Azərbaycan dilinin frazeologiya lügəti

  • QICIQ VERMƏK

    hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxarmaq; ~ acıq vermək.

    Tam oxu »
  • QIÇINI ÇƏKMƏK

    bax: ayağını çəkmək.

    Tam oxu »
  • QIL KÖRPÜSÜNDƏN KEÇMƏK

    çətin sınaqdan çıxmaq.

    Tam oxu »
  • QIL YANDIRMAQ

    hədəfdən azacıq yan keçmək, sovuşmaq; ~ qıl yazmaq.

    Tam oxu »
  • QIL YAZMAQ

    bax: qıl yandırmaq.

    Tam oxu »
  • QILDAN ASILMAQ

    çox həssas vəziyyətdə olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq; ~ tükdən asılı qalmaq

    Tam oxu »
  • QILI QILDAN SEÇMƏK

    bax: tükü tükdən seçmək.

    Tam oxu »
  • QILIĞINA GİRMƏK

    müəyyən bir məqsəd üçün kiməsə xoş sifət göstərmək, şirin dillə razılığa gətirməyə çalışmaq, tovlamaq; ~ ürəyini ələ almaq, yala hürmək

    Tam oxu »
  • QILINC ÇALMAQ

    qılıncla vuruşmaq.

    Tam oxu »
  • QILINC OYNATMAQ

    hədə-qorxu gəlmək, hədələmək, güc nümayiş etdirmək; ~ meydan oxumaq, meydan sulamaq.

    Tam oxu »
  • QILINCA SARILMAQ

    davaya hazırlaşmaq, səfərbər olmaq; ~ qılıncını itiləmək.

    Tam oxu »
  • QILINCDAN KEÇİRMƏK

    kütləvi qırğın törətmək, qətlə yetirmək.

    Tam oxu »
  • QILINCI KOTAN ELƏMƏK

    müharibəni, davanı buraxıb əkinçiliklə məşğul olmaq.

    Tam oxu »
  • QILINCI QINA QOYMAQ

    savaşı dayandırmaq, dava-dalaşa son qoymaq.

    Tam oxu »
  • QILINCINDAN QAN DAMMAQ

    1. Qəddar, zalım olmaq.  2. İgid və cəsur olmaq.

    Tam oxu »
  • QILINCINI İTİLƏMƏK

    davaya hazırlaşmaq, döyüş gözlənilmək; ~ qılınca sarılmaq.

    Tam oxu »
  • QILINCININ ALTINDAN KEÇMƏK

    hakimiyyətini qəbul etmək, tabe olmaq; ~ baş əymək, boyun əymək.

    Tam oxu »
  • QILINCININ DALI DA KƏSİR, QABAĞI DA

    sözükeçən, böyük ixtiyar və nüfuz sahibi, gücü, səlahiyyəti çox olan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • QILINCININ QAŞI DÜŞMƏZ

    bax: xəncərinin qaşı düşməz.

    Tam oxu »
  • QININA ÇƏKİLMƏK

    gizlənmək, özünü göstərməmək, özünə qapanmaq, heç bir işə qarışmamaq; ~ kölgəyə çəkilmək.

    Tam oxu »
  • QININDAN ÇIXIB QININI BƏYƏNMƏMƏK

    öz əslini, nəslini danmaq, yaxınlarını, doğulduğu və böyüyüb boya-başa çatdığı mühiti bəyənməmək.

    Tam oxu »
  • QININDAN ÇIXMAQ

    əsl sifətini göstərmək.

    Tam oxu »
  • QIR-SAQQIZ OLUB YAPIŞMAQ

    daim narahat etmək, əl çəkməmək; ~ rahat buraxmamaq.

    Tam oxu »
  • QIR VERMƏK

    1. Nazlanmaq, naz eləmək.  2. Vəziyyəti bilərəkdən gərginləşdirmək, narahatlıq yaratmaq; ~ ara qızışdırmaq

    Tam oxu »
  • QIRAĞINI QATLAMAQ

    bir işi tamamlamaq, bitirmək; ölmək (pis adam haqqında); ~ kəlləni yerə qoymaq, cəhənnəmə vasil olmaq

    Tam oxu »
  • QIRĞIN SALMAQ

    narazılıq, dava-dalaş yaratmaq.

    Tam oxu »
  • QIRĞINA ÇIXMAQ

    dava-dalaş etmək, narazılıq yaranmaq.

    Tam oxu »
  • QIRX ARŞIN QUYUNUN DİBİNƏ SALMAQ

    çətinliyə, ağır vəziyyətə düçar etmək.

    Tam oxu »
  • QIRX QAZANIN MAYASI

    nadürüst, araqarışdıran adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QIRX SAXLAMAQ

    xalq adətinə görə, ölü üçün qırx gün matəm saxlamaq.

    Tam oxu »
  • QIRX VERMƏK

    xalq adətinə görə, ölən adam üçün qırxıncı gün ehsan vermək.

    Tam oxu »
  • QIRXI ÇIXMAQ

    doğuşdan, ölümdən və ya toydan qırx gün keçmək.

    Tam oxu »
  • QIRXILMIŞ BAŞINI BİR DƏ QIRXMAQ

    təkrar olaraq söküb-dağıtmaq.

    Tam oxu »
  • QIRXINDA YORĞALAMAQ

    çox yaşlı olduğu halda cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlər etmək.

    Tam oxu »
  • QIRILA-QIRILA QALMAQ

    bax: kəsilə-kəsilə qalmaq.

    Tam oxu »
  • QIRIŞIĞI AÇILMAQ

    canlanmaq, sevinmək; ~ eyni açılmaq.

    Tam oxu »
  • QIRMIZI ADAM

    sözü üzə deyən; həyasız, sırtıq.

    Tam oxu »
  • QIRMIZI GÜLLƏYƏ TUŞ GƏLMƏK

    öldürülmək, qətlə yetirilmək.

    Tam oxu »
  • QIRMIZI XƏTLƏ KEÇMƏK

    bir şeyin (əsərin, çıxışın və s.) ana xəttini, leytmotivini təşkil etmək.

    Tam oxu »
  • QIRMIZI İŞIQ YANDIRMAQ

    qadağan etmək, qabağına sədd çəkmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), qapıları üzünə bağlamaq

    Tam oxu »
  • QIRMIZI KİTABA DÜŞMƏK

    sayı azalmaq, nəsli kəsilmək üzrə olmaq.

    Tam oxu »
  • QISA KƏSMƏK

    uzatmamaq, müxtəsər danışmaq.

    Tam oxu »
  • QISMA-BOĞMAYA SALMAQ

    sıxışdırmaq, incitmək, sərbəstlik verməmək; ~ qısnağa salmaq, sıxma-boğmaya salmaq.

    Tam oxu »
  • QISNAĞA SALMAQ

    bax: qısma-boğmaya salmaq.

    Tam oxu »
  • QIŞ QAPINI DÖYÜR (ALIR, KƏSDİRİR)

    qış fəslinin yaxınlaşdığını, soyuqlar düşdüyünü bildirən ifadə.

    Tam oxu »
  • QIŞDA BOSTAN ƏKMƏK

    vaxtsız iş görmək, mənasız işlər görmək.

    Tam oxu »
  • QIŞDA QAR (BUZ) ALMAQ OLMUR

    çox xəsis adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QIŞIN OĞLAN ÇAĞI

    qışın ən soyuq, şaxtalı dövrü.

    Tam oxu »
  • QIŞQIRIQ QOPARMAQ

    hay-küy, vay-şivən salmaq.  

    Tam oxu »
  • QITLIQ ÇƏKMƏK

    ehtiyac içində olmaq, çox kasıb yaşamaq.

    Tam oxu »