Фразеологический словарь азербайджанского языка

  • YIXIB SÜRÜMƏK

    kəskin tənqid etmək; haqqında tənqidi məqalə yazmaq, əleyhinə çıxış etmək.

    Полностью »
  • YIXILANA BALTA ÇALMAQ

    pis vəziyyətə düşən adamın işini daha da çətinləşdirmək; vəzifədən çıxmış, səlahiyyəti əlindən alınmış adamı pisləmək

    Полностью »
  • YIXILI EVİN DİRƏYİDİR

    zirək, işgüzar, zəhmətkeş adam haqqında deyilən ifadə; ~ bir evin dirəyi.

    Полностью »
  • YOĞURUB BOYNUNA QOYMAQ

    öz günahını və yaxud hansısa işi başqasının üzərinə atmaq.

    Полностью »
  • YOXA ÇIXMAQ

    tapılmamaq, qıt olmaq, görünməmək, itmək, qeyb olmaq, yox olmaq; ~ qəhətə çıxmaq, əppək olub göyə çəkilmək, ərşə çəkilmək, ərşə çıxmaq, göyə çəkilmək

    Полностью »
  • YOXA LƏNƏT

    “əlində olana, aza qane olmaq, şükür etmək” mənasında işlədilən ifadə.

    Полностью »
  • YOXUŞA DİRƏNMƏK

    bax: dalana dirənmək.

    Полностью »
  • YOL AÇMAQ

    1. Yeni istiqamətin əsasını qoymaq.  2. Kiminsə inkişafı üçün şərait yaratmaq, imkan vermək.

    Полностью »
  • YOL AĞARTMAQ

    bax: yol ölçmək.

    Полностью »
  • YOL ALMAQ

    bax: yola düzəlmək.

    Полностью »
  • YOL GÖSTƏRMƏK

    öyrətmək, bələdçilik etmək, istiqamətləndirmək, yönəltmək, məsləhət vermək; ~ ağıl vermək, irəli düşmək, istiqamət vermək, qabağına düşmək

    Полностью »
  • YOL GÖTÜRÜB GETMƏK

    bir tərəfə yönələrək getmək; ~ yol almaq.

    Полностью »
  • YOL GÖZLƏMƏK

    həsrətində olmaq, kiminsə gəlməsini istəmək; ~ gözünün kökü saralmaq.

    Полностью »
  • YOL-İZ BİLMƏMƏK

    davranış və hərəkətlərini bilməmək.

    Полностью »
  • YOL KƏSMƏK

    quldurluq etmək, soyğunçuluqla məşğul olmaq.

    Полностью »
  • YOL QUŞUNU YOL DAŞI İLƏ VURMAQ

    etibarsız və kəmfürsət olmaq.

    Полностью »
  • YOL ÖLÇMƏK

    bir yerə çox gedib-gəlmək; boş yerə, səmərəsiz ayaq döymək; ~ yol yormaq, yol ağartmaq, təpik döymək

    Полностью »
  • YOL TUTMAQ

    1. Bir tərəfə istiqamət götürmək, getməyə başlamaq.  2. Münasibəti dəqiqləşdirmək, mövqe seçmək.

    Полностью »
  • YOL ÜSTDƏ OLMAQ

    səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq.

    Полностью »
  • YOL VERMƏK

    mane olmamaq, şərait yaratmaq; ~ meydan vermək.

    Полностью »
  • YOL-YOLAĞASI AÇILMAQ

    problemi həll olunmaq, maneələri aradan qaldırmaq, işləri düzəlmək; ~ yolu açılmaq.

    Полностью »
  • YOL YORMAQ

    bax: yol ölçmək.

    Полностью »
  • YOLA ÇIXMAQ

    bax: yola düzəlmək.

    Полностью »
  • YOLA DÜŞMƏK

    bax: yola düzəlmək.

    Полностью »
  • YOLA DÜZƏLMƏK

    getməyə başlamaq, səfərə çıxmaq; ~ yola çıxmaq, yola düşmək, yolun ağına düşmək, yolu əlinə almaq, yol almaq

    Полностью »
  • YOLA GETMƏK

    bir-birini anlamaq, güzəştə getmək, bir-biri ilə yaxşı rəftar etmək, xasiyyətləri tutmaq; ~ dil tapmaq

    Полностью »
  • YOLA GƏLMƏK

    xahişdən, nəsihətdən, söhbətdən sonra deyilən fikirlərlə razılaşmaq; ~ razılıq vermək, daşı ətəyindən tökmək, quzuya dönmək

    Полностью »
  • YOLA GƏTİRMƏK

    yumşaltmaq, güclə razılığını almaq; ~ ələ almaq, razı salmaq, ürəyini yumşaltmaq.

    Полностью »
  • YOLA KÖRPÜ SALMAQ

    bax: yola nərdivan salmaq (qoymaq).

    Полностью »
  • YOLA NƏRDİVAN SALMAQ (QOYMAQ)

    yol yoldaşı ilə söhbətə başlamaq; ~ yola körpü salmaq.

    Полностью »
  • YOLA VERMƏK

    ciddi yanaşmamaq, əhəmiyyət verməmək, barmaqarası baxmaq; ~ dərinə getməmək, başdan eləmək, ağzını boza vermək

    Полностью »
  • YOLA VERMƏMƏK

    dolandırmamaq; hədsiz tələbkar olmaq, ötüşdürməmək, güzəştə getməmək.

    Полностью »
  • YOLDAN ÇIXARMAQ

    təsiri altına salaraq düz yoldan uzaqlaşdırmaq; ~ başdan çıxarmaq, başdan eləmək, başını piyləmək (tovlamaq), pis yola çəkmək (salmaq), yolundan azdır

    Полностью »
  • YOLDAN ELƏMƏK

    getməyə qoymamaq, səfərə çıxmasına mane olmaq.

    Полностью »
  • YOLDAN QOYMAQ

    ləngitmək, gecikdirmək.

    Полностью »
  • YOLLARDA QALMAQ

    nəticəsi olmayan iş dalınca boş-boşuna gedib-gəlmək, havayı yerə vaxt itirmək; ~ yol ağartmaq.

    Полностью »
  • YOLLARI AYRILMAQ

    məslək, əqidə və baxışları toqquşmaq.

    Полностью »
  • YOLU AÇILMAQ

    maneələrdən qurtulmaq, işləri sahmana, qaydaya düşmək; ~ yol-yolağası açılmaq, relsə düşmək.

    Полностью »
  • YOLU DÜŞMƏK

    təsadüfən bir yerə getmək; ~ ayağı düşmək.

    Полностью »
  • YOLU ƏLİNƏ ALMAQ

    bax: yola düzəlmək.

    Полностью »
  • YOLUB BURAXMAQ

    olan-qalan pulunu almaq.

    Полностью »
  • YOLUQ CÜCƏ

    kasıb, qorxaq, fağır.

    Полностью »
  • YOLUN AĞINA DÜŞMƏK

    bax: yola düzəlmək.

    Полностью »
  • YOLUN DAMARINI QIRMAQ

    yolun çox hissəsini qət etmək.

    Полностью »
  • YOLUN ORTASINDA QOYMAQ

    işi yarıda qoymaq; ~ soyub-soyub quyruğunda bıçağı sındırmaq.

    Полностью »
  • YOLUNA ÇIXMAQ

    mane olmaq, maraqları toqquşmaq; ~ yolunun üstündə durmaq, ayağını tapdalamaq (basmaq).

    Полностью »
  • YOLUNA QOYMAQ

    nizamlamaq, yerbəyer etmək, sona çatdırmaq, birdəfəlik həll etmək; ~ əncam çəkmək (qılmaq), qaydaya salmaq, dağ eləmək

    Полностью »
  • YOLUNDA CAN QOYMAQ

    bax: can qoymaq.

    Полностью »
  • YOLUNDA SAÇ AĞARTMAQ

    bax: saç ağartmaq.

    Полностью »
  • YOLUNDAN AZDIRMAQ

    bax: yoldan çıxarmaq.

    Полностью »