Фразеологический словарь азербайджанского языка

  • QƏM ÇƏKMƏK

    nəyisə özünə dərd etmək; ~ qəmə batmaq, qəm yemək.

    Полностью »
  • QƏM ÇIRAĞI SÖNMƏK

    dərddən, qəmdən qurtulmaq, xoşbəxt günlərə çatmaq.

    Полностью »
  • QƏM DƏRYASINA BATMAQ

    son dərəcə kədərlənmək, bikef, qəmgin, pərişan, dərdli olmaq; ~ qəm dəryasına qərq olmaq, gəmiləri batmaq, dəryada gəmisi batmaq

    Полностью »
  • QƏM DƏRYASINA QƏRQ OLMAQ

    bax: qəm dəryasına batmaq.

    Полностью »
  • QƏM SAZINI ÇALMAQ

    ah-nalə çəkmək, dərdini, qəmini dilə gətirmək.

    Полностью »
  • QƏM ŞƏLƏSİ DAŞIMAQ

    daim dərdli-kədərli olmaq.

    Полностью »
  • QƏM YEMƏK

    bax: qəm çəkmək.

    Полностью »
  • QƏMƏ BATMAQ

    bax: qəm çəkmək.

    Полностью »
  • QƏMƏNİ ÜSTDƏN BAĞLAMAQ

    dava etmək üçün bəhanə axtarmaq.

    Полностью »
  • QƏMİŞ QOYMAQ

    nöqsan axtarmağa çalışmaq, qərəzli yanaşmaq, irad üçün bəhanə tapmaq; bir işin gedişinə, düzəlməsinə mane olmaq, müdaxilə edib əngəl törətmək; ~ vedrə

    Полностью »
  • QƏMİŞİNİ ÇƏKMƏK

    rədd olmaq, rahat buraxmaq; ~ başından açılmaq.

    Полностью »
  • QƏNAƏTƏ GƏLMƏK

    müzakirə və götür-qoydan sonra müəyyən nəticəyə gəlmək, qəti fikir formalaşmaq; ~ qərara almaq.

    Полностью »
  • QƏNBƏRQULU ÇIXMAQ

    gözlənilməz bir maneə ilə qarşılaşmaq; ~ əngəl çıxmaq.

    Полностью »
  • QƏNİM KƏSİLMƏK

    düşmən olmaq; ~ gözünün odunu almaq, yağı kəsilmək.

    Полностью »
  • QƏNİMƏT BİLMƏK

    gözləniləndən az olsa da, əldə edilmiş və ya qarşısına çıxmış bir şeylə (qazanc və ya nailiyyətlə) kifayətlənmək, qane olmaq

    Полностью »
  • QƏPİYƏ GÜLLƏ ATMAQ

    heç pulu olmamaq, kasıb yaşamaq; ~ acından günorta durmaq, acından köpük qusmaq, cibində siçаnlаr oynamaq

    Полностью »
  • QƏPİYİNİN ÜSTÜNDƏ ƏSMƏK

    xəsis olmaq, maddiyyatı üstün tutmaq; pulunun qədrini bilmək, xərcini-borcunu bilmək.

    Полностью »
  • QƏRAR TUTMAQ (TAPMAQ)

    bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq; sakitləşmək, rahat olmaq; ~ baxya tutmaq, lövbər salmaq, bir yerdə tikiş tutdurmaq

    Полностью »
  • QƏRARA ALMAQ

    qərar qəbul etmək, bir şeyi müzakirə etdikdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək; ~ fikrinə gəlmək, fikrinə düşmək, qənaətə gəlmək,

    Полностью »
  • QƏRARA GƏLMƏK

    bax: qərara almaq.

    Полностью »
  • QƏRARDAN DÜŞMƏK

    1. Daha dözə bilməmək, səbri, hövsələsi tükənmək.  2. Hüquqi qüvvəsini itirmək; ~ qüvvədən düşmək.

    Полностью »
  • QƏRARI GƏLMƏMƏK

    kəmhövsələ olmaq, bir yerdə duruş gətirə bilməmək, qərar tuta bilməmək, hövsələsi çatmamaq.

    Полностью »
  • QƏRARI KƏSİLMƏK

    səbri qalmamaq, səbir edə bilməmək; taqəti, halı qalmamaq, tab gətirə bilməmək.

    Полностью »
  • QƏRİBÇİLİK ÇƏKMƏK

    çox darıxmaq, həsrətini çəkmək, yoxluğunu hiss etmək.

    Полностью »
  • QƏRİBÇİLİYƏ SALMAQ

    ciddi əhəmiyyət verməmək, qulaq asmamaq, saymamaq.

    Полностью »
  • QƏSDİNƏ DURMAQ

    davamlı olaraq birinin bədbəxtliyinə, ölümünə, məhvinə çalışmaq, daim pislik etmək.

    Полностью »
  • QƏTLƏ YETİRMƏK

    öldürmək.

    Полностью »
  • QƏZƏBİ SOYUMAQ

    sakitləşmək, toxtamaq; ~ köpü yatmaq.

    Полностью »
  • QƏZƏBİ TUTMAQ

    bərk hirslənmək, hiddətlənmək, acıqlanmaq; ~ hirsi tutmaq.

    Полностью »
  • QƏZƏBİNDƏN ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    bax: zəncir çeynəmək (gəmirmək).

    Полностью »
  • QƏZƏBİNİ BOĞMAQ

    hirsini, acığını büruzə verməməyə çalışmaq, özünü təmkinli göstərmək; ~ hirsini boğmaq (cilovlamaq).

    Полностью »
  • QƏZƏBİNİ SÖNDÜRMƏK (SOYUTMAQ)

    sakitləşdirmək; ~ hirsini soyutmaq.

    Полностью »
  • QƏZƏBİNİ ÜSTÜNƏ TÖKMƏK

    bax: hirsini tökmək.

    Полностью »
  • QICIQ VERMƏK

    hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxarmaq; ~ acıq vermək.

    Полностью »
  • QIÇINI ÇƏKMƏK

    bax: ayağını çəkmək.

    Полностью »
  • QIL KÖRPÜSÜNDƏN KEÇMƏK

    çətin sınaqdan çıxmaq.

    Полностью »
  • QIL YANDIRMAQ

    hədəfdən azacıq yan keçmək, sovuşmaq; ~ qıl yazmaq.

    Полностью »
  • QIL YAZMAQ

    bax: qıl yandırmaq.

    Полностью »
  • QILDAN ASILMAQ

    çox həssas vəziyyətdə olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq; ~ tükdən asılı qalmaq

    Полностью »
  • QILI QILDAN SEÇMƏK

    bax: tükü tükdən seçmək.

    Полностью »
  • QILIĞINA GİRMƏK

    müəyyən bir məqsəd üçün kiməsə xoş sifət göstərmək, şirin dillə razılığa gətirməyə çalışmaq, tovlamaq; ~ ürəyini ələ almaq, yala hürmək

    Полностью »
  • QILINC ÇALMAQ

    qılıncla vuruşmaq.

    Полностью »
  • QILINC OYNATMAQ

    hədə-qorxu gəlmək, hədələmək, güc nümayiş etdirmək; ~ meydan oxumaq, meydan sulamaq.

    Полностью »
  • QILINCA SARILMAQ

    davaya hazırlaşmaq, səfərbər olmaq; ~ qılıncını itiləmək.

    Полностью »
  • QILINCDAN KEÇİRMƏK

    kütləvi qırğın törətmək, qətlə yetirmək.

    Полностью »
  • QILINCI KOTAN ELƏMƏK

    müharibəni, davanı buraxıb əkinçiliklə məşğul olmaq.

    Полностью »
  • QILINCI QINA QOYMAQ

    savaşı dayandırmaq, dava-dalaşa son qoymaq.

    Полностью »
  • QILINCINDAN QAN DAMMAQ

    1. Qəddar, zalım olmaq.  2. İgid və cəsur olmaq.

    Полностью »
  • QILINCINI İTİLƏMƏK

    davaya hazırlaşmaq, döyüş gözlənilmək; ~ qılınca sarılmaq.

    Полностью »
  • QILINCININ ALTINDAN KEÇMƏK

    hakimiyyətini qəbul etmək, tabe olmaq; ~ baş əymək, boyun əymək.

    Полностью »