Фразеологический словарь азербайджанского языка

  • ÇİBANINA TOXUNMAQ

    bax: yaralı yerinə toxunmaq (dəymək).

    Полностью »
  • ÇİÇƏK ÇIXARTMAQ

    çiçək xəstəliyinə tutulmaq.

    Полностью »
  • ÇİÇƏYİ BURNUNDA OLMAQ

    çox gənc, qeyri-yetkin, təcrübəsiz olmaq; ~ bələkdən təzə çıxmaq, dimdiyinin sarısı getməyib, dınq eləyib yumurtadan çıxıb

    Полностью »
  • ÇİÇƏYİ ÇIRTLAMAQ

    sevinmək, üzünə xoş təbəssüm qonmaq, gülmək.

    Полностью »
  • ÇİLİNGAĞAC OYNAMAQ

    bax: qoz-qoz oynamaq.

    Полностью »
  • ÇİLİNGƏ DÜŞMƏK

    bir şey üçün vaxtından tez sevinmək.

    Полностью »
  • ÇİMİR ALMAQ

    azacıq yatmaq, mürgüləmək; ~ gözünün acısını almaq.

    Полностью »
  • ÇİNƏDANI DOLU OLMAQ

    deməyə çox sözü olmaq, ürəyi sözlə dolu olmaq.

    Полностью »
  • ÇİNƏDANINA YIĞMAQ

    eşitdiyi söhbəti yadında saxlamaq.

    Полностью »
  • ÇİNƏDANINI BOŞALTMAQ

    ürəyində nə varsa hamısını demək, çox danışmaq.

    Полностью »
  • ÇİYİN-ÇİYİNƏ VERMƏK

    birləşmək, köməkləşmək, birgə hərəkət etmək, yaxın dost və həmfikir olmaq; ~ baş-başa vermək, kürək-kürəyə vermək

    Полностью »
  • ÇİYİN VERMƏK

    kömək etmək, dəstək olmaq.

    Полностью »
  • ÇİYNİNDƏN DAĞ GÖTÜRÜLMƏK

    bax: üstündən ağır yük (dağ) götürülmək.

    Полностью »
  • ÇİYNİNƏ AĞIR YÜK DÜŞMƏK

    üzərinə məsuliyyətli iş götürmək.

    Полностью »
  • ÇİYNİNƏ DÜŞMƏK

    müəyyən öhdəlik götürmək; ~ üzərinə düşmək, öhdəsinə düşmək.

    Полностью »
  • ÇİYNİNƏ ŞAHLIQ QUŞU QONMAQ

    gözlənilmədən həyatı yaxşılaşmaq, var-dövlət və mənsəb sahibi olmaq; ~ bəxti gətirmək.

    Полностью »
  • ÇİYNİNİ ÇƏKMƏK

    narazılığını və ya bir işdən xəbərsiz olduğunu bildirmək əlaməti olaraq çiyinlərini dartmaq.

    Полностью »
  • ÇOX BİLSƏN, TEZ QOCALARSAN

    hər şeyə maraq göstərən, çox şey bilmək istəyən və bunun üçün aramsız suallar verən azyaşlı şəxsə ərklə deyilən ifadə

    Полностью »
  • ÇOX ÇAYLARDAN KEÇMƏK

    başına çox işlər gəlmək, həyatın hər üzü ilə qarşılaşmaq.

    Полностью »
  • ÇOX DEYİB AZ EŞİTMƏK

    verilən məsləhətə məhəl qoymamaq.

    Полностью »
  • ÇOX GÖRMƏK

    kimdə isə bir şeyin çox olduğu qənaətinə gəlmək, bunu qısqanclıqla qarşılamaq.

    Полностью »
  • ÇOX QAZANLARDA QAYNAMAQ

    çox sınaqlardan çıxmaq (mənfi mənada); ~ min oyundan çıxmaq, min hoqqadan çıxmaq.

    Полностью »
  • ÇOX SULAR AXIB

    “üzərindən illər ötüb, xeyli vaxt keçib” mənasında işlədilən ifadə.

    Полностью »
  • ÇOX SULAR DURULUB

    “çox şeylər aydınlaşıb” mənasında işlədilən ifadə.

    Полностью »
  • ÇOLAQDAN ÇOBANLIQ UMMAQ

    qabiliyyəti olmayan adamdan səviyyəli iş gözləmək.

    Полностью »
  • ÇOMAĞIN O BİRİ BAŞINI ÇEVİRMƏK

    tərzi dəyişmək, daha sərt üsula əl atmaq; ~ üzü dönmək.

    Полностью »
  • ÇÖLDƏ QALMAQ

    evsiz-eşiksiz qalmaq.

    Полностью »
  • ÇÖLDƏ QOYMAQ

    evindən-eşiyindən məhrum etmək, qovmaq.

    Полностью »
  • ÇÖLDƏN TAPMAMIŞAM Kİ

    qiymətləndirilən, dəyər verilən şəxs (bəzən əşya) haqqında işlədilən ifadə.

    Полностью »
  • ÇÖLƏ ATILAN DIRNAĞINA DA DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • ÇÖLƏ ATMAQ

    evdən qovmaq; yurd-yuvasından etmək; ~ bayıra atmaq, çöllərə salmaq.

    Полностью »
  • ÇÖLLƏRƏ DÜŞMƏK

    sərgərdan olmaq, ev-eşiyindən, yurdundan ayrı düşmək, yad yerləri dolaşmaq.

    Полностью »
  • ÇÖLLƏRƏ SALMAQ

    bax: çölə atmaq.

    Полностью »
  • ÇÖLÜN DÜZÜ

    tərk edilmiş, tənha və kimsəsiz yer.

    Полностью »
  • ÇÖMÇƏ TUTAN BİZƏ SARIDIR

    əsas işi görən məsul şəxsin yaxın adam olduğunu bildirən ifadə.

    Полностью »
  • ÇÖMÇƏ TUTMAQ

    tərəfkeşlik və üzgörənlik etmək.

    Полностью »
  • ÇÖMÇƏSİ BOŞ QAZANIN DİBİNƏ DƏYMƏK

    hər şeyini itirmək, var-dövləti əlindən getmək.

    Полностью »
  • ÇÖP ALTINDA DƏYİRMAN TİKMƏK

    gizli işlər görmək; ~ saman altından su yeritmək.

    Полностью »
  • ÇÖP ATMAQ

    məsələni püşk atmaqla həll etmək.

    Полностью »
  • ÇÖP TUTMAQ

    mübahisəli bir şeyə aydınlıq gətirmək, püşk atmaq.

    Полностью »
  • ÇÖPƏ DƏYMƏZ

    dəyərsiz bir şey haqqında işlədilən ifadə; ~ bir qara pula dəyməz.

    Полностью »
  • ÇÖPƏ DÖNMƏK

    çox arıqlamaq; ~ ayaq üstə qurumaq.

    Полностью »
  • ÇÖPÜ ÇÖP ÜSTƏ QOYMAMAQ

    heç bir iş görməmək.

    Полностью »
  • ÇÖRƏK AĞACI

    qazanc yeri, dolanışıq mənbəyi.

    Полностью »
  • ÇÖRƏK GÖZÜNÜ TUTMAQ

    etdiyi namərdliyə, xəyanətə görə əzaba düçar olmaq; ~ çörək qənim olmaq, çörək tutmaq.

    Полностью »
  • ÇÖRƏK KƏSMƏK

    1. Yoldaşlıq, dostluq etmək.  2. Birlikdə çörək yemək; ~ birlikdə bir pud duz yemək, duz-çörək kəsmək

    Полностью »
  • ÇÖRƏK QƏNİM OLMAQ

    bax: çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK TAPMAMAQ

    bir dilim çörəyə həsrət qalmaq, kasıb olmaq.

    Полностью »
  • ÇÖRƏK TUTMAQ

    yaxşılığı itirdiyinə görə cəzalanmaq; ~ çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK VERMƏK

    işə götürmək, peşə öyrətmək, maaş vermək.

    Полностью »