Фразеологический словарь азербайджанского языка

  • YERİ YOXDUR

    yerinə düşməyən, lazım olmayan, situasiyaya uyğun gəlməyən bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • YERİN ALTINI DA BİLİR, ÜSTÜNÜ DƏ

    hər şeydən məlumatlı, çoxbilmiş adam haqqında işlədilən ifadə.

    Полностью »
  • YERİN MƏLUM

    dan. “kaş sən də burada (orada) olaydın” mənasında işlədilən ifadə.

    Полностью »
  • YERİNDƏ DONUB-QALMAQ

    bax: yerində quruyub qalmaq.

    Полностью »
  • YERİNDƏ FARAĞAT OTURMAMAQ

    qarışıqlıq salmaq, şuluqluq etmək, sakitləşməmək; ~ dinc durmamaq (oturmamaq).

    Полностью »
  • YERİNDƏ QALMAQ

    1. Olduğu yerdəcə ölmək.  2. İşini, vəzifəsini dəyişməmək, irəliləməmək; ~ yerində oturmaq.

    Полностью »
  • YERİNDƏ QURUMAQ

    bax: yerində quruyub qalmaq.

    Полностью »
  • YERİNDƏ QURUYUB QALMAQ

    gözlənilməz bir hərəkətdən və ya xəbərdən bərk təsirlənmək, heyrətlənmək, təəccüblənmək; ~ mat qalmaq, yerində donub-qalmaq, yerində qurumaq, yerə mıx

    Полностью »
  • YERİNDƏ OTURTMAQ

    bax: yerini göstərmək.

    Полностью »
  • YERİNDƏ SAYMAQ

    inkişaf etməmək, irəliləməmək, olduğu yerdə qalmaq.

    Полностью »
  • YERİNDƏN ELƏMƏK

    1. Öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq.  2. Yerindən, yuvasından məhrum etmək.

    Полностью »
  • YERİNDƏN QOPMAQ

    birdən yerindən sıçramaq, atılmaq, qalxmaq.

    Полностью »
  • YERİNDƏN OYNAMAQ

    laxlamaq, mizan-tərəzi pozulmaq; ~ mehvərindən oynamaq.

    Полностью »
  • YERİNDƏN OYNATMAQ

    laxlatmaq, tərpətmək, hərəkətə məcbur etmək; şirnikləndirmək, bir şeyə həvəsləndirmək.

    Полностью »
  • YERİNDƏN-YURDUNDAN ELƏMƏK

    bax: yerindən eləmək.

    Полностью »
  • YERİNƏ DÜŞMƏK

    münasib vaxtda, məqamında deyilən söz, edilən hərəkət, görülən iş və s. haqqında.

    Полностью »
  • YERİNƏ GÖZ DİKMƏK

    vəzifəsini, işini ələ keçirməyə çalışmaq.

    Полностью »
  • ... YERİNƏ QOYMAQ

    adətən, “axmaq”, “maymaq”, “avam”, “hərif” və s. sözlərlə işlənərək “hesab etmək”, “saymaq” mənası verir

    Полностью »
  • YERİNƏ SU CALAMAQ

    rahatlığını pozmaq, narahatlıq yaratmaq.

    Полностью »
  • YERİNƏ YETİRMƏK

    icra etmək, gerçəkləşdirmək; ~ həyata keçirmək.

    Полностью »
  • YERİNƏ YETMƏK

    tətbiq olunmaq,  icra olunmaq, gerçəkləşmək; ~ həyata keçmək.

    Полностью »
  • YERİNİ BƏRKİTMƏK (MÖHKƏMLƏNDİRMƏK)

    yaxşı işi, xoş rəftarı ilə hörmət qazanmaq; ~ yerini şirin salmaq.

    Полностью »
  • YERİNİ BİLMƏK

    mədəni, nəzakətli, tərbiyəli olmaq; öz imkanlarına bələd olmaq, layiq olduğu mövqedə dayanmaq; ~ həddini bilmək

    Полностью »
  • YERİNİ GÖSTƏRMƏK

    çox lovğa, iddialı adama əslində nəyə qadir olduğunu anlatmaq, bildirmək; ~ qabağına qoz qoymaq, yerində oturtmaq, ipini çəkmək (yığmaq), dərs vermək

    Полностью »
  • YERİNİ İSTİ ELƏMƏK (SALMAQ)

    bax: yerini şirin salmaq.

    Полностью »
  • YERİNİ ŞİRİN SALMAQ

    yaltaqlanmaq, özünü yaxşı, canıyanan göstərmək; ~ yerini isti eləmək (salmaq), yuxa qulağı sulamaq, yerini bərkitmək (möhkəmləndirmək)

    Полностью »
  • YERİŞİNƏ HARAM QATMAQ

    yerişini bir qədər sürətləndirmək, tez-tez yerimək.

    Полностью »
  • YERİŞİNİ AZMAQ

    qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq.

    Полностью »
  • YERLƏ-GÖYLƏ ƏLLƏŞMƏK

    bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək.

    Полностью »
  • YERSİZ GƏLDİ, YERLİ, QAÇ

    kimsə özünə aid  olmayan bir şeyə zorakılıq və haqsızlıqla sahib çıxmaq istəyərkən işlədilən ifadə; ~ dağdan gəlib bağdakını qovmaq

    Полностью »
  • YETƏNƏ YETİR, YETMƏYƏNƏ BİR DAŞ ATIR

    davakar, nadinc, dilini dinc qoymayan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • YEYİB-İÇDİYİ CANINA YATMAMAQ

    narahat vəziyyətdə olmaq, gərgin hallar keçirmək, nuş olmamaq.

    Полностью »
  • YEYİB-İÇDİYİNİ BURNUNDAN TÖKMƏK

    bax: burnundan gətirmək (tökmək).

    Полностью »
  • YEYİB ÜSTÜNDƏN SU İÇMƏK

    başqasına məxsus olan bir şeyi mənimsəmək; aldığı pulu vaxtından əvvəl xərcləmək.

    Полностью »
  • YIXIB SÜRÜMƏK

    kəskin tənqid etmək; haqqında tənqidi məqalə yazmaq, əleyhinə çıxış etmək.

    Полностью »
  • YIXILANA BALTA ÇALMAQ

    pis vəziyyətə düşən adamın işini daha da çətinləşdirmək; vəzifədən çıxmış, səlahiyyəti əlindən alınmış adamı pisləmək

    Полностью »
  • YIXILI EVİN DİRƏYİDİR

    zirək, işgüzar, zəhmətkeş adam haqqında deyilən ifadə; ~ bir evin dirəyi.

    Полностью »
  • YOĞURUB BOYNUNA QOYMAQ

    öz günahını və yaxud hansısa işi başqasının üzərinə atmaq.

    Полностью »
  • YOXA ÇIXMAQ

    tapılmamaq, qıt olmaq, görünməmək, itmək, qeyb olmaq, yox olmaq; ~ qəhətə çıxmaq, əppək olub göyə çəkilmək, ərşə çəkilmək, ərşə çıxmaq, göyə çəkilmək

    Полностью »
  • YOXA LƏNƏT

    “əlində olana, aza qane olmaq, şükür etmək” mənasında işlədilən ifadə.

    Полностью »
  • YOXUŞA DİRƏNMƏK

    bax: dalana dirənmək.

    Полностью »
  • YOL AÇMAQ

    1. Yeni istiqamətin əsasını qoymaq.  2. Kiminsə inkişafı üçün şərait yaratmaq, imkan vermək.

    Полностью »
  • YOL AĞARTMAQ

    bax: yol ölçmək.

    Полностью »
  • YOL ALMAQ

    bax: yola düzəlmək.

    Полностью »
  • YOL GÖSTƏRMƏK

    öyrətmək, bələdçilik etmək, istiqamətləndirmək, yönəltmək, məsləhət vermək; ~ ağıl vermək, irəli düşmək, istiqamət vermək, qabağına düşmək

    Полностью »
  • YOL GÖTÜRÜB GETMƏK

    bir tərəfə yönələrək getmək; ~ yol almaq.

    Полностью »
  • YOL GÖZLƏMƏK

    həsrətində olmaq, kiminsə gəlməsini istəmək; ~ gözünün kökü saralmaq.

    Полностью »
  • YOL-İZ BİLMƏMƏK

    davranış və hərəkətlərini bilməmək.

    Полностью »
  • YOL KƏSMƏK

    quldurluq etmək, soyğunçuluqla məşğul olmaq.

    Полностью »
  • YOL QUŞUNU YOL DAŞI İLƏ VURMAQ

    etibarsız və kəmfürsət olmaq.

    Полностью »