Фразеологический словарь азербайджанского языка

  • ÇEVİR TATI, VUR TATI

    eyni məzmunlu bir şeyi müxtəlif formalarda dönə-dönə təkrar etmək.

    Полностью »
  • ÇEYNƏYİB AĞZINA QOYMAQ

    birisinin görməli olduğu işi tam hazır şəkildə ona təqdim etmək.

    Полностью »
  • ÇEYNƏYİB TÖKMƏK

    başa düşülməyəcək şəkildə sürətlə danışmaq, fikri dürüst, rabitəli şəkildə çatdırmamaq.

    Полностью »
  • ÇƏHRAYI İNQİLAB

    qan tökülmədən hakimiyyəti dəyişmək.

    Полностью »
  • ÇƏK-ÇEVİRƏ DÜŞMƏK

    çətin vəziyyətə düşmək, qarma-qarışıq bir halla üzləşmək.

    Полностью »
  • ÇƏK-ÇEVİRƏ SALMAQ

    nəyinsə haqqında mübahisə etmək, məsələni uzatmaq, süründürməçilik  etmək.

    Полностью »
  • ÇƏKİCİ BİR YERƏ VURMAQ

    vahid məqsəd ətrafında birləşmək, eyni mövqedən çıxış etmək, birgə olmaq.

    Полностью »
  • ÇƏLTİK ATMAQ

    birinin mövqeyini öyrənmək üçün ortaya söz salmaq; kimisə qıcıqlandırmaq üçün söz atmaq.

    Полностью »
  • ÇƏNBƏR AÇA BİLMƏMƏK

    qarşısında duruş gətirə bilməmək, məğlub olmaq.

    Полностью »
  • ÇƏNƏ DÖYMƏK (VURMAQ, YORMAQ)

    çox danışmaq, uzun-uzadı mübahisə etmək, yersiz, mənasız və uzun danışmaq, çənə-boğaz eləmək; ~ çənəsini yormaq, dilinin üstündə dil bitmək

    Полностью »
  • ÇƏNƏDƏN BOŞ (MÖHKƏM)

    bax: çənədən saz.

    Полностью »
  • ÇƏNƏDƏN SAZ

    çoxdanışan, zəvzək, yersiz-yersiz və mənasız danışan; ~ çənədən boş (möhkəm).

    Полностью »
  • ÇƏNƏSİ BOŞ DAYANMAMAQ (DURMAMAQ)

    bax: çənəsi işləmək.

    Полностью »
  • ÇƏNƏSİ DÜŞMƏK

    çox danışmaqdan yorulmaq, yerli-yersiz danışmaqdan çənəsi ağrımaq; ~ çənəsinin çüyü çıxmaq.

    Полностью »
  • ÇƏNƏSİ İŞLƏMƏK

    ara vermədən nəsə yemək; ~ çənəsi boş dayanmamaq (durmamaq), bir əli ağzında olmaq.

    Полностью »
  • ÇƏNƏSİ QIZIŞMAQ

    bax: ağzı qızışmaq.

    Полностью »
  • ÇƏNƏSİNƏ GÜC (DƏM) VERMƏK

    bax: dilinə dəm vermək.

    Полностью »
  • ÇƏNƏSİNİ BOŞ QOYMAQ

    danışığına fikir verməmək, nə gəldi danışmaq.

    Полностью »
  • ÇƏNƏSİNİ YORMAQ

    boş yerə, faydasız danışmaq; ~ çənə döymək (vurmaq, yormaq).

    Полностью »
  • ÇƏNƏSİNİN ALTINA GİRMƏK

    lap yaxına gəlmək; ~ ağzının içinə girmək.

    Полностью »
  • ÇƏNƏSİNİN ALTINA SALMAQ

    çox danışmaqla başqasının vaxtını almaq.

    Полностью »
  • ÇƏNƏSİNİN ALTINI KƏSDİRMƏK

    kiminsə lap yaxınında oturmaq; ~ ağzının içində oturmaq.

    Полностью »
  • ÇƏNƏSİNİN ÇÜYÜ ÇIXMAQ

    bax: çənəsi düşmək.

    Полностью »
  • ÇƏNƏYƏ YERİMƏK

    hücum etmək, üstünə cummaq, əlbəyaxa olmaq.

    Полностью »
  • ÇƏNGİNDƏN QURTARMAQ

    xilas olmaq; ~ canını qurtarmaq.

    Полностью »
  • ÇƏNGİNƏ ALMAQ

    əhatə etmək, geniş yayılmaq; ~ ağzına almaq (götürmək).

    Полностью »
  • ÇƏNGİNƏ KEÇİRMƏK

    tutmaq; ~ ələ keçirmək, girinə keçirmək, pəncəsinə keçirmək.

    Полностью »
  • ÇƏNGİNƏ KEÇMƏK

    təsiri altına düşmək, tutulmaq; ~ ələ keçmək.

    Полностью »
  • ÇƏPƏR ÇƏKMƏK

    mane olmaq, əngəl yaratmaq, yaxınlaşmağa qoymamaq.

    Полностью »
  • ÇƏR DƏYMƏK

    xəstələnmək (heyvana aid).

    Полностью »
  • ÇƏRÇİVƏDƏN ÇIXMAQ

    yenilik etmək, müəyyən olunmuş ölçülərdən kənara çıxmaq, sərbəst olmaq; ~ çərçivəyə sığmamaq.

    Полностью »
  • ÇƏRÇİVƏYƏ SALMAQ

    məhdudlaşdırmaq, azaltmaq, çoxlu qaydalar qoyaraq sərbəstliyini əlindən almaq.

    Полностью »
  • ÇƏRÇİVƏYƏ SIĞMAMAQ

    müəyyən olunmuş qaydalara məhəl qoymamaq, standart, şablon və stereotiplərdən uzaqlaşmaq; ~ çərçivədən çıxmaq

    Полностью »
  • ÇƏTİNLİK ÇƏKMƏK

    1. Öhdəsindən zorla gəlmək, bir işi görərkən əziyyət çəkmək.  2. Maddi ehtiyac içərisində olmaq, məhrumiyyət görmək

    Полностью »
  • ÇƏTİNLİYƏ SALMAQ

    sınamaq; işini çətinləşdirmək; ~ dolaşığa salmaq.

    Полностью »
  • ÇIĞIR-BAĞIR SALMAQ

    dan. hay-küy qaldırmaq, etiraz bildirmək.

    Полностью »
  • ÇIXIŞ YOLU

    hər hansı bir problemin həlli yolu, üsulu.

    Полностью »
  • ÇIXMAYAN CANA NƏ QULFÜVALLAH

    sona çatmadan hər hansı bir işin nəticəsindən danışmağın mənasızlığını bildirən ifadə.

    Полностью »
  • ÇIRAĞI ÖLƏZİMƏK

    nəsli kəsilmək, bitmək, tükənmək üzrə olmaq.

    Полностью »
  • ÇIRAĞI SÖNMƏK

    sonu çatmaq, məhv olmaq, nəsli kəsilmək; ~ ocağı sönmək  (qaralmaq), evi dağılmaq, ata yurdunda bayquşlar ulayır

    Полностью »
  • ÇIRAĞINI SÖNDÜRMƏK

    nəslini kəsmək, məhv etmək.

    Полностью »
  • ÇIRAĞINI YANDIRMAQ

    nəsli, soyu yaşatmaq.

    Полностью »
  • ÇIRTIĞA OYNAMAQ

    yüngülxasiyyət olmaq.

    Полностью »
  • ÇIRTIQ ÇALIB OYNAMAQ

    keyfi yerində olmaq, sevinmək.

    Полностью »
  • ÇIRTMA VURSAN, QANI TÖKÜLƏR

    kimsənin əsəbi halda olduğunu bildirən ifadə.

    Полностью »
  • ÇİBANINA TOXUNMAQ

    bax: yaralı yerinə toxunmaq (dəymək).

    Полностью »
  • ÇİÇƏK ÇIXARTMAQ

    çiçək xəstəliyinə tutulmaq.

    Полностью »
  • ÇİÇƏYİ BURNUNDA OLMAQ

    çox gənc, qeyri-yetkin, təcrübəsiz olmaq; ~ bələkdən təzə çıxmaq, dimdiyinin sarısı getməyib, dınq eləyib yumurtadan çıxıb

    Полностью »
  • ÇİÇƏYİ ÇIRTLAMAQ

    sevinmək, üzünə xoş təbəssüm qonmaq, gülmək.

    Полностью »
  • ÇİLİNGAĞAC OYNAMAQ

    bax: qoz-qoz oynamaq.

    Полностью »