngi qaçmaq.

    Tam oxu »
  • RƏVA GÖRMƏMƏK

    münasib, uyğun saymamaq, layiq bilməmək.

    Tam oxu »