Фразеологический словарь азербайджанского языка

  • YAMAN GÜNƏ QOYMAQ (SALMAQ)

    bax: pis günə qoymaq (salmaq).

    Полностью »
  • YAMAN YERDƏ AXŞAMLAMAQ

    çətin vəziyyətə düşmək, gözlənilmədən başqa iş çıxmaq; ~ pis yerdə axşamlamaq.

    Полностью »
  • YAN ALMAQ

    yaxınlaşmaq (sahilə, limana və s.).

    Полностью »
  • YAN BAXMAQ

    bəyənməmək, həqarətlə baxmaq, pis münasibət bəsləmək.

    Полностью »
  • YAN GƏZMƏK

    bax: uzaq gəzmək.

    Полностью »
  • YANAĞINDAN QAN DAMMAQ

    sağlam, dolu, qırmızıyanaq olmaq, gümrah olmaq.

    Полностью »
  • YANAĞINDAN YAĞ DAMMAQ

    sağlam, dolu, kefi kök, tox olmaq.

    Полностью »
  • YANAN ÇIRAĞI KEÇMƏK (SÖNMƏK)

    ən sevimli, ən yaxın bir kəsi qəflətən vəfat eləmək.

    Полностью »
  • YANAN DA MƏN, YAMAN DA MƏN

    bir şeyə, şəxsə çox can yandırdığı halda günahlandırılan adamın özü haqqında işlətdiyi ifadə.

    Полностью »
  • YANAN OCAĞA NÖYÜT TÖKMƏK

    dan. qızışdırmaq, qəzəblənmiş adamı daha kəskin addımlar atmağa təhrik etmək; ~ sobaya odun atmaq, odun üstünə yağ tökmək, yanğına körüklə getmək

    Полностью »
  • YANDI-QINDI VERMƏK

    bax: yanıq vermək.

    Полностью »
  • YANĞINA KÖRÜKLƏ GETMƏK

    bax: odun üstünə yağ tökmək.

    Полностью »
  • YANIQ VERMƏK

    qəsdən hirsləndirmək, qızışdırmaq; ~ acıq vermək, yandı-qındı vermək.

    Полностью »
  • YANINA ÇƏKMƏK

    öz tərəfinə çəkmək; himayədarlıq etmək.

    Полностью »
  • YANINDA TOYA GETMƏLİDİR

    birisi ilə müqayisədə “nisbətən yaxşıdır” mənasında işlədilən ifadə.

    Полностью »
  • YANINDAN YEL KEÇMƏMİŞ...

    çox həssas, küsəyən, eləcə də soyuğa dözümü olmayan, tez-tez xəstələnən adam haqqında işlədilən ifadə

    Полностью »
  • YANINI KƏSDİRMƏK

    yanından ayrılmamaq; ~ başının üstünü kəsmək (kəsdirmək).

    Полностью »
  • YANINI YERƏ QOYMAQ

    oturmaq, əyləşmək.

    Полностью »
  • YANINI YERƏ QOYMAMAQ

    boş oturmamaq, əlini işdən çəkməmək, dincəlməmək; ~ canını əziyyətə vermək.

    Полностью »
  • YARALI YERİNƏ TOXUNMAQ (DƏYMƏK)

    birinin gizli dərdi, çox həssas, incə və zəif yeri haqqında danışmaq; ~ çibanına toxunmaq.

    Полностью »
  • YARASI QUBAR ELƏMƏK

    bax: yarası təzələnmək.

    Полностью »
  • YARASI TƏZƏLƏNMƏK

    köhnə dərdi yada düşmək, həyəcanlanmaq, daxilən odlanmaq; ~ yarası qubar eləmək.

    Полностью »
  • YARASINA DUZ BASMAQ

    birinin dərdini yadına salıb pərişan etmək; ~ dərdini təzələmək, yarasını təzələmək, yarasının qaysağını (közünü) qoparmaq

    Полностью »
  • YARASINA MƏLHƏM QOYMAQ

    dərdini unutdurmaq; ~ təskinlik vermək.

    Полностью »
  • YARASINA TOXUNMAQ

    bax: yaralı yerinə toxunmaq.

    Полностью »
  • YARASINI TƏZƏLƏMƏK

    bax: yarasına duz basmaq.

    Полностью »
  • YARASININ QAYSAĞINI (KÖZÜNÜ) QOPARMAQ

    bax: yarasına duz basmaq.

    Полностью »
  • YARAŞIĞA GƏTİRMƏK

    səliqə-sahman yaratmaq, bir şeyin görünən, zahiri tərəfinə daha çox fikir vermək; ~ abra mindirmək.

    Полностью »
  • YARDIM ƏLİ UZATMAQ

    kömək etmək, dəstək olmaq; ~ əl tutmaq, kömək əli uzatmaq.

    Полностью »
  • YARI CANI QALMAQ

    həddindən artıq arıqlamaq, üzülmək, zəifləmək.

    Полностью »
  • YARI CANI YANINDA QALMAQ

    nigaran olmaq, həyəcan və iztirab keçirmək, narahat olmaq.

    Полностью »
  • YARI YOLDA QALMAQ

    başa çatdıra bilməmək, tamamlamamaq, yarımçıq qoymaq.

    Полностью »
  • YARI YOLDA QOYMAQ

    vəfasızlıq etmək, etibarsız olmaq, qoyub qaçmaq; ~ dönük çıxmaq, ilqarından dönmək.

    Полностью »
  • YARI YOLDAN QAYITMAQ

    tamamlamamaq, başa çatdırmamaq, yarımçıq qoymaq.

    Полностью »
  • YAS SAXLAMAQ (TUTMAQ)

    yaxın adamı üçün matəm qurmaq; ~ yasa batmaq, qara geymək, ağ çıxarıb qara geymək.

    Полностью »
  • YASA BATMAQ

    çox kədərlənmək, qəmlənmək; ~ matəmə batmaq, qan ağlamaq, qan-yaş axıtmaq, qan-yaş tökmək, qara geymək, yas saxlamaq (tutmaq), ağ çıxarıb qara geymək

    Полностью »
  • YASXANA QURMAQ

    ağlaşmaq; ~ qara geymək.

    Полностью »
  • YASI DÜŞMƏK

    bax: ölüsü düşmək.

    Полностью »
  • YASTIĞI YÜNGÜL OLSUN

    “tezliklə sağalsın” mənasında işlədilən ifadə, nitq etiketi.

    Полностью »
  • YASTIĞININ DİBİNİ KƏSDİRMƏK

    xəstənin yanından ayrılmamaq.

    Полностью »
  • YAŞ BOĞMAQ

    ağlamaq istəmək, qəhərlənmək; ~ gözləri dolmaq.

    Полностью »
  • YAŞA DOLMAQ

    qocalmaq; ~ ömür sürmək.

    Полностью »
  • YAŞIL İŞIQ

    maneəsiz, təhlükəsiz yol, açıq yol.

    Полностью »
  • YAŞIL İŞIQ YANDIRMAQ

    irəli getməsinə, özünü ifadə etməsinə hər cür imkan və şərait yaratmaq

    Полностью »
  • YATAĞA DÜŞMƏK

    bax: döşəyə düşmək.

    Полностью »
  • YATAĞA SALMAQ

    xəstələnməyinə səbəb olmaq; ~ azara salmaq.

    Полностью »
  • YATAĞINA QOR DOLMAQ

    narahat olmaq, yata bilməmək; ~ gözünə yuxu getməmək.

    Полностью »
  • YATAQDAN QALXMAQ

    sağalmaq, xəstəlikdən qurtarmaq; ~ azardan qalxmaq, yorğan-döşəkdən durmaq.

    Полностью »
  • YATSA, YUXUSUNA DA GİRMƏZDİ

    baş vermiş ağlasığmaz bir iş, hadisə haqqında deyilən ifadə.

    Полностью »
  • YAZIĞI GƏLMƏK

    rəhm etmək; ~ dərdinə yanmaq, rəhmi gəlmək, ürəyi yanmaq, ürəyi ağrımaq.

    Полностью »