Azərbaycan dilinin frazeologiya lügəti

  • ZƏİF DAMARINI TUTMAQ (TAPMAQ)

    bax: damarını tutmaq (tapmaq).

    Tam oxu »
  • ZƏİF NÖQTƏ

    bax: Axilles dabanı.

    Tam oxu »
  • ZƏMANƏ ADAMI

    dövrün nəbzini tutan, hər şeyə uyğunlaşan adam.

    Tam oxu »
  • ZƏMANƏ İLƏ AYAQLAŞMAQ

    bax: zamanla ayaqlaşmaq.

    Tam oxu »
  • ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    son dərəcə hiddətli olmaq, acıqlı olmaq, bərk əsəbiləşmək; cəzalandırmağa hazır olmaq.

    Tam oxu »
  • ZƏNCİRİ QIRMAQ

    əsarətdən qurtarmaq, azadlıq əldə etmək; sözə baxmamaq, özbaşınalıq etmək.

    Tam oxu »
  • ZƏNCİRİNİ DARTIB SAXLAMAQ

    özündən çıxan, əsəbiləşən, heç kimlə hesablaşmayan adamı sakitləşdirmək.

    Tam oxu »
  • ZƏNNİ YANILMAQ

    gümanı düz çıxmamaq, səhv etmək.

    Tam oxu »
  • ZƏR TUTMAQ

    nərd oyununda qaydalara zidd olaraq zərləri qoşalayıb atmaq.

    Tam oxu »
  • ZƏRBƏ ALTINA SALMAQ (QOYMAQ)

    təhlükəli vəziyyətə salmaq.

    Tam oxu »
  • ZƏRBƏ YEMƏK

    vurulmaq, döyülmək.

    Tam oxu »
  • ZƏRƏR ÇƏKMƏK (DƏYMƏK)

    bax: ziyan çəkmək (dəymək).

    Tam oxu »
  • ZƏRƏR YETİRMƏK

    zərbə vurmaq, yaralamaq, əzmək; ~ xəsarət yetirmək.

    Tam oxu »
  • ZƏRƏRİN YARISINDAN QAYITMAQ

    ziyan gətirə bilən bir işi davam etdirməyib yarımçıq qoymaq; ~ ziyanın yarısından qayıtmaq.

    Tam oxu »
  • ZƏRİ DƏ VAR, ZORU DA

    bax: dili də var, dilçəyi də.

    Tam oxu »
  • ZIĞ VERMƏK (VURMAQ)

    dan. bol, çox olmaq, ağzına qədər dolu olmaq; ~ lığ vermək.

    Tam oxu »
  • ZINQIROV SƏSİNƏ OYNAMAQ

    hər eşitdiyinə uymaq, yüngülxasiyyət olmaq.

    Tam oxu »
  • ZIRDAN DÜŞMƏK

    dan. gücünü itirmək, iqtidarı qalmamaq, taqətsiz olmaq; ~ heydən düşmək.

    Tam oxu »
  • ZIRILIĞINA SALMAQ

    1. Kobudluq eləmək.  2. Bir şeyi zor gücünə etmək.

    Tam oxu »
  • ZİBİL QAYNATMAQ

    dan. səs-küyə səbəb ola biləcək səhv etmək, xoşagəlməz hadisə törətmək, pis iş tutmaq.

    Tam oxu »
  • ZİBİLƏ DÜŞMƏK

    bax: işə düşmək.

    Tam oxu »
  • ZİBİLƏ SALMAQ

    dolaşdırmaq,  bəlaya düşməsinə səbəb olmaq; ~ işə salmaq.

    Tam oxu »
  • ZİBİLİ ÇIXMAQ

    xarab olmaq; qüsuru, nöqsanı, zəif cəhəti ortaya çıxmaq; ~ xatası çıxmaq, üstü açılmaq.

    Tam oxu »
  • ZİBİLİ DİZƏ ÇIXMAQ

    pinti, natəmiz olmaq.

    Tam oxu »
  • ZİBİLİ KOMADAN ÇIXARMAQ

    bir yerə, bir kollektivə, az qisim adama bəlli olan bir problemi, mübahisəni və s.-ni geniş yaymaq; ~ car çəkmək

    Tam oxu »
  • ZİBİLİNİN ÜSTÜNÜ ÖRTMƏK (AÇMAMAQ)

    nöqsanları ört-basdır eləmək, pərdələmək, gizli saxlamaq.

    Tam oxu »
  • ZİLDƏN BƏMƏ (PƏSƏ) SALMAQ

    1. Sakitləşdirmək; sürətini azaltmaq, dayandırmaq.  2. Əsl vəziyyəti reallığı ilə anlatmaq.

    Tam oxu »
  • ZİNHARA GƏLMƏK

    usanmaq, bezmək, yorulmaq; ~ cana gəlmək, təngə gəlmək, zara gəlmək, boğaza yığılmaq.

    Tam oxu »
  • ZİNHARA GƏTİRMƏK

    bezdirmək; ~ təngə gətirmək, boğaza yığmaq.

    Tam oxu »
  • ZİRVƏ QARI

    tapılmayan, əlçatmayan.

    Tam oxu »
  • ZİYAN ÇƏKMƏK (DƏYMƏK)

    maddi itki vermək, maddi və ya mənəvi cəhətdən zərər çəkmək; ~ kisədən getmək, xətər dəymək, zərər çəkmək (dəymək)

    Tam oxu »
  • ZİYAN VURMAQ

    maddi itkiyə məruz qoymaq, pislik etmək; ~ xətər yetirmək.

    Tam oxu »
  • ZİYANA DÜŞMƏK

    maddi cəhətdən zərər çəkmək, xeyir götürməmək; ~ zərər çəkmək (dəymək), mayadan yemək, geri düşmək, xərcə-borca düşmək

    Tam oxu »
  • ZİYANA SALMAQ

    pul xərcləməyə məcbur etmək, maddi ziyan vurmaq; ~ geri salmaq, xərcə salmaq.

    Tam oxu »
  • ZİYANIN YARISINDAN QAYITMAQ

    bax: zərərin yarısından qayıtmaq.

    Tam oxu »
  • ZOĞ ÇIXARMAQ

    vurmaqla bədəndə zolaq kimi iz buraxmaq.

    Tam oxu »
  • ZOL VURUB BAXMAQ

    gözlərini zilləyərək baxmaq.

    Tam oxu »
  • ZOR GƏLMƏK

    üstün olmaq, qalib çıxmaq; məcbur etmək.

    Tam oxu »
  • ZÖVQ ALMAQ

    şənlənmək, feyzyab olmaq; ~ ləzzət almaq.

    Tam oxu »
  • ZÖVQÜNƏ YATMAQ

    bəyənmək; ~ xoşuna gəlmək.

    Tam oxu »
  • ZÖVQÜNÜ OXŞAMAQ

    xoşhal etmək, ürəyincə olmaq; ~ ürəyinə yatmaq, xoşuna gəlmək, ləzzət vermək.

    Tam oxu »
  • ZUR-DÜDÜK ELƏMƏK

    bax: zurna bağlamaq.

    Tam oxu »
  • ZURNA BAĞLAMAQ

    arxasınca danışmaq, şayiə yaymaq, dedi-qodu eləmək; ~ söz qoşmaq, vedrə bağlamaq, şeypur çalmaq, səs salmaq, zur-düdük eləmək

    Tam oxu »
  • ZURNA ÇALMAQ

    1. Mənasız danışmaq, söhbəti mənasız yerə uzatmaq.  2. Şişirdərək aləmə yaymaq, şayiə yaymaq; ~ hay basmaq (salmaq, vurmaq)

    Tam oxu »
  • ZURNASI ÇALINMAQ

    bax: kitabı bağlanmaq.

    Tam oxu »
  • ZURNASI SONRAYA QALIB

    səs-küy yaradacaq bir hadisə, hərəkət haqqında işlədilən ifadə; ~ səsi sonra çıxacaq.

    Tam oxu »
  • ZURNASINA OYNAMAQ

    müstəqil fikri olmamaq, başqasının sözü ilə oturub-durmaq; ~ hər çalınan havaya oynamaq.

    Tam oxu »
  • ZÜLM ÇƏKMƏK

    haqsızlığa, işgəncələrə məruz qalmaq.

    Tam oxu »
  • ZÜLM ƏRŞƏ DAYANMAQ

    əzab-əziyyət və işgəncələr çoxalmaq, zülm və istismar artmaq, həddən çox olmaq, şiddətlənmək.

    Tam oxu »
  • ZÜLM VERMƏK

    hədsiz istismar etmək, incitmək, əzab-əziyyət və işgəncəyə məruz qoymaq.

    Tam oxu »