Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏDA ÇIXARTMAQ

    xoşagəlməz hərəkətlər etmək.

    Tam oxu »
  • ƏDA SATMAQ

    nazlanmaq, naz etmək; ~ özünü naza qoymaq.

    Tam oxu »
  • ƏDASI YERƏ-GÖYƏ SIĞMAMAQ

    təkəbbürlü olmaq, qürrələnmək, özündənrazı olmaq; ~ göylə getmək.

    Tam oxu »
  • ƏDAVƏT APARMAQ

    düşmənçilik etmək, düşməncəsinə münasibət göstərmək, fürsət olan kimi qisas almaq istəmək; ~ ədavət bəsləmək, kin saxlamaq

    Tam oxu »
  • ƏDAVƏT BƏSLƏMƏK

    bax: ədavət aparmaq.

    Tam oxu »
  • ƏDAVƏT SALMAQ

    arada düşmənçilik yaratmaq; ~ nifaq salmaq, nifaq yaratmaq, ədavət toxumu səpmək.

    Tam oxu »
  • ƏDAVƏT TOXUMU SƏPMƏK

    düşmənçiliyin başlanmasına səbəb olmaq; ~ nifaq salmaq, ədavət salmaq.

    Tam oxu »
  • ƏDƏB-ƏRKAN GÖZLƏMƏK (SAXLAMAQ)

    əxlaq qaydalarına əməl etmək, sözünə sərhəd qoymaq; ~ pərdə saxlamaq, böyük-kiçik yeri bilmək, həddini bilmək

    Tam oxu »
  • ƏFİ İLAN

    hirsli, qəzəbli, pis, əzazil, təhlükəli adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏFİ İLANA RAST GƏLMƏK (OLMAQ)

    bax: qara ilana rast gəlmək (olmaq).

    Tam oxu »
  • ƏHD QILMAQ

    and içmək.

    Tam oxu »
  • ƏHD-PEYMAN BAĞLAMAQ

    sədaqət andı içmək, daim birlikdə olacaqları barədə, bir növ, öhdəlik götürmək (sevgililər arasında)

    Tam oxu »
  • ƏHDİNDƏN DÖNMƏK

    vədini yerinə yetirməmək; ~ sözünü tutmamaq, sözünün dalından qaçmaq, vədinə xilaf çıxmaq.

    Tam oxu »
  • ƏHDİNƏ ÇATMAQ (YETMƏK)

    arzusuna, istəyinə nail olmaq, muradına çatmaq, istəyinə çatmaq.

    Tam oxu »
  • ƏHƏDİ KƏSİLMƏK (ÜZÜLMƏK)

    bərk yorulmaq; ~ əldən düşmək, gücdən düşmək, taqətdən düşmək, hərəkətdən düşmək.

    Tam oxu »
  • ƏHƏDİNİ KƏSMƏK

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, nəfəsini kəsmək, amanını qırmaq

    Tam oxu »
  • ƏHVALI QARIŞMAQ

    bax: əhvalı pozulmaq.

    Tam oxu »
  • ƏHVALI POZULMAQ

    1. Hər hansı səbəbdən kədərlənmək, qəmgin olmaq; ~ kefi korlanmaq (pozulmaq), nəşəsi qaçmaq.  2. Xəstəliyi daha da ağırlaşmaq; ~ təbdən-təbə düşmək, h

    Tam oxu »
  • ƏHVALINI KORLAMAQ

    peşman etmək; ~ nəşəsini pozmaq, kefini pozmaq, gözündən gətirmək (tökmək), burnundan gətirmək (tökmək)

    Tam oxu »
  • ƏKƏNDƏ YOX, BİÇƏNDƏ YOX, YEYƏNDƏ ORTAQ QARDAŞ

    başqalarının qazancına şərik çıxan, hazırın naziri olan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏKİNİ TƏRSƏ BİTMƏK

    əməyi boşa çıxmaq, zəhməti hədər getmək.

    Tam oxu »
  • ƏKSİNİ ÇÖRƏK ÜSTÜNƏ VURSAN, AC İT DƏ YEMƏZ

    zahirən çox çirkin, eybəcər adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏQİDƏSİNDƏN DÖNMƏK

    əvvəlki mövqeyindən, xasiyyətindən əsər-əlamət qalmamaq, başqalaşmaq; ~ yüz səksən dərəcə dəyişmək.

    Tam oxu »
  • ƏL AÇMAQ

    kömək diləmək, maddi yardım istəmək, müraciət etmək.

    Tam oxu »
  • ƏL ALTINDAN

    gizli, heç kəs bilmədən, səsə salmadan, məxfi.

    Tam oxu »
  • ƏL APARMAQ

    müdaxilə etmək, işə qarışmaq; ~ əl qatmaq, əl uzatmaq.

    Tam oxu »
  • ƏL ATMAQ

    1. Girişmək, təşəbbüs etmək, hər hansı vasitədən istifadə etmək.  2. Yardım etmək, maddi kömək etmək; ~ əl yetirmək

    Tam oxu »
  • ƏL-AYAĞA DOLAŞMAQ

    mane olmaq, əngəl olmaq; ~ ayağa dolaşmaq.

    Tam oxu »
  • ƏL-AYAĞA DÜŞMƏK

    həyəcanlanmaq, narahat olmaq, təlaşa düşüb işi tez həll etməyə çalışmaq; ~ təşvişə düşmək, kürkünə birə düşmək, canına birə düşmək

    Tam oxu »
  • ƏL-AYAĞA SALMAQ

    1. Həyəcanlandırmaq.  2. Yalvartmaq.

    Tam oxu »
  • ƏL-AYAĞI BAĞLI OLMAQ

    bir işi həll edə bilməmək, imkansız, çarəsiz olmaq; ~ əl-qolu bağlanmaq.  

    Tam oxu »
  • ƏL-AYAĞI BOŞALMAQ

    həvəsi olmamaq, iş görə bilməmək, işə olan həvəsini itirmək.

    Tam oxu »
  • ƏL-AYAĞI ÇƏKİLMƏK

    bax: əl-ayağı kəsilmək.

    Tam oxu »
  • ƏL-AYAĞI DÜZ

    doğru, dürüst, tərbiyəli, namuslu.

    Tam oxu »
  • ƏL-AYAĞI KƏSİLMƏK

    gediş-gəlişə son qoymaq, get-gəli məhdudlaşdırmaq; ~ əl-ətəyi çəkilmək, əl-ayağı yığılmaq, əl-ayağını çəkmək

    Tam oxu »
  • ƏL-AYAĞI SOYUMAQ

    həvəsi olmamaq; ~ ruhdan düşmək, əli boşalmaq, əl-ayağı sustalmaq, əli soyumaq.

    Tam oxu »
  • ƏL-AYAĞI SÖZÜNƏ BAXMAMAQ

    qocalıq və ya xəstəlik üzündən özünü idarə edə bilməmək, qeyri-iradi hərəkətlərə yol vermək.

    Tam oxu »
  • ƏL-AYAĞI SUSTALMAQ

    zəifləmək, taqətsizləşmək; iş görməyə həvəsi olmamaq; ~ ruhdan düşmək, əli boşalmaq, əli soyumaq, əl-ayağı soyumaq

    Tam oxu »
  • ƏL-AYAĞI YERDƏN ÜZÜLMƏK

    1. Son dərəcə təəccüblənmək, heyrət etmək; ~ ayağının altından yer qaçmaq, əli üzündə qalmaq, əli ağzında qalmaq

    Tam oxu »
  • ƏL-AYAĞI YIĞILMAQ

    bax: əl-ayağı kəsilmək.

    Tam oxu »
  • ƏL-AYAĞINA DOLAŞMAQ

    mane olmaq, iş görməyə qoymamaq.

    Tam oxu »
  • ƏL-AYAĞINA DÖŞƏNMƏK

    təkidlə xahiş etmək, yalvarmaq, kiminsə qarşısında əyilmək, diz çökmək; ~ əl-ayağına düşmək.

    Tam oxu »
  • ƏL-AYAĞINA DÜŞMƏK

    bax: əl-ayağına döşənmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI BAĞLAMAQ

    bir iş görməyə qoymamaq, hərəkət etməsinə imkan verməmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), əl-ayağını kəsmək

    Tam oxu »
  • ƏL-AYAĞINI BİR YERƏ YIĞMAQ

    1. Pis yoldan çəkindirmək.  2. Evləndirmək; ~ baş-göz eləmək, ayağını kəndirləmək, başını bağlamaq, başını bənd etmək

    Tam oxu »
  • ƏL-AYAĞINI ÇƏKMƏK

    bir yerə gedib-gəlməmək, əlaqəni üzmək; ~ ayağını kəsmək, əl-ayağı yığılmaq, əl-ayağı kəsilmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI İT YEYİB

    bacarıqsız, bir iş görərkən tez-tez xata törədən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏL-AYAĞINI KƏSMƏK

    get-gələ imkan verməmək, mane olmaq, hərəkətini məhdudlaşdırmaq; ~ qarşısını almaq (kəsmək), əl-ayağını bağlamaq

    Tam oxu »
  • ƏL-AYAĞINI SAZLAMAQ

    hazırlamaq, hazırlıq görmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI UZATMAQ

    1. Ölmək.  2. Uzanmaq, yatmaq.

    Tam oxu »