sirr saxlaya bilməmək, nə gəldi danışmaq; ~ ağzında söz qalmamaq (saxlamamaq), hülqumu boş olmaq.
boğazlamaq, öldürmək, boğazını kəsmək.
xristianlığı qəbul etmək.
istəyini, arzusunu qəbul etməmək, rədd etmək; ~ sözünü yerə salmaq.
hörmət və etimad qazanmaq.
1. Fikrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq; ~ eyham vurmaq. 2. Musiqidə ifaya yeni, orijinal çalarlar əlavə etmək
bir səbəb olmadan dalaşmağa can atan adam haqqında işlədilən ifadə; ~ şələni qoy, gəl dalaşaq.
qeyri-müəyyənlik yaratmaq, açıq, səmimi danışmamaq, süründürməçilik etmək.
dövlət büdcəsindən pul oğurlamaq, ictimai vəsaiti mənimsəmək, millətin sərvətini talamaq; ~ cibə girmək
bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək.
təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın xidmətindən istifadə etmək.
təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın ixtiyarına vermək.
həyata keçirilə bilməyən, mümkün olmayan iş, arzu, məsələ.
səhv, yanlış fikirləşmək.
çox lovğa, təkəbbürlü adam haqqında işlədilən ifadə.
yaxşı yaşamaq, maddi sıxıntısı olmamaq; ~ kefi fıştırıq çalmaq, kefi doxsan doqquz vurmaq.
qabağımda bir adam dura bilməz; səlahiyyəti, gücü, imkanları çox olan, davranışında ölçüləri gözləməyən lovğa, təkəbbürlü və özbaşınalıq edən adamlar
gözlətmək, ləngitmək, gecikdirmək.
bax: viran qalmaq.
dağıtmaq, viran etmək, uçurmaq; ~ kor qoymaq, yurduna su calamaq (ələmək), daşı daş üstə qoymamaq, tozunu göyə sovurmaq
pisləşmək, pislikləri görünmək; ~ zayı çıxmaq.
yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq; ~ yola getmək.
xoşagəlməz vəziyyətlə nəticələnə biləcək bir iş görmək.
pis sonluqla nəticələnmək; ~ zayı çıxmaq, zibili çıxmaq.
təhlükəli vəziyyətə düşmək; ~ əngələ düşmək.
dolaşdırmaq, pislik etmək; ~ bəlaya salmaq, qanını üstünə salmaq.
unudulmaq; ~ üstünü ot basmaq.
unutmamaq; ~ yadda qalmaq.
unutmaq; ~ yaddan çıxmaq.
ruzisi azalmaq, evə alınan ruzinin bərəkəti olmamaq; ~ süfrəsinə haram əli dəymək.
səadət, xoşbəxtlik arzulamaq, uğurlar diləmək; ~ haqqını halal etmək, halallıq vermək.
özünə ziyan vurmaq, öz xeyrini bilməmək; ~ işıq gələn yerə barmaq tıxamaq.
mənfəət götürmək, faydalanmaq, xeyir eləmək; ~ xeyrini görmək.
bax: maraq güdmək.
toy, nişan, şənlik.
gözlənilməz təklifə, xəbərə, davranışa etiraz və təəccüb bildirən ifadə.
fayda görmək, ürəyincə olmaq; ~ işi düz gətirmək.
mənfəət qazandırmaq, fayda vermək.
xeyirdə-şərdə iştirak etmək, başqalarının dərdinə şərik olmaq, kiminsə köməyinə, hayına yetmək.
faydası olmaq, xeyri olmaq; ~ yaxşılığı dəymək.
bax: xeyir görmək.
yaxşı ilə pisi, zərərlə xeyiri ayırmamaq.
soruşmaq, bilmək istəmək.
heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək.
məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq.
məlumatlandırmaq, bildirmək, xəbərdar etmək, çatdırmaq; ~ qulağına çatdırmaq.
ölmək.
qüsurunu, nöqsanını bilib utanmaq; çox utanmaq, çox sıxılmaq, abır-həya etmək; ~ ət tökmək, bir köynək ət tökmək, tər tökmək, yerə girmək, ar gəlmək,
hər hansı yaxşı hərəkəti ilə utandırmaq.
bərk utanmaq; ~ diri-diri qəbrə girmək, bir köynək ət tökmək, üzünə baxa bilməmək.