Azərbaycan dilinin frazeologiya lügəti

  • YUXA QULAĞI SULAMAQ

    bax: yerini şirin salmaq.

    Tam oxu »
  • YUXARI BAXIRAM, BIĞDIR, AŞAĞI BAXIRAM, SAQQAL

    dilemma qarşısında qalarkən, yəni iki imkandan birini seçmək zərurəti yaranarkən işlədilən ifadə; odla su arasında qalmaq

    Tam oxu »
  • YUXARI TÜPÜRÜRƏM, BIĞDIR, AŞAĞI TÜPÜRÜRƏM, SAQQAL

    bax: yuxarı baxıram, bığdır, aşağı baxıram, saqqal.

    Tam oxu »
  • YUXARIDAN AŞAĞI BAXMAQ

    bəyənməmək, saymamaq, etina etməmək.

    Tam oxu »
  • YUXARIDAN BAXMAQ

    təkəbbürlü olmaq, aşağılamaq, saymamaq.

    Tam oxu »
  • YUXARIDAN GETMƏK

    lovğalıq, yekəxanalıq etmək, təkəbbürlü olmaq; ~ göylə  getmək.

    Tam oxu »
  • YUXU APARMAQ (TUTMAQ)

    yorğunluqdan gözləri yumulmaq, yuxulamaq; ~ yuxuya getmək, mürgü döymək (vurmaq).

    Tam oxu »
  • YUXU BASMAQ

    bax: mürgü döymək (vurmaq).

    Tam oxu »
  • YUXUDAN KAL OYANMAQ (DURMAQ)

    lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq.

    Tam oxu »
  • YUXUSU ÇİN ÇIXMAQ

    yuxuda gördüyü hadisə ilə gerçək həyatda qarşılaşmaq.

    Tam oxu »
  • YUXUSU ƏRŞƏ ÇƏKİLMƏK

    yata bilməmək, yuxuya gedə bilməmək, yuxusu pozulmaq; ~ gözünə yuxu getməmək.

    Tam oxu »
  • YUXUSU GÖZÜNDƏN TÖKÜLMƏK

    yuxusuzluqdan dayana bilməmək.

    Tam oxu »
  • YUXUSU QAÇMAQ

    bax: yuxusu ərşə çəkilmək.

    Tam oxu »
  • YUXUSU ŞİRİN OLMAQ

    dərin yuxuya getmək, yaxşı yatmaq.

    Tam oxu »
  • YUXUSUNA GİRMƏK

    bir şeyi yuxuda görmək.

    Tam oxu »
  • YUXUSUNA HARAM QATMAQ

    yatmamaq, yatmaq əvəzinə vacib bir işlə məşğul olmaq, vaxtından tez ayılmaq, yuxudan tez oyanmaq.

    Tam oxu »
  • YUXUSUNU ALMAQ

    yatıb dincəlmək, doyunca yatmaq.

    Tam oxu »
  • YUXUSUNU QAÇIRTMAQ

    yuxusunun pozulmasına səbəb olmaq.

    Tam oxu »
  • YUXUYA GETMƏK

    yatmaq; ~ yuxu aparmaq (tutmaq).

    Tam oxu »
  • YUXUYA QALMAQ

    gec oyanmaq, lazımi vaxtda oyanmamaq, yatıb qalmaq.

    Tam oxu »
  • YUXUYA VERMƏK

    yatmağa məcbur eləmək, yatızdırmaq.

    Tam oxu »
  • YUMAĞA DÖNDƏRMƏK

    əlində oyuncağa çevirmək, öz iradəsinə tabe etmək.

    Tam oxu »
  • YUMAĞA DÖNMƏK

    büzüşmək, yığışmaq, kiçilmək.

    Tam oxu »
  • YUMRUĞU BİR YERƏ VURMAQ

    birləşmək, eyni məsləkə qulluq etmək, əlbir fəaliyyət göstərmək.

    Tam oxu »
  • YUMRUĞUNU İŞƏ SALMAQ

    döyməyə başlamaq; ~ əlini işə salmaq.

    Tam oxu »
  • YUMRUĞUNU YEMƏK

    kiminsə əlinin zərbini görmək; ~ əlinin suyunu dadmaq, əlinin duzunu dadmaq.

    Tam oxu »
  • YUMRUQ GÖSTƏRMƏK (SİLKƏLƏMƏK)

    hədələmək, güc nümayiş etdirmək; ~ hədə-qorxu gəlmək.

    Tam oxu »
  • YUMRUQ YEMƏK

    döyülmək, yumruqla vurulmaq.

    Tam oxu »
  • YUMŞAQ DAMARINI TUTMAQ (TAPMAQ)

    bax: damarını tutmaq (tapmaq).

    Tam oxu »
  • YUMURTA ÜSTÜNDƏ OTURMAQ

    1. Ehtiyatlı hərəkət etmək.  2. Bir yerdə həddindən çox oturmaq.

    Tam oxu »
  • YUMURTA YÜKÜ APARMAQ

    çox asta yerimək, yavaş tərpənmək, çox ləng hərəkət etmək.

    Tam oxu »
  • YUMURTADAN YUN QIRXMAQ

    hər bir şeydən qazanc götürməyə çalışmaq; simic, xəsis olmaq; ~ şabalıddan yağ çıxartmaq, qara sudan qaymaq tutmaq

    Tam oxu »
  • YUMURTASI TƏRS GƏLMƏK

    var-gəl etmək, narahat olmaq.

    Tam oxu »
  • YURDDA QALMAQ

    ailə qurmamaq, ərə getməmək, qız qarımaq; ~ qız qalmaq, evi elçi üzü görməmək.

    Tam oxu »
  • YURDU KOR QALMAQ

    hər şeyi dağılmaq, xaraba qalmaq; varisi, davamçısı olmamaq.

    Tam oxu »
  • YURDUNA SU CALAMAQ (ƏLƏMƏK)

    ocağı, yurdu dağıtmaq, məhv etmək; ~ xaraba qoymaq, viran qoymaq, yurdunda turp əkmək.

    Tam oxu »
  • YURDUNA SU ƏLƏNMƏK

    məhv edilmək, dağıdılmaq, ocağı yerlə bir edilmək; ~ yurduna süpürgə çəkilmək.

    Tam oxu »
  • YURDUNA SÜPÜRGƏ ÇƏKİLMƏK

    ocağı yerlə bir edilmək, dağıdılmaq, viran edilmək; ~ yurduna su ələnmək.

    Tam oxu »
  • YURDUNDA BAYQUŞLAR ULAYIR

    ev-eşiyin yiyəsiz və sahibsiz olduğunu, ailədən, nəsildən heç kimin qalmadığını bildirən ifadə; ~ ocağı sönmək (qaralmaq), evi dağılmaq; ocağından tüs

    Tam oxu »
  • YURDUNDA TURP ƏKMƏK

    dağıtmaq, məhv etmək; ~ viran qoymaq, yurduna su calamaq (ələmək).

    Tam oxu »
  • YUVASI DİMDİYİNDƏDİR

    köçəri həyat sürmək, yerini tez-tez dəyişmək mənasında işlədilən ifadə.

    Tam oxu »
  • YÜKSƏK TUTMAQ

    qədrini bilmək, yüksək qiymətləndirmək; ~ hörmətini saxlamaq (gözləmək), hörmət qoymaq, yüksəyə qaldırmaq

    Tam oxu »
  • YÜKSƏKDƏ DURMAQ

    xırdalığa varmamaq, böyük və alicənab olmaq.

    Tam oxu »
  • YÜKSƏYƏ QALDIRMAQ

    qiymətləndirmək; ~ yüksək tutmaq.

    Tam oxu »
  • YÜKÜ AŞIRMAQ

    bir işi bacarmaq, həll etmək, öhdəsindən gəlmək.

    Tam oxu »
  • YÜKÜ ƏYİLMƏK

    maddi vəziyyəti pisləşmək.

    Tam oxu »
  • YÜKÜ ÜZƏRİNDƏN ATMAQ

    bax: boyun qaçırmaq.

    Tam oxu »
  • YÜKÜN ALTINA GİRMƏK

    çətinliklərdən qorxmamaq, onları dəf etməyə çalışmaq.

    Tam oxu »
  • YÜKÜNÜ BOYNUNA ÇƏKMƏK

    qayğısına qalmaq, hər işini görmək.

    Tam oxu »
  • YÜKÜNÜ TƏPƏYƏ YIĞMAQ

    çətinlikləri aradan qaldırmaq.

    Tam oxu »