Azərbaycan dilinin frazeologiya lügəti

  • QILINCININ DALI DA KƏSİR, QABAĞI DA

    sözükeçən, böyük ixtiyar və nüfuz sahibi, gücü, səlahiyyəti çox olan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • QILINCININ QAŞI DÜŞMƏZ

    bax: xəncərinin qaşı düşməz.

    Tam oxu »
  • QININA ÇƏKİLMƏK

    gizlənmək, özünü göstərməmək, özünə qapanmaq, heç bir işə qarışmamaq; ~ kölgəyə çəkilmək.

    Tam oxu »
  • QININDAN ÇIXIB QININI BƏYƏNMƏMƏK

    öz əslini, nəslini danmaq, yaxınlarını, doğulduğu və böyüyüb boya-başa çatdığı mühiti bəyənməmək.

    Tam oxu »
  • QININDAN ÇIXMAQ

    əsl sifətini göstərmək.

    Tam oxu »
  • QIR-SAQQIZ OLUB YAPIŞMAQ

    daim narahat etmək, əl çəkməmək; ~ rahat buraxmamaq.

    Tam oxu »
  • QIR VERMƏK

    1. Nazlanmaq, naz eləmək.  2. Vəziyyəti bilərəkdən gərginləşdirmək, narahatlıq yaratmaq; ~ ara qızışdırmaq

    Tam oxu »
  • QIRAĞINI QATLAMAQ

    bir işi tamamlamaq, bitirmək; ölmək (pis adam haqqında); ~ kəlləni yerə qoymaq, cəhənnəmə vasil olmaq

    Tam oxu »
  • QIRĞIN SALMAQ

    narazılıq, dava-dalaş yaratmaq.

    Tam oxu »
  • QIRĞINA ÇIXMAQ

    dava-dalaş etmək, narazılıq yaranmaq.

    Tam oxu »
  • QIRX ARŞIN QUYUNUN DİBİNƏ SALMAQ

    çətinliyə, ağır vəziyyətə düçar etmək.

    Tam oxu »
  • QIRX QAZANIN MAYASI

    nadürüst, araqarışdıran adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QIRX SAXLAMAQ

    xalq adətinə görə, ölü üçün qırx gün matəm saxlamaq.

    Tam oxu »
  • QIRX VERMƏK

    xalq adətinə görə, ölən adam üçün qırxıncı gün ehsan vermək.

    Tam oxu »
  • QIRXI ÇIXMAQ

    doğuşdan, ölümdən və ya toydan qırx gün keçmək.

    Tam oxu »
  • QIRXILMIŞ BAŞINI BİR DƏ QIRXMAQ

    təkrar olaraq söküb-dağıtmaq.

    Tam oxu »
  • QIRXINDA YORĞALAMAQ

    çox yaşlı olduğu halda cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlər etmək.

    Tam oxu »
  • QIRILA-QIRILA QALMAQ

    bax: kəsilə-kəsilə qalmaq.

    Tam oxu »
  • QIRIŞIĞI AÇILMAQ

    canlanmaq, sevinmək; ~ eyni açılmaq.

    Tam oxu »
  • QIRMIZI ADAM

    sözü üzə deyən; həyasız, sırtıq.

    Tam oxu »
  • QIRMIZI GÜLLƏYƏ TUŞ GƏLMƏK

    öldürülmək, qətlə yetirilmək.

    Tam oxu »
  • QIRMIZI XƏTLƏ KEÇMƏK

    bir şeyin (əsərin, çıxışın və s.) ana xəttini, leytmotivini təşkil etmək.

    Tam oxu »
  • QIRMIZI İŞIQ YANDIRMAQ

    qadağan etmək, qabağına sədd çəkmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), qapıları üzünə bağlamaq

    Tam oxu »
  • QIRMIZI KİTABA DÜŞMƏK

    sayı azalmaq, nəsli kəsilmək üzrə olmaq.

    Tam oxu »
  • QISA KƏSMƏK

    uzatmamaq, müxtəsər danışmaq.

    Tam oxu »
  • QISMA-BOĞMAYA SALMAQ

    sıxışdırmaq, incitmək, sərbəstlik verməmək; ~ qısnağa salmaq, sıxma-boğmaya salmaq.

    Tam oxu »
  • QISNAĞA SALMAQ

    bax: qısma-boğmaya salmaq.

    Tam oxu »
  • QIŞ QAPINI DÖYÜR (ALIR, KƏSDİRİR)

    qış fəslinin yaxınlaşdığını, soyuqlar düşdüyünü bildirən ifadə.

    Tam oxu »
  • QIŞDA BOSTAN ƏKMƏK

    vaxtsız iş görmək, mənasız işlər görmək.

    Tam oxu »
  • QIŞDA QAR (BUZ) ALMAQ OLMUR

    çox xəsis adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • QIŞIN OĞLAN ÇAĞI

    qışın ən soyuq, şaxtalı dövrü.

    Tam oxu »
  • QIŞQIRIQ QOPARMAQ

    hay-küy, vay-şivən salmaq.  

    Tam oxu »
  • QITLIQ ÇƏKMƏK

    ehtiyac içində olmaq, çox kasıb yaşamaq.

    Tam oxu »
  • QIY ÇƏKMƏK (VURMAQ)

    qışqırmaq, bağırmaq, səsləmək; ~ nərə çəkmək.

    Tam oxu »
  • QIZ ALMAQ

    evlənmək, evləndirmək, ailə qurmaq.

    Tam oxu »
  • QIZ QALMAQ

    ərə getməmək, ailə qurmamaq, qarımaq; ~ yurdda qalmaq, evdə qalmaq, evi elçi üzü görməmək.

    Tam oxu »
  • QIZIL DAĞLAR VƏD ETMƏK

    basıb-bağlamaq, bol-bol vədlər vermək.

    Tam oxu »
  • QIZIL XIRDALAMAQ

    hikmətli, faydalı, mənalı söhbətlər etmək.

    Tam oxu »
  • QIZIL KÜPÜNƏ DÜŞMƏK

    bolluq, zənginlik içində olmaq.

    Tam oxu »
  • QIZIL TEŞTƏ QAN QUSMAQ

    varlı olsa da, ömrü iztirabla, dərdlə keçmək.

    Tam oxu »
  • QIZILI XIŞMAYLA GÖTÜRMƏK

    çox imkanlı olmaq.

    Tam oxu »
  • QIZIM, SƏNƏ DEYİRƏM, GƏLİNİM, SƏN EŞİT

    sözü birbaşa deyil, dolayısı ilə eşitdirmək məqsədilə işlədilən ifadə.

    Tam oxu »
  • QIZIN İKİ ADAXLISI VAR

    bir yerə, yaxud hər hansı işi görməyə iki və ya daha çox iddiaçı olduqda işlədilən ifadə.

    Tam oxu »
  • QIZLAR BULAĞINDAN SU İÇMƏK

    yeniyetmə dövrünü yaşamaq, gözəlləşmək, yetkinləşmək, həddi-büluğa çatmaq.

    Tam oxu »
  • QİSAS ALMAQ

    bax: intiqam almaq.

    Tam oxu »
  • QİSASI YERDƏ QALMAQ

    əvəz çıxa bilməmək, intiqamını almamaq.

    Tam oxu »
  • QİYAMƏT ELƏMƏK

    bax: qan eləmək.

    Tam oxu »
  • QİYAMƏT QOPARMAQ

    qışqırmaq; ~ hay-küy salmaq, hay-küy qaldırmaq, haray-həşir salmaq (qoparmaq), vəlvələ salmaq.

    Tam oxu »
  • QİYAMƏT QOPMAQ

    səs-küy yaranmaq, qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Tam oxu »
  • QİYAMƏTƏ QALMAQ

    bir işin nə vaxt gerçəkləşəcəyini bilməmək.

    Tam oxu »