Фразеологический словарь азербайджанского языка

  • YÜKSƏK TUTMAQ

    qədrini bilmək, yüksək qiymətləndirmək; ~ hörmətini saxlamaq (gözləmək), hörmət qoymaq, yüksəyə qaldırmaq

    Полностью »
  • YÜKSƏKDƏ DURMAQ

    xırdalığa varmamaq, böyük və alicənab olmaq.

    Полностью »
  • YÜKSƏYƏ QALDIRMAQ

    qiymətləndirmək; ~ yüksək tutmaq.

    Полностью »
  • YÜKÜ AŞIRMAQ

    bir işi bacarmaq, həll etmək, öhdəsindən gəlmək.

    Полностью »
  • YÜKÜ ƏYİLMƏK

    maddi vəziyyəti pisləşmək.

    Полностью »
  • YÜKÜ ÜZƏRİNDƏN ATMAQ

    bax: boyun qaçırmaq.

    Полностью »
  • YÜKÜN ALTINA GİRMƏK

    çətinliklərdən qorxmamaq, onları dəf etməyə çalışmaq.

    Полностью »
  • YÜKÜNÜ BOYNUNA ÇƏKMƏK

    qayğısına qalmaq, hər işini görmək.

    Полностью »
  • YÜKÜNÜ TƏPƏYƏ YIĞMAQ

    çətinlikləri aradan qaldırmaq.

    Полностью »
  • YÜKÜNÜ TUTMAQ (BAĞLAMAQ)

    lazım olan şeylərlə özünü təmin etmək, ehtiyat, sərvət toplamaq; ~ şələsini tutmaq.

    Полностью »
  • YÜKÜNÜ YERƏ QOYMAQ

    ana olmaq, dünyaya uşaq gətirmək, doğmaq.

    Полностью »
  • YÜYƏNİ ƏLƏ KEÇMƏK

    birindən asılı vəziyyətə düşmək, tabe olmaq.

    Полностью »
  • YÜYƏNİ ƏLƏ VERMƏK

    özünü asılı vəziyyətə salmaq, tabe olmaq.

    Полностью »
  • YÜYƏNİNİ BOŞ BURAXMAQ

    hərəkətlərinə sərhəd qoymamaq, sərbəst hərəkət etməyinə imkan yaratmaq.

    Полностью »
  • YÜYƏNİNİ ÇƏKMƏK

    bir şeydən çəkindirmək, təpinmək, yerini, həddini göstərmək; ~ qarşısını almaq (kəsmək).

    Полностью »
  • YÜYƏNİNİ ƏLƏ KEÇİRMƏK

    hakimiyyəti altına almaq, tabe etmək üçün fürsət yaranmaq, vəziyyətə nəzarət etmək.                            

    Полностью »
  • YÜYƏNİNİ ƏLİNƏ ALMAQ

    özünə tabe etmək; idarə etmək.

    Полностью »
  • YÜYƏNİNİ GƏMİRMƏK

    hirslənmək, qəzəblənmək; ~ özündən çıxmaq.

    Полностью »
  • YÜYƏNİNİ QIRMAQ

    özünü hədsiz pis aparmaq, kobudluq etmək, qudurmaq; ~ cızığından çıxmaq, həddini aşmaq.

    Полностью »
  • YÜYÜRƏNƏ YUMAQ SARITMAQ

    öz mənfəəti üçün çalışmaq.

    Полностью »
  • YÜZ ACINI BİR ŞİRİNİN XATİRİNƏ UDMAQ

    bax: bir şirinin xatirinə yüz acını udmaq.

    Полностью »
  • YÜZ İL QALA

    heç bir zaman, qətiyyən.

    Полностью »
  • YÜZ QAZANDA QAYNAMAQ

    çox yerə baş vurmaq, çox işlərlə əlaqəli olmaq.

    Полностью »
  • YÜZ QAZANIN DAMAZLIĞI

    çoxbilmiş, hiyləgər, hər işə qarışan, aravuran, sözgəzdirən, araqarışdıran.

    Полностью »
  • YÜZ METRLİYİNDƏN QAÇMAQ

    xoşlamamaq, qəbul etməmək, istəməmək; qorxmaq, çəkinmək; ~ yaxına buraxmamaq (qoymamaq), yan gəzmək.

    Полностью »
  • YÜZ ÖLÇÜB BİR BİÇMƏK

    çox ehtiyatlı olmaq, bir şeyi çox götür-qoy etmək.

    Полностью »
  • YÜZ SƏKSƏN DƏRƏCƏ DƏYİŞMƏK

    əvvəlki mövqeyindən, xasiyyətindən əsər-əlamət qalmamaq, başqalaşmaq; ~ əqidəsindən dönmək.

    Полностью »
  • ZAĞ-ZAĞ ƏSMƏK

    bərk qorxmaq.

    Полностью »
  • ZALIMIN ZALIMI OLMAQ

    fağır adamları incidən əzazil və ədalətsiz adamın qənimi olmaq, belələrini cəzalandırmaq.

    Полностью »
  • ZAMANIN NƏBZİNİ TUTMAQ

    cəmiyyətin, dövrün tələblərinə uyğunlaşmaq, gözüaçıq olmaq; ~ həyatın nəbzini tutmaq, zamanla ayaqlaşmaq

    Полностью »
  • ZAMANIN SINAĞINDAN ÇIXMAQ

    əsrlərdən keçib bu günə çatmaq, əbədi dəyərə çevrilmək.

    Полностью »
  • ZAMANLA AYAQLAŞMAQ

    müasirləşmək, yeniləşmək, həyatın tələblərinə uyğunlaşmaq; ~ zamanın nəbzini tutmaq, həyatın nəbzini tutmaq

    Полностью »
  • ZARA GƏLMƏK

    bezmək, usanmaq; ~ təngə gəlmək, boğaza yığılmaq, qan ağlamaq, zinhara gəlmək.

    Полностью »
  • ZARA GƏTİRMƏK

    bezdirmək; ~ boğaza yığmaq, təngə gətirmək, zəhlə aparmaq (tökmək).

    Полностью »
  • ZARAFAT GƏLMƏSİN

    işin ciddiliyini, hadisənin böyüklüyünü vurğulamaq məqsədilə işlədilən ifadə.

    Полностью »
  • ZARAFATA SALMAQ

    müəyyən bir fikri, istək və ya niyyəti yumorla, eyhamla, üstüörtülü şəkildə eşitdirmək.

    Полностью »
  • ZAVAL GÖRMƏMƏK

    sağ-salamat qalmaq, salamat olmaq, heç bir bəlaya düçar olmamaq; zərər görməmək.

    Полностью »
  • ... ZAVAL YOXDUR

    bir şeyin (kəsin) tamamilə təhlükədən uzaq olmasını, xətərsiz ötüşəcəyini bildirən ifadə.

    Полностью »
  • ZAVALA GƏLMƏK

    bədbəxtliyə düçar olmaq, xətər toxunmaq, məhv olmaq.

    Полностью »
  • ZAVALA GƏLMƏMƏK

    qəzaya, bədbəxtliyə düçar olmamaq, məhv olmamaq.

    Полностью »
  • ZAYI ÇIXMAQ

    xarab olmaq, korlanmaq, pisliyə doğru dəyişmək; ~ xarabı çıxmaq, xatası çıxmaq.

    Полностью »
  • ZAYINI ÇIXARMAQ

    xarab etmək, korlamaq, pozmaq.

    Полностью »
  • ZEHNİ AÇILMAQ

    düşünmə qabiliyyəti yaxşılaşmaq, beyni dincəlmək, rahatlaşmaq.

    Полностью »
  • ZEHNİ TUTULMAQ

    fikrini bir yerə toplaya bilməmək; düşünmə qabiliyyətini itirmək, fikirləşə bilməmək.

    Полностью »
  • ZƏHƏR TULUĞU

    həddən artıq acıdil, ətiacı və kobud adam; ~ əzvay tuluğu.

    Полностью »
  • ZƏHƏRİ DİLİNDƏ OLMAQ

    acıdil və söyüşkən olmaq.

    Полностью »
  • ZƏHƏRİNİ TÖKMƏK

    hirslənib acı sözlər demək, başqalarını acılamaq; ~ dişinin dibindən çıxanı demək.

    Полностью »
  • ZƏHLƏ APARMAQ (TÖKMƏK)

    bezdirmək, usandırmaq, narahat etmək, yormaq, dəng etmək; ~ təngə gətirmək, zara gətirmək, baş aparmaq, baş-qulaq aparmaq, baş-beynini aparmaq, başını

    Полностью »
  • ZƏHLƏSİ GETMƏK

    sevməmək, nifrət etmək; ~ görməyə gözü olmamaq, acığı gəlmək, ox olub gözünə batmaq, görəndə gözü ağrımaq, sıtqı sıyrılmaq

    Полностью »
  • ZƏHMƏT ÇƏKMƏK

    əmək sərf etmək, çalışmaq, əməksevər olmaq; ~ tər tökmək, əziyyət çəkmək, külüng çalmaq.

    Полностью »