bir şey üçün təhlükə yaradan, onun qənimi olan adama həmin şeyi etibar etmək; işi etibarsız adama həvalə etmək
çox sıxışdırmaq, təzyiq etmək, çıxılmaz vəziyyətə salmaq, incitmək ~ göz verib işıq verməmək, gözümçıxdıya salmaq
bəhsləşmək, iddialı olduğunu göstərmək, dikbaşlıq etmək; ~ ayaq-ayağa qoymaq, çilingağac oynamaq.
dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək, əlavə problem yaratmaq.
olduqca sakit, boş, adamsız yer haqqında işlədilən ifadə.
son dərəcə kədərlənmək, qəmlənmək, qüssələnmək (əsasən, “könül”, “ürək” və s. sözlərlə işlədilir).
imkanlarına uyğun olmayan işə can atan, yüksək iddiaya düşmüş adam haqqında işlədilən ifadə.
çox hirslənmək, hər kəsə hücum etmək, hər kəsi rahatsız etmək.
özünə zərər yetirməklə asılı olduğu adama ziyan vurduğunu güman edən adamın hərəkəti haqqında kinayə ilə işlədilən ifadə
bir şey bilməyə, söz çəkməyə çalışmaq; ~ ağzını güdmək.
çox uca səsdən, gurultudan, partlayışdan qulağı heç nə eşitməmək; ~ qulaqları tutulmaq.
inanca görə, haradasa haqqında danışıldığını hiss etmək.
təsadüfən, ötəri eşitmək; ~ qulağına dəymək.
kimsəsiz və uzaq bir yerdə tənha qalıb darıxmaq, qəribsəmək; ~ xiffət çəkmək, ürəyi sıxılmaq (qısılmaq)
eşitmə qabiliyyəti güclü olmaq, gizli söhbətləri eşitməyə can atmaq, həssas olmaq.
rahat olmaq, asudələşmək, qayğıdan azad olmaq, heç bir şeyin dərdini çəkməmək.
eyni şeyi təkrar-təkrar eşidib bezmək.
bir şeyin intizarında olmaq, bir xəbər gözləmək.
bax: qulağına səs dəymək.
məşğul olsa da, birisini dinlədiyini, diqqətinin onda olduğunu bildirmək üçün işlədilən ifadə.
birisinin diqqətini öz söhbətinə cəlb etmək üçün işlədilən ifadə.
bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək; ~ xəbər vermək.
bir hadisə barədə xəbərdar olmaq.
ötəri eşitmək; ~ qulağı çalmaq.
təsir etməmək, saymamaq, qəbul etməmək, əhəmiyyət verməmək; ~ məhəl qoymamaq.
eşitdiklərinin doğru olduğuna şübhə etmək.
qulaq asmaq istəməmək, eşitmək istəməmək, deyiləni qəbul etməmək; ~ qulaqardına vurmaq.
irəlidə olacaq və ya meydana gələcək bir şey haqqında eşitmək; ~ qulağı səsə düşmək.
sözə qulaq asmamaq, deyilənə əməl etməmək.
unutmamaq, həmişə xatırlamaq.
həyat təcrübəsindən, sınaqdan çıxmış hikməti, hansısa vacib bir xəbərdarlığı, tövsiyəni və s.-ni unutmamaq, ayıq-sayıq olmaq; ~ yadda saxlamaq
ayılmaq, qəflətdən oyanmaq, reallığı görmək, düşünmək.
cəzalandırmaq; ~ qulaqburması vermək.
1. Təsadüfən özü haqqında xoşagəlməyən söz eşitmək. 2. Kiminsə danışığında yerinə düşməyən, dil qaydalarına uyğun olmayan söz və ya ifadədən qıcıqlan
yanlış bir sözü, zərərli bir fikri və ya eyni şeyi dönə-dönə eşitmək; xoşlamadığı ifadan, səsdən qıcıqlanmaq; ~ qulağını yağır eləmək
bir fikri kiməsə təlqin etmək, bir şeyi davamlı deməklə inandırmağa çalışmaq; ~ beyninə yeritmək.
anlamamaq, deyilən sözü qanmamaq, irad və ya nəsihətə reaksiya verməmək.
saymamaq, əhəmiyyət verməmək, deyilənə məhəl qoymadan başqa işlə məşğul olmaq.
bax: qulağını deşmək.
bax: boynunun ardını görər.
vəziyyəti ağırlaşmaq, ölümü yaxınlaşmaq; ~ qulağının dibindən halva iyi gəlir.
lap yaxında, bir addımlığında; ~ əl uzatsan, çatar (yetər), ağzının içində.
ölümü yaxınlaşan adam haqqında işlədilən ifadə.
özünü eşitməyən kimi göstərmək; eşitməmək.
1. Dinləmək. 2. Deyilənə əməl etmək, deyiləni qəbul etmək, fikir vermək; ~ sözə baxmaq.
diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək.
aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq.
dinləməyə, eşitməyə çalışmaq; ~ qulaqlarını şəkləmək.
deyilənə qulaq asmamaq, ciddi qəbul etməmək, əhəmiyyət verməmək; ~ qabırğasının qalın yerinə salmaq.
cəzalandırmaq, tənbeh etmək; ~ qulağını burmaq.