bax: yasa batmaq.
təəccüblənmək, heyrətdən donub-qalmaq, heyrət içində olmaq; ~ tüpürcəyi qurumaq.
pul sərf etmək, sərmayə qoymaq; ~ pul tökmək.
ticarətdə qazanc əldə edə bilməmək, qoyduğu pulu çıxara bilməmək; ~ ziyana düşmək.
sərf etdiyi, qoyduğu pulun xeyrini, bəhrəsini görməmək; ~ alveri ölmək, ziyana düşmək, xərci borcunu ödəməmək
haram işlər görmək, nadürüstlük etmək; ~ südə su qatmaq, çörəyinə haram qatmaq.
biznesə qoyduğu pulu gəlir olmadan qaytarmaq.
qüsur, nöqsan; hər hansı işin görünməyən, gizlində qalaraq üzə çıxarılmayan mənfi tərəfi; ~ aysberqin görünməyən tərəfi
sevmək, alışmaq, öyrəşmək; ~ könül bağlamaq, meyil salmaq.
istədiyi adamdan soyumaq; ~ üz çevirmək (döndərmək).
nizam-tərəzi pozulmaq; ~ yerindən oynamaq.
hədsiz dərəcədə tərbiyəsiz, yöndəmsiz, danışıq və davranışını bilməyən kobud adam haqqında işlədilən ifadə
bir şeyin bol olduğu yerə həmin şeydən aparmaq; bir yerə gedərkən nəyi isə özünə artıq yük eləmək; ~ Tulaya öz samovarı ilə getmək
fəaliyyət üçün imkan yaratmaq, mübarizəyə çağırmaq.
mübahisə, yarışma, qarşıdurma, vuruş, döyüş şiddətlənmək.
toplaşmaq, bir yerə yığışmaq.
davaya, döyüşə çağırmaq, hədələmək, güc nümayiş etdirmək; ~ qan-qan demək, qılınc oynatmaq.
özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ at oynatmaq, qılınc oynatmaq
şərait yaratmaq, yol vermək, mane olmamaq.
özünü qabağa vermək, irəli keçmək, döyüşə girmək; ~ ölümün gözünə dik baxmaq.
aşkar etmək, göstərmək; ~ ortalığa çıxarmaq.
yaranmaq, təşəkkül tapmaq; ~ əmələ gəlmək.
bir işi axıra qədər davam etdirməmək, bacarmamaq, yarıda qoymaq, qorxub geri çəkilmək.
maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək üçün əlverişli fürsət tapmaq.
fəaliyyət sahəsi azalmaq, məhdudlaşmaq, əl-qol açmağa imkanı olmamaq.
bir şeyə həvəs göstərmək; sevmək, istəmək, bağlanmaq; ~ könül bağlamaq, mehr salmaq, meyli çəkmək.
yenicə rəhmətə getmiş şəxs haqqında işlədilən ifadə.
bərk döymək, ölümcül hala salmaq; ~ əl bulamaq.
istəmək, ürəyindən, könlündən keçirmək; ~ tamahı çəkmək, könlü çəkmək, könlü istəmək, meyil salmaq.
öz eybini görməyən, ancaq başqalarında eyib axtaran adamlar haqqında işlədilən ifadə.
dan. layiq olmayan birisinə yüksək vəzifə vermək; ~ başa çıxarmaq.
arzu olunmayan, işə zərər verə bilən bir şey haqqında düşünmək, onun haqqında danışmaq.
sevgi və məhəbbətdən havalanmaq, eşqdən dəli-divanə olmaq; ~ eşqi başına (topuğuna) vurmaq.
adi halından, normadan çıxmaq; nəzarət və ya təsir edə bilməmək; ~ ox yaydan çıxdı.
bax: qarnı açılmaq (işləmək, pozulmaq).
çox yüngülvarı yemək; ~ ağzına bir şey atmaq.
təəccüb etmək, heyrətlənmək.
təəccübləndirmək, heyrətləndirmək.
bir şeyin keyfiyyətini, dəyərini, mahiyyətini göstərən meyar.
maraqlanmamaq, saymamaq, əhəmiyyət verməmək; ~ qulağına girməmək. □ Mən xotkar qızıyam, Nigardır adım; Şahlara, xanlara məhəl qoymadım
sorğu-sual edilən, haqq-hesab çəkilən məqam.
sorğu-suala çəkmək, haqq-hesab tələb etmək; ~ mizan-tərəzi qurmaq, dar ağacı qurmaq.
bir məlumatı, xəbəri daha dərindən bilən adam deyil, bir başqası söyləyərkən işlədilən ifadə; ~ həcdən gələn mən, xəbər verən bu
vaxtı, zamanı çatmaq, fürsət yaranmaq.
özünü üzdən yaxşı göstərmək, maskalanmaq.
üzdə özünü təmiz göstərib arxada rüşvət alan şəxs haqqında kinayə ilə işlədilən ifadə.
bax: o, atlı olub, mən piyada.
söhbətin məğzini tutmayan, əsas mövzudan uzaqlaşan adam haqqında işlədilən ifadə.
ciddi problemlə üzləşmiş adama əhəmiyyətsiz məsələ ilə bağlı müraciət edərkən cavab reaksiyası kimi işlədilən ifadə; ~ keçi can hayında, qəssab piy ax
“vaxt gələr, özün şahidi olarsan” mənasında işlədilən ifadə.