Azərbaycan dilinin frazeologiya lügəti

  • SAQQAL TƏRPƏTMƏK

    xahiş etmək, sözünü demək.

    Tam oxu »
  • SAQQALA SALAM VERMƏMƏK

    dan. saymamaq, hesablaşmamaq.

    Tam oxu »
  • SAQQALI ƏLƏ VERMƏK

    başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq (əsasən, ailədə söz sahibi olmayan kişi haqqında işlədilən ifadə)

    Tam oxu »
  • SAQQALIM YOXDUR, SÖZÜM ÖTMÜR

    dediyi sözün, fikir və təklifin doğru çıxmasından ruhlanan, amma bunların vaxtında nəzərə alınmamasından narazı qalan  adamın işlətdiyi ifadə

    Tam oxu »
  • SAQQALINA DƏN DÜŞMƏK

    bax: dən düşmək.

    Tam oxu »
  • SAQQALINDA BİR TÜK QOYMAMAQ

    bərk dalaşmaq, saqqalını yolmaq.

    Tam oxu »
  • SAQQALINI DƏYİRMANDA AĞARTMAQ

    qocaldığı halda heç bir şey öyrənməmək, təcrübəsiz olmaq.

    Tam oxu »
  • SAQQALININ ALTINDAN KEÇMƏK

    bax: bığının altından keçmək.

    Tam oxu »
  • SAQQALLI UŞAQ

    yaşlansa da, uşaq ağlında olan, özünü uşaq kimi aparan, yaşına uyğun һәrәkәt etmәyәn yaşlı adamlar haqqında işlədilən ifadə

    Tam oxu »
  • SAQQIZ ÇEYNƏMƏK

    boş-boş söhbət etmək, heç bir faydalı işlə məşğul olmamaq.

    Tam oxu »
  • SAQQIZ OĞURLUĞUNA GETMƏK

    birinin yanına gedib rəyini bilməyə, fikrini öyrənməyə, razılığını almağa çalışmaq.

    Tam oxu »
  • SAQQIZINI OĞURLAMAQ

    tovlayıb aldatmaq; qılığına girib özünə tərəf çəkmək; ~ təsiri altına salmaq, razılıq almaq.

    Tam oxu »
  • SALAM VERDİK, BORCLU ÇIXDIQ

    xoş üz göstərən adamın üzərinə ağır öhdəliklər qoyularkən işlətdiyi ifadə.

    Tam oxu »
  • SALAM VERDİK, ZİBİLƏ DÜŞDÜK

    bax: salam verdik, borclu çıxdıq.

    Tam oxu »
  • SALAMAT YER QOYMAMAQ

    tamamilə korlamaq, yararsız hala salmaq; döymək, əzişdirmək; ~ xəşilə döndərmək.

    Tam oxu »
  • SAMAN ALTINDAN SU YERİTMƏK

    zahirən sakit, fəaliyyətsiz görünsə də, gizlində öz işlərini görmək; altdan-altdan ara qarışdırmaq; ~ əriştə kəsmək (doğramaq), çöp altında dəyirman t

    Tam oxu »
  • SAMAN ÇÖPÜNDƏN YAPIŞMAQ

    çətin vəziyyətdən çıxa bilmək, qurtulmaq üçün ən kiçik şeyə belə əl atmaq.

    Tam oxu »
  • SAMAN ÇÖPÜNƏ ƏL ATMAQ

    bax: saman çöpündən yapışmaq.

    Tam oxu »
  • SAMAN TAYASINDA İYNƏ AXTARMAQ

    tapılması mümkün olmayan bir şeyi aramaq; çox çətin işə girişmək; ~ qaranlıqda iynə axtarmaq.

    Tam oxu »
  • SANDIQ TULASI

    yaltaq, ikiüzlü, riyakar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SAPA DÜZMƏK

    fikrini aydın, dəqiq, rəvan şəkildə ifadə edə bilmək.

    Tam oxu »
  • SAPANDA QOYUB ATMAQ

    məhv etmək; ~ sıradan çıxarmaq, aradan götürmək.

    Tam oxu »
  • SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR

    bax: sapı özümüzdəndir.

    Tam oxu »
  • SAPI ÖZÜMÜZDƏNDİR

    xalqına, millətinə, vətəninə zərər verən, milli maraqlara qarşı çıxan dönük, satqın və nankor adamlar haqqında işlədilən ifadə; ~ sapı özümüzdən olan

    Tam oxu »
  • SARALIB MUMA DÖNMƏK

    sıxıntıdan, dərddən zəifləmək.

    Tam oxu »
  • SARI SİM

    incə nöqtə, çox həssas məqam.

    Tam oxu »
  • SARI SİMƏ TOXUNMAQ (VURMAQ)

    həssas nöqtəyə, incə məqama toxunmaq. 

    Tam oxu »
  • SARISINI UDMAQ

    güclü qorxu hissi keçirmək, bərk qorxmaq; ~ ödünü udmaq.

    Tam oxu »
  • SATİRA ATƏŞİNƏ TUTMAQ

    gülüş və istehza ilə ciddi tənqid etmək, ifşa etmək; ~ tənqid atəşinə tutmaq.

    Tam oxu »
  • SAVAB QAZANMAQ

    yaxşılıq etmək, xeyirxahlıq etmək; ~ ovsanaya düşmək.

    Tam oxu »
  • SAYA SALMAQ

    saymaq, yaxın hesab etmək, hörmət etmək; ~ hörmət qoymaq.

    Tam oxu »
  • SAZAN AYRI, FAZAN AYRI

    “müxtəlif, fərqli məsələləri bir-birinə qarışdırmaq olmaz”, “hər şeyin öz yeri var” mənalarında işlədilən ifadə; ~ cin ayrı, şeytan ayrı, bığ ayrı, sa

    Tam oxu »
  • SEYİD CƏDDİNƏ ARXAYIN OLAN KİMİ

    öz mövqeyinə, nüfuzuna həddindən artıq güvənib arxayınlaşan, hər şeyi taleyin ümidinə buraxan fəaliyyətsiz adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • SƏADƏT QUŞU ÇİYNİNƏ QONMAQ

    taleyi, həyatı uğurlu olmaq; ~ bəxti gətirmək.

    Tam oxu »
  • SƏADƏTƏ QOVUŞMAQ

    bax: ağ günə çıxmaq (çatmaq).

    Tam oxu »
  • SƏBİR KASASI DOLMAQ (DAŞMAQ)

    daha dözə bilməmək; ~ hövsələdən çıxmaq, səbri kəsilmək.

    Tam oxu »
  • SƏBRİ KƏSİLMƏK (ÇATMAMAQ)

    daha dözə bilməmək, səbri və hövsələsi tükənmək; ~ səbir kasası dolmaq (daşmaq).

    Tam oxu »
  • SƏBRİNİ BASMAQ (CİLOVLAMAQ)

    dözmək, hövsələli olmaq; ~ hövsələsini basmaq, hirsini basmaq, hirsini boğmaq (cilovlamaq), özünü saxlamaq

    Tam oxu »
  • SƏDD ÇƏKMƏK

    mane olmaq, maneə yaratmaq; ~ hasar çəkmək.

    Tam oxu »
  • SƏDƏMƏ TOXUNMAQ

    fəlakətə məruz qalmaq, bəla üz vermək, gözlənilmədən zərbə almaq;~ ziyan çəkmək (dəymək).

    Tam oxu »
  • SƏHƏRİ DİRİGÖZLÜ AÇMAQ

    bax: sabahı dirigözlü açmaq.

    Tam oxu »
  • SƏHƏRİN GÖZÜ AÇILMAMIŞ (AÇILAR-AÇILMAZ)

    ala-torandan, sübh tezdən; ~ tula tayadan düşməmiş, ala it tayadan düşməmiş.

    Tam oxu »
  • SƏHİFƏNİ ÇEVİRMƏK

    bir şeyi unutmaq, daha onu xatırlamamaq.

    Tam oxu »
  • SƏHRADA HARAY SALMAQ

    müəyyən bir işi görmək üçün cavabsız qalan çağırışlar etmək; uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə yol vermək

    Tam oxu »
  • SƏKKİZ YAZMAQ

    hər hansı səbəbdən (daha çox sərxoşluqdan) yerişini itirmək, səndələmək; ~ ayaqları dolaşmaq, ləngər vurmaq

    Tam oxu »
  • SƏKSƏKƏYƏ DÜŞMƏK

    qorxu hissi keçirmək, həyəcanlanmaq.

    Tam oxu »
  • SƏN DEMƏ

    əslində; ~ heç demə.

    Tam oxu »
  • SƏN ÖL

    dan. müsahibini dediyi sözə, verdiyi vədə inandırmaq, nəyəsə əmin etmək üçün işlədilən ifadə, nitq etiketi, and

    Tam oxu »
  • SƏN ÖLƏSƏN

    dan. hər hansı aşağılayıcı təklif və ya hədə müqabilində “bacarmazsan”, “onu görməzsən” mənasında işlədilən ifadə

    Tam oxu »
  • SƏN VURMADIN, MƏN YIXILMADIM...

    xoşagəlməz hadisənin səbəbləri ilə bağlı mübahisə zamanı tərəflərdən birinin təqsirkar bildiyi şəxsə müraciətlə işlətdiyi qınayıcı ifadə

    Tam oxu »