Azərbaycan dilinin frazeologiya lügəti

  • QƏBİR QAZMAQ

    birinin əleyhinə işləmək, birini bədbəxt etmək üçün gizlində tədbir görmək; ~ quyu qazmaq.

    Tam oxu »
  • QƏBRİ QAZILMAQ

    ölümünə az qalmaq, ölümü yaxınlaşmaq; cəzalanması labüd olmaq; ~ fatihəsi oxunmaq (verilmək), işi bitmək

    Tam oxu »
  • QƏBRİ OD TUTUB YANMAQ

    ölən birinin ruhunun yaxınları tərəfindən edilən bir hərəkətə görə inciməsi, narahat olması.

    Tam oxu »
  • QƏBRİNİ GÖTÜRMƏK

    məzarın düzəldilməsini sona çatdırmaq.

    Tam oxu »
  • QƏDDİ ƏYİLMƏK (BÜKÜLMƏK)

    bax: beli bükülmək.

    Tam oxu »
  • QƏDDİNİ DÜZƏLTMƏK

    maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq; ~ özünə gəlmək.

    Tam oxu »
  • QƏDDİNİ ƏYMƏK (BÜKMƏK)

    bədbəxt etmək, sarsıtmaq.

    Tam oxu »
  • QƏDƏM BASMAQ

    gəlmək, daxil olmaq; ~ ayaq basmaq; başlamaq.

    Tam oxu »
  • QƏDİR AĞACI ƏKƏRLƏR

    özünə qarşı hörmət tələb edən, öz qədir-qiymətindən danışan adamlara kinayə ilə deyilən ifadə.

    Tam oxu »
  • QƏDRİNİ BİLMƏK

    layiqincə qiymətləndirmək; ~ qiymət vermək.

    Tam oxu »
  • QƏFƏSDƏ SAXLAMAQ

    azadlığını, sərbəstliyini əlindən almaq, hərəkət etməsinə imkan verməmək; ~ dörd divar arasında saxlamaq

    Tam oxu »
  • QƏFƏSƏ DÜŞMƏK

    tutulmaq; ~ tora düşmək.

    Tam oxu »
  • QƏFLƏT YUXUSUNA GETMƏK

    ətrafında baş verənlərdən bixəbər olmaq, cərəyan edən hadisələrə diqqət yetirməmək.

    Tam oxu »
  • QƏFLƏT YUXUSUNDAN AYILMAQ (OYANMAQ)

    dərk etməyə başlamaq, ayılmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı ayırd etmək; ~ gözü açılmaq

    Tam oxu »
  • QƏHƏR TUTMAQ

    duyğulanmaq, həyəcanlanmaq, boğularaq ağlamaq istəmək.

    Tam oxu »
  • QƏHƏTƏ ÇIXMAQ

    tapılmamaq, çətin tapılmaq, qıt olmaq; ~ yoxa çıxmaq.

    Tam oxu »
  • QƏHQƏHƏ ÇƏKMƏK

    qəhqəhə ilə gülmək; ~ şaqqanaq çəkmək.

    Tam oxu »
  • QƏLBİ DAĞA DÖNMƏK

    bax: ürəyi dağa dönmək.

    Tam oxu »
  • QƏLBİ QAN AĞLAMAQ

    ürəkdən, ciddi təsirlənmək, təəssüf hissi keçirmək.

    Tam oxu »
  • QƏLBİ QIRILMAQ (SINMAQ)

    incimək; ~ ürəyi sınmaq, könlü qırılmaq.

    Tam oxu »
  • QƏLBİ SIXILMAQ

    darıxmaq; ~ ürəyi sıxılmaq (qısılmaq).

    Tam oxu »
  • QƏLBİ YANMAQ

    vəziyyətinə son dərəcə acımaq; ~ yazığı gəlmək, ürəyi yanmaq.

    Tam oxu »
  • QƏLBİ YARALI

    dərdli, kədərli, ürəyində dərdi olan, fəlakət üz vermiş.

    Tam oxu »
  • QƏLBİNDƏ YER ELƏMƏK

    bəyənmək, xoşlamaq; özünü sevdirmək, bəyənilmək; ~ qəlbinə yatmaq, qəlbinə girmək.

    Tam oxu »
  • QƏLBİNDƏN KEÇMƏK

    bax: ürəyindən keçmək.

    Tam oxu »
  • QƏLBİNDƏN QARA QANLAR AXMAQ

    bax: ürəyindən qara qanlar axmaq.

    Tam oxu »
  • QƏLBİNƏ DƏYMƏK (TOXUNMAQ)

    küsdürmək, inciməsinə səbəb olmaq; ~ incik salmaq, könlünə dəymək (toxunmaq), könlünü qırmaq (sındırmaq, parçalamaq), ürəyinə dəymək (toxunmaq), ürəyi

    Tam oxu »
  • QƏLBİNƏ GİRMƏK

    bax: ürəyinə girmək.

    Tam oxu »
  • QƏLBİNƏ HAKİM OLMAQ (KƏSİLMƏK)

    özünə bağlamaq, ram etmək, özünü sevdirmək, özünə inandırmaq; ~ qəlbinə girmək.

    Tam oxu »
  • QƏLBİNƏ OD SALMAQ

    sevgi, məhəbbət qığılcımlarını alovlandırmaq, aşiq etmək.

    Tam oxu »
  • QƏLBİNƏ ŞEYTAN GİRMƏK

    pis niyyətə düşmək, bəd şeylər düşünmək.

    Tam oxu »
  • QƏLBİNƏ YATMAQ

    bax: ürəyinə yatmaq.

    Tam oxu »
  • QƏLBİNƏ YOL TAPMAQ

    təsir etmək, məhəbbətini, sevgisini qazanmaq; ~ razı salmaq, qəlbini ələ almaq, ürəyini ələ almaq.

    Tam oxu »
  • QƏLBİNİ AÇMAQ

    birinə inanaraq ürəyindəkiləri açıb söyləmək, etiraf etmək.

    Tam oxu »
  • QƏLBİNİ ƏLƏ ALMAQ

    bax: ürəyini ələ almaq.

    Tam oxu »
  • QƏLBİNİ QIRMAQ (SINDIRMAQ)

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »
  • QƏLBİNİ OXUMAQ

    bax: ürəyini oxumaq.

    Tam oxu »
  • QƏLBİNİ OVLAMAQ

    bax: ürəyini ovlamaq.

    Tam oxu »
  • QƏLBİNİ YUMŞALTMAQ

    bax: ürəyini yumşaltmaq.

    Tam oxu »
  • QƏLƏM ÇALMAQ

    müəyyən sahədə yazıb-yaratmaq.

    Tam oxu »
  • QƏLƏM ÇƏKMƏK

    1. Üstündən xətt çəkmək, silmək, pozmaq.  2. Gözə sürmə çəkmək.

    Tam oxu »
  • QƏLƏM DÜŞMƏN ƏLİNDƏDİR

    “ixtiyar, səlahiyyət sahibi odur”, “haqq-ədalət yoxdur” mənalarında işlədilən ifadə.

    Tam oxu »
  • QƏLƏM İŞLƏTMƏK

    yazmaq, fikrini yazıda ifadə etmək.

    Tam oxu »
  • QƏLƏM QATMAQ

    hazır yazını redaktə etmək, üzərində düzəlişlər aparmaq, dil və üslubuna əl gəzdirmək, əlavələr etmək

    Tam oxu »
  • QƏLƏMDƏN DÜŞMƏK

    sayılmamaq, unudulmaq, adı çəkilməmək, xatırlanmamaq, yada salınmamaq.

    Tam oxu »
  • QƏLƏMƏ ALMAQ

    hər hansı mövzu ilə bağlı bir şey yazmaq, qeyd etmək, hadisəni təsvir etmək; ~ qələmindən çıxmaq.

    Tam oxu »
  • QƏLƏMƏ SARILMAQ

    yazmağa, yazıçılığa başlamaq.

    Tam oxu »
  • ... QƏLƏMƏ VERMƏK

    bir adamın yaxşı və ya pis cəhətlərini tanıtmaq, təqdim etmək, diqqətə çatdırmaq.

    Tam oxu »
  • QƏLƏMİ DAŞDAN KEÇMƏK

    yazdığının təsiri, nəticəsi olmaq, kəskin yazmaq.

    Tam oxu »
  • QƏLƏMİNDƏN ÇIXMAQ

    yazının, əsərin müəllifi olmaq; ~ qələmə almaq.

    Tam oxu »