Azərbaycan dilinin frazeologiya lügəti

  • SANDIQ TULASI

    yaltaq, ikiüzlü, riyakar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SAPA DÜZMƏK

    fikrini aydın, dəqiq, rəvan şəkildə ifadə edə bilmək.

    Tam oxu »
  • SAPANDA QOYUB ATMAQ

    məhv etmək; ~ sıradan çıxarmaq, aradan götürmək.

    Tam oxu »
  • SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR

    bax: sapı özümüzdəndir.

    Tam oxu »
  • SAPI ÖZÜMÜZDƏNDİR

    xalqına, millətinə, vətəninə zərər verən, milli maraqlara qarşı çıxan dönük, satqın və nankor adamlar haqqında işlədilən ifadə; ~ sapı özümüzdən olan

    Tam oxu »
  • SARALIB MUMA DÖNMƏK

    sıxıntıdan, dərddən zəifləmək.

    Tam oxu »
  • SARI SİM

    incə nöqtə, çox həssas məqam.

    Tam oxu »
  • SARI SİMƏ TOXUNMAQ (VURMAQ)

    həssas nöqtəyə, incə məqama toxunmaq. 

    Tam oxu »
  • SARISINI UDMAQ

    güclü qorxu hissi keçirmək, bərk qorxmaq; ~ ödünü udmaq.

    Tam oxu »
  • SATİRA ATƏŞİNƏ TUTMAQ

    gülüş və istehza ilə ciddi tənqid etmək, ifşa etmək; ~ tənqid atəşinə tutmaq.

    Tam oxu »
  • SAVAB QAZANMAQ

    yaxşılıq etmək, xeyirxahlıq etmək; ~ ovsanaya düşmək.

    Tam oxu »
  • SAYA SALMAQ

    saymaq, yaxın hesab etmək, hörmət etmək; ~ hörmət qoymaq.

    Tam oxu »
  • SAZAN AYRI, FAZAN AYRI

    “müxtəlif, fərqli məsələləri bir-birinə qarışdırmaq olmaz”, “hər şeyin öz yeri var” mənalarında işlədilən ifadə; ~ cin ayrı, şeytan ayrı, bığ ayrı, sa

    Tam oxu »
  • SEYİD CƏDDİNƏ ARXAYIN OLAN KİMİ

    öz mövqeyinə, nüfuzuna həddindən artıq güvənib arxayınlaşan, hər şeyi taleyin ümidinə buraxan fəaliyyətsiz adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • SƏADƏT QUŞU ÇİYNİNƏ QONMAQ

    taleyi, həyatı uğurlu olmaq; ~ bəxti gətirmək.

    Tam oxu »
  • SƏADƏTƏ QOVUŞMAQ

    bax: ağ günə çıxmaq (çatmaq).

    Tam oxu »
  • SƏBİR KASASI DOLMAQ (DAŞMAQ)

    daha dözə bilməmək; ~ hövsələdən çıxmaq, səbri kəsilmək.

    Tam oxu »
  • SƏBRİ KƏSİLMƏK (ÇATMAMAQ)

    daha dözə bilməmək, səbri və hövsələsi tükənmək; ~ səbir kasası dolmaq (daşmaq).

    Tam oxu »
  • SƏBRİNİ BASMAQ (CİLOVLAMAQ)

    dözmək, hövsələli olmaq; ~ hövsələsini basmaq, hirsini basmaq, hirsini boğmaq (cilovlamaq), özünü saxlamaq

    Tam oxu »
  • SƏDD ÇƏKMƏK

    mane olmaq, maneə yaratmaq; ~ hasar çəkmək.

    Tam oxu »
  • SƏDƏMƏ TOXUNMAQ

    fəlakətə məruz qalmaq, bəla üz vermək, gözlənilmədən zərbə almaq;~ ziyan çəkmək (dəymək).

    Tam oxu »
  • SƏHƏRİ DİRİGÖZLÜ AÇMAQ

    bax: sabahı dirigözlü açmaq.

    Tam oxu »
  • SƏHƏRİN GÖZÜ AÇILMAMIŞ (AÇILAR-AÇILMAZ)

    ala-torandan, sübh tezdən; ~ tula tayadan düşməmiş, ala it tayadan düşməmiş.

    Tam oxu »
  • SƏHİFƏNİ ÇEVİRMƏK

    bir şeyi unutmaq, daha onu xatırlamamaq.

    Tam oxu »
  • SƏHRADA HARAY SALMAQ

    müəyyən bir işi görmək üçün cavabsız qalan çağırışlar etmək; uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə yol vermək

    Tam oxu »
  • SƏKKİZ YAZMAQ

    hər hansı səbəbdən (daha çox sərxoşluqdan) yerişini itirmək, səndələmək; ~ ayaqları dolaşmaq, ləngər vurmaq

    Tam oxu »
  • SƏKSƏKƏYƏ DÜŞMƏK

    qorxu hissi keçirmək, həyəcanlanmaq.

    Tam oxu »
  • SƏN DEMƏ

    əslində; ~ heç demə.

    Tam oxu »
  • SƏN ÖL

    dan. müsahibini dediyi sözə, verdiyi vədə inandırmaq, nəyəsə əmin etmək üçün işlədilən ifadə, nitq etiketi, and

    Tam oxu »
  • SƏN ÖLƏSƏN

    dan. hər hansı aşağılayıcı təklif və ya hədə müqabilində “bacarmazsan”, “onu görməzsən” mənasında işlədilən ifadə

    Tam oxu »
  • SƏN VURMADIN, MƏN YIXILMADIM...

    xoşagəlməz hadisənin səbəbləri ilə bağlı mübahisə zamanı tərəflərdən birinin təqsirkar bildiyi şəxsə müraciətlə işlətdiyi qınayıcı ifadə

    Tam oxu »
  • SƏNƏ GÜVƏNDİYİM DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ

    arxa, dayaq hesab edilən, güvənilən şəxs etimadı doğrultmadıqda təəssüflə işlədilən ifadə.

    Tam oxu »
  • SƏNGƏRƏ YATMAQ

    bax: suyun dibinə yatmaq.

    Tam oxu »
  • SƏNGƏRİ DƏYİŞMƏK

    mövqeyini, mənsub olduğu düşərgəni, məsləkini dəyişmək.

    Tam oxu »
  • SƏNİNKİ SƏNDƏ, MƏNİMKİ MƏNDƏ

    razılığa gələ bilmədikdə münasibətlərə son qoymaq məqsədilə qarşı tərəfə deyilən ifadə.

    Tam oxu »
  • SƏRÇƏNİ GÖZÜNDƏN VURMAQ

    bax: quşu gözündən vurmaq.

    Tam oxu »
  • SƏRÇƏYƏ TOPDAN ATƏŞ AÇMAQ

    xırda və əhəmiyyətsiz bir işə həddindən artıq enerji sərf etmək.

    Tam oxu »
  • SƏRHƏDİ KEÇMƏK

    ədəb-ərkan gözləməmək, böyük-kiçik yeri bilməmək; ~ həddini aşmaq, cızığından çıxmaq.

    Tam oxu »
  • SƏS-KÜY SALMAQ (QOPARMAQ)

    uca səslə danışmaq, qışqırmaq; ~ səs salmaq, səsini başına atmaq, hay basmaq (salmaq, vurmaq).

    Tam oxu »
  • SƏS SALMAQ

    uca səslə danışmaq; ~ səsi aləmi basmaq, səs-küy salmaq (qoparmaq), sükutu pozmaq; şayiə yaymaq, dedi-qodu eləmək; ~ söz qoşmaq, vedrə bağlamaq, şeypu

    Tam oxu »
  • SƏS VERMƏK

    1. Seçki zamanı namizədlərdən birini dəstəkləmək. 2. Səslənməklə kiminsə çağırışına cavab vermək. 3. İclas, müzakirə, disput, müdafiə və s

    Tam oxu »
  • SƏS YIĞMAQ

    seçki və müsabiqələrdə vətəndaşların, iştirakçıların dəstəyinə (səsverməsinə) nail olmaq.

    Tam oxu »
  • SƏSƏ SALMAMAQ

    bir şeyi ört-basdır etmək, ətrafdakılardan gizlətmək, haqqında danışmamaq; ~ məsələni ağartmamaq.

    Tam oxu »
  • SƏSİ AĞIR GƏLMƏK

    müsbət cavab verməmək, məsələyə soyuq yanaşmaq, istəməmək, könlü olmamaq.

    Tam oxu »
  • SƏSİ ALƏMİ BASMAQ

    uca səslə danışmaq; ~ səs salmaq.

    Tam oxu »
  • SƏSİ ALINMAQ

    seçki hüququndan məhrum edilmək; öz fikrini bildirməyə qoymamaq.

    Tam oxu »
  • SƏSİ BAŞINA DÜŞMƏK

    kiminsə və ya nəyinsə səsindən qıcıqlanmaq, əsəbiləşmək.

    Tam oxu »
  • SƏSİ ÇIXMAQ

    bilinmək, eşidilmək, aşkar olmaq; ictimai rezonans doğurmaq, səs-küyə səbəb olmaq; ~ üstü açılmaq, üzə çıxmaq

    Tam oxu »
  • SƏSİ KƏSİLMƏK

    susmaq, danışmamaq; ~ səsini içinə salmaq.

    Tam oxu »
  • SƏSİ QUYUNUN DİBİNDƏN GƏLMƏK

    zəif, güclə eşidilmək.

    Tam oxu »