Фразеологический словарь азербайджанского языка

  • ÇOX BİLSƏN, TEZ QOCALARSAN

    hər şeyə maraq göstərən, çox şey bilmək istəyən və bunun üçün aramsız suallar verən azyaşlı şəxsə ərklə deyilən ifadə

    Полностью »
  • ÇOX ÇAYLARDAN KEÇMƏK

    başına çox işlər gəlmək, həyatın hər üzü ilə qarşılaşmaq.

    Полностью »
  • ÇOX DEYİB AZ EŞİTMƏK

    verilən məsləhətə məhəl qoymamaq.

    Полностью »
  • ÇOX GÖRMƏK

    kimdə isə bir şeyin çox olduğu qənaətinə gəlmək, bunu qısqanclıqla qarşılamaq.

    Полностью »
  • ÇOX QAZANLARDA QAYNAMAQ

    çox sınaqlardan çıxmaq (mənfi mənada); ~ min oyundan çıxmaq, min hoqqadan çıxmaq.

    Полностью »
  • ÇOX SULAR AXIB

    “üzərindən illər ötüb, xeyli vaxt keçib” mənasında işlədilən ifadə.

    Полностью »
  • ÇOX SULAR DURULUB

    “çox şeylər aydınlaşıb” mənasında işlədilən ifadə.

    Полностью »
  • ÇOLAQDAN ÇOBANLIQ UMMAQ

    qabiliyyəti olmayan adamdan səviyyəli iş gözləmək.

    Полностью »
  • ÇOMAĞIN O BİRİ BAŞINI ÇEVİRMƏK

    tərzi dəyişmək, daha sərt üsula əl atmaq; ~ üzü dönmək.

    Полностью »
  • ÇÖLDƏ QALMAQ

    evsiz-eşiksiz qalmaq.

    Полностью »
  • ÇÖLDƏ QOYMAQ

    evindən-eşiyindən məhrum etmək, qovmaq.

    Полностью »
  • ÇÖLDƏN TAPMAMIŞAM Kİ

    qiymətləndirilən, dəyər verilən şəxs (bəzən əşya) haqqında işlədilən ifadə.

    Полностью »
  • ÇÖLƏ ATILAN DIRNAĞINA DA DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • ÇÖLƏ ATMAQ

    evdən qovmaq; yurd-yuvasından etmək; ~ bayıra atmaq, çöllərə salmaq.

    Полностью »
  • ÇÖLLƏRƏ DÜŞMƏK

    sərgərdan olmaq, ev-eşiyindən, yurdundan ayrı düşmək, yad yerləri dolaşmaq.

    Полностью »
  • ÇÖLLƏRƏ SALMAQ

    bax: çölə atmaq.

    Полностью »
  • ÇÖLÜN DÜZÜ

    tərk edilmiş, tənha və kimsəsiz yer.

    Полностью »
  • ÇÖMÇƏ TUTAN BİZƏ SARIDIR

    əsas işi görən məsul şəxsin yaxın adam olduğunu bildirən ifadə.

    Полностью »
  • ÇÖMÇƏ TUTMAQ

    tərəfkeşlik və üzgörənlik etmək.

    Полностью »
  • ÇÖMÇƏSİ BOŞ QAZANIN DİBİNƏ DƏYMƏK

    hər şeyini itirmək, var-dövləti əlindən getmək.

    Полностью »
  • ÇÖP ALTINDA DƏYİRMAN TİKMƏK

    gizli işlər görmək; ~ saman altından su yeritmək.

    Полностью »
  • ÇÖP ATMAQ

    məsələni püşk atmaqla həll etmək.

    Полностью »
  • ÇÖP TUTMAQ

    mübahisəli bir şeyə aydınlıq gətirmək, püşk atmaq.

    Полностью »
  • ÇÖPƏ DƏYMƏZ

    dəyərsiz bir şey haqqında işlədilən ifadə; ~ bir qara pula dəyməz.

    Полностью »
  • ÇÖPƏ DÖNMƏK

    çox arıqlamaq; ~ ayaq üstə qurumaq.

    Полностью »
  • ÇÖPÜ ÇÖP ÜSTƏ QOYMAMAQ

    heç bir iş görməmək.

    Полностью »
  • ÇÖRƏK AĞACI

    qazanc yeri, dolanışıq mənbəyi.

    Полностью »
  • ÇÖRƏK GÖZÜNÜ TUTMAQ

    etdiyi namərdliyə, xəyanətə görə əzaba düçar olmaq; ~ çörək qənim olmaq, çörək tutmaq.

    Полностью »
  • ÇÖRƏK KƏSMƏK

    1. Yoldaşlıq, dostluq etmək.  2. Birlikdə çörək yemək; ~ birlikdə bir pud duz yemək, duz-çörək kəsmək

    Полностью »
  • ÇÖRƏK QƏNİM OLMAQ

    bax: çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK TAPMAMAQ

    bir dilim çörəyə həsrət qalmaq, kasıb olmaq.

    Полностью »
  • ÇÖRƏK TUTMAQ

    yaxşılığı itirdiyinə görə cəzalanmaq; ~ çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK VERMƏK

    işə götürmək, peşə öyrətmək, maaş vermək.

    Полностью »
  • ÇÖRƏKDƏN DÜŞMƏK

    1. Xəstə olduğuna görə yemək yeyə bilməmək.  2. Pul qazanmamaq; vəzifəsindən uzaqlaşdırılmaq.

    Полностью »
  • ÇÖRƏKLƏ İMTAHANA ÇƏKMƏK

    dolanışığını, güzəranını pisləşdirmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq, çörəyə möhtac etmək

    Полностью »
  • ÇÖRƏYƏ ÇATDIRMAQ

    işə düzəltmək, peşə öyrətmək, böyüdərək iş-güc sahibi etmək.

    Полностью »
  • ÇÖRƏYƏ ƏL BASMAQ

    and içmək, haqlı olduğunu kiməsə inandırmağa çalışmaq; ~ Qurana əl basmaq.

    Полностью »
  • ÇÖRƏYİ AYAQLAMAQ (TAPDALAMAQ, BASMAQ)

    bax: çörəyi dizinin üstündə olmaq.

    Полностью »
  • ÇÖRƏYİ ÇÖRƏKÇİYƏ VERMƏK

    işi işbilənə tapşırmaq; ~ tamarzıdan alıb dadmışa vermək.

    Полностью »
  • ÇÖRƏYİ DAŞDAN ÇIXMAQ

    çox çətinliklə, əzab-əziyyətlə pul qazanmaq.

    Полностью »
  • ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLMAQ

    etibarsızlıq etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək, nankor olmaq; ~ yaxşılığı itirmək, kəsdiyi çörəyi tapdalamaq (ayaqlamaq), naxələf çıx

    Полностью »
  • ÇÖRƏYİ İTİRMƏK

    bax: çörəyi dizinin üstündə olmaq.

    Полностью »
  • ÇÖRƏYİ KƏSİLMƏK

    maaşdan, gəlir yerindən məhrum olmaq.

    Полностью »
  • ÇÖRƏYİ QULAĞINA YEMƏMƏK

    çox şeydən xəbərdar olmaq, avam olmamaq.

    Полностью »
  • ÇÖRƏYİNƏ BAİS OLMAQ

    çətinliyə düşməsinə, dolanışıq yerini itirməsinə səbəb olmaq; ~ ac qoymaq, çörəyini əlindən almaq, çörəyini kəsmək, ruzisini kəsmək

    Полностью »
  • ÇÖRƏYİNƏ HARAM QATMAQ

    pulu haram yolla qazanmaq, halal-haram bilməmək; ~ mayasına haram qatmaq.

    Полностью »
  • ÇÖRƏYİNƏ TƏPİK ATMAQ

    naşükür olmaq, nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq.

    Полностью »
  • ÇÖRƏYİNİ ƏLİNDƏN ALMAQ

    bax: çörəyinə bais olmaq.

    Полностью »
  • ÇÖRƏYİNİ İT YEYƏR, BOYNUNU BİT

    malını, qazancını başqaları yeyən, ancaq özü səfil bir həyat sürən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÇÖRƏYİNİ KƏSMƏK

    bax: çörəyinə bais olmaq.

    Полностью »