Фразеологический словарь азербайджанского языка

  • ÜNSİYYƏT BAĞLAMAQ (QURMAQ)

    aralarında yaxşı münasibət yaranmaq, bir-biri ilə razılaşa bilmək.

    Полностью »
  • ÜRƏK BULANDIRMAQ

    nifrət hissi oyatmaq, iyrəndirmək.

    Полностью »
  • ÜRƏK DAĞLAMAQ

    bax: ürək parçalamaq.

    Полностью »
  • ÜRƏK-DİRƏK VERMƏK

    cəsarətləndirmək, bir işə ruhlandırmaq; ~ dayaq durmaq, təsəlli vermək, təskinlik vermək, ürək vermək

    Полностью »
  • ÜRƏK ELƏMƏMƏK

    cürət etməmək, cəsarəti olmamaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİ DÜŞMƏK

    qorxmaq, bərk həyəcanlanmaq; ~ ürək-göbəyini yemək, ürəyi düşmək, bağrı yarılmaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİNİ SALMAQ

    qəfil hərəkət və ya xəbərlə qorxutmaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİNİ YEMƏK

    bax: ürək-göbəyi düşmək.

    Полностью »
  • ÜRƏK QIZDIRMAQ

    inanmaq, etibar etmək, güvənmək; ~ ürəyi qızmaq.

    Полностью »
  • ÜRƏK PARÇALAMAQ

    güclü təsir etmək, sarsıtmaq; ~ ürək dağlamaq.

    Полностью »
  • ÜRƏK VERMƏK

    1. Cəsarətləndirmək, bir işə ruhlandırmaq; ~ ürək-dirək vermək.  2. Sevmək; ~ könül vermək.

    Полностью »
  • ÜRƏK YANDIRMAQ

    bax: can yandırmaq.

    Полностью »
  • ÜRƏKQOPMASINA SALMAQ

    bərk qorxutmaq; ~ bağrını yarmaq.

    Полностью »
  • ÜRƏKLƏRİ BİR-BİRİNİ TUTMAQ

    qarşılıqlı sevgi münasibətləri olmaq.

    Полностью »
  • ÜRƏYƏ İŞLƏMƏK

    çox güclü təsir etmək; ~ dərinə işləmək.

    Полностью »
  • ÜRƏYƏ YATMAQ

    bəyənilmək, istənilmək; ~ xoşa gəlmək, göz oxşamaq, xoş gəlmək, könül oxşamaq.

    Полностью »
  • ÜRƏYİ AÇILMAQ

    sevinməyə başlamaq; ~ eyni açılmaq, aynası açılmaq, kefi açılmaq, gözü-könlü açılmaq, könlü açılmaq.

    Полностью »
  • ÜRƏYİ AĞRIMAQ

    acımaq; ~ yazığı gəlmək, rəhmi gəlmək, ürəyi yanmaq, ürəyi xarab olmaq.

    Полностью »
  • ÜRƏYİ AĞZINA GƏLMƏK

    1. İyrənmək; ~ ürəyi bulanmaq, ödü ağzına gəlmək.  2. Bərk qorxmaq, qorxu hissi keçirmək; ~ ürəyi qopmaq, ürəyi yerindən qopmaq, ürəyi qırılıb ayağını

    Полностью »
  • ÜRƏYİ AĞZINDAN (YERİNDƏN) ÇIXMAQ

    çox həyəcanlanmaq; çox hərəkət etməkdən yorulub halsızlaşmaq.

    Полностью »
  • ÜRƏYİ ATLANMAQ

    həsrətində olmaq, istəmək; ~ can atmaq.

    Полностью »
  • ÜRƏYİ BÖYÜMƏK

    iftixar, məmnunluq hissi keçirmək, fərəhlənmək, sevinmək.

    Полностью »
  • ÜRƏYİ BULANMAQ

    1. Özünü pis hiss etmək, qusmağı gəlmək; ~ halı pozulmaq.  2. Bir şeydən iyrənmək; kiməsə nifrət etmək; ~ ödü ağzına gəlmək

    Полностью »
  • ÜRƏYİ ÇATLAMAQ

    intizardan, kədərdən, pis xəbərdən bərk həyəcanlanmaq, kədərlənmək; ~ ürəyi partlamaq.

    Полностью »
  • ÜRƏYİ ÇƏKİLMƏK

    gözləməkdən yorulmaq, son dərəcə üzülmək; aclıq hiss etmək, çox acmaq; ~ ürəyi üzülmək.

    Полностью »
  • ÜRƏYİ DAĞ BOYDA OLMAQ

    bax: ürəyi dağa dönmək.

    Полностью »
  • ÜRƏYİ DAĞ-DAĞAYA DÜŞMƏK

    bərk həyəcan və təşviş keçirmək, çox narahat olmaq, səksəkəli olmaq.

    Полностью »
  • ÜRƏYİ DAĞA DÖNMƏK

    qürurlanmaq, böyük sevinc hissi keçirmək, fərəhlənmək.

    Полностью »
  • ÜRƏYİ DAĞLANMAQ

    son dərəcə qəmlənmək, kədərlənmək; ~ ciyəri qana dönmək.

    Полностью »
  • ÜRƏYİ DAŞA DÖNMƏK

    zalımlaşmaq, qəddarlaşmaq, amansız olmaq.

    Полностью »
  • ÜRƏYİ DİLİNDƏ

    səmimi, sadədil, ürəyiaçıq adam haqqında deyilən ifadə.

    Полностью »
  • ÜRƏYİ DURMAMAQ (DÖZMƏMƏK)

    darıxmaq, istəmək, dözə bilməmək.

    Полностью »
  • ÜRƏYİ DÜŞMƏK

    qəfil, gözlənilməz xəbər və ya davranışdan bərk qorxmaq; ~ həyəcan keçirmək, ürək-göbəyi düşmək, ürəyi qırılıb ayağının altına düşmək, ürəyi yerindən

    Полностью »
  • ÜRƏYİ ƏRİMƏK

    acımaq; ~ yazığı gəlmək; kədərdən üzülmək.

    Полностью »
  • ÜRƏYİ ƏSMƏK

    1. Həyəcanlanmaq, qorxmaq. 2. Həddən çox istəmək.

    Полностью »
  • ÜRƏYİ GETMƏK

    1. Bayılmaq; ~ huşunu itirmək.  2. Həddən çox istəmək.

    Полностью »
  • ÜRƏYİ GƏLMƏMƏK

    1. Qıymamaq; ~ əli gəlməmək, heyfi gəlmək.  2. Qorxmaq, ehtiyat etmək, çəkinmək.

    Полностью »
  • ÜRƏYİ GÖTÜRMƏMƏK

    istəməmək, təbiəti qəbul etməmək, özünü pis hiss etmək, narahat olmaq; ~ məzacı çəkməmək (götürməmək), ürəyi xarab olmaq

    Полностью »
  • ÜRƏYİ XARAB OLMAQ

    bərk kədərlənmək, təsirlənmək, özünü pis hiss etmək; ~ ürəyi ağrımaq, ürəyi götürməmək.

    Полностью »
  • ÜRƏYİ İSTƏMƏK

    arzulamaq; ~ könlü istəmək, havası gəlmək, kefi istəmək, könlündən keçmək, könlünə düşmək, qəlbindən keçmək

    Полностью »
  • ÜRƏYİ KÖKSÜNƏ SIĞMAMAQ

    hədsiz dərəcədə fərəhlənmək, qürurlanmaq, qəlbi şadlanmaq, çox sevinmək.

    Полностью »
  • ÜRƏYİ QALMAQ

    bax: gözü arxasınca (dalınca) qalmaq.

    Полностью »
  • ÜRƏYİ QAN AĞLAMAQ

    son dərəcə kədərlənmək, çox mütəəssir olmaq; ~ ürəyi qana dönmək, ürəyi od tutub yanmaq, iztirab çəkmək (keçirmək)

    Полностью »
  • ÜRƏYİ QANA DÖNMƏK

    bax: ürəyi qan ağlamaq.

    Полностью »
  • ÜRƏYİ QIRILIB AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ürəyi düşmək.

    Полностью »
  • ÜRƏYİ QIZMAQ

    bax: ürək qızdırmaq.

    Полностью »
  • ÜRƏYİ QOPMAQ (QIRILMAQ)

    bərk qorxmaq, həyəcan keçirmək; ~ ürəyi qırılıb ayağının altına düşmək, ürəyi düşmək, ürəyi ağzına gəlmək

    Полностью »
  • ÜRƏYİ QUBAR ELƏMƏK (BAĞLAMAQ)

    qüssələnmək; ~ iztirab çəkmək (keçirmək), xiffət çəkmək.

    Полностью »
  • ÜRƏYİ OD TUTUB YANMAQ (ALIŞMAQ)

    bax: ürəyi qan ağlamaq. 

    Полностью »
  • ÜRƏYİ PARÇA-PARÇA OLMAQ

    hansısa xəbərdən təsirlənmək, qəmlənmək, kədərlənmək; ~ iztirab çəkmək (keçirmək).

    Полностью »