Фразеологический словарь азербайджанского языка

  • ƏMƏK SƏRF ETMƏK

    zəhmət çəkmək, gücünü, qüvvəsini sərf etmək.

    Полностью »
  • ƏMƏLƏ GƏLMƏK

    1. Baş vermək, doğulmaq, törəmək, bitmək, yetişmək; ~ hasilə gəlmək, meydana gəlmək.  2. Kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək

    Полностью »
  • ƏMƏLƏ GƏTİRMƏK

    yerinə yetirmək, icra etmək, düzəltmək, vücuda gətirmək, təşkil etmək; ~ həyata keçirmək.

    Полностью »
  • ƏMƏLİ AYAĞINA ÇİDAR OLMAQ

    gördüyü hansısa xoşagəlməz işin cəzasını çəkmək, pis nəticəsini görmək.

    Полностью »
  • ƏMƏLİ AZMAQ

    həddini bilməmək; ~ yolunu azmaq, pis yola düşmək.

    Полностью »
  • ƏMƏLİ BAŞINI YEMƏK

    etdiyi səhvə və ya hansısa hərəkətinə görə həyatını itirmək, pis əməlinin qurbanı olmaq.

    Полностью »
  • ƏMƏYİ İTİK, DİZİ SIYRIQ OLMAQ

    bax: zəhməti hədər getmək.

    Полностью »
  • ƏMƏYİ İTMƏK

    bax: zəhməti hədər getmək.

    Полностью »
  • ƏMƏYİNİ İTİRMƏK

    bax: zəhmətini yerə vurmaq.

    Полностью »
  • ƏMƏYİNİ YERƏ VURMAQ

    bax: yerə vurmaq.

    Полностью »
  • ƏMMASI ÇIXMAQ

    nöqsanı üzə çıxmaq, əyər-əskiyi məlum olmaq.

    Полностью »
  • ƏMRDƏN ÇIXMAQ

    əmrə tabe olmamaq, göstərişə əməl etməmək.

    Полностью »
  • ƏMRİ AŞMAMAQ

    əhəmiyyət verilməmək; ~ sözü keçməmək, sözü yerə düşmək.

    Полностью »
  • ƏNCAM ÇƏKMƏK (QILMAQ)

    çətinlikdən qurtarmağın yollarını müəyyən etmək, sona çatdırmaq; birdəfəlik həll etmək, nizamlamaq, yerbəyer etmək; ~ yoluna qoymaq

    Полностью »
  • ƏNCİR YARPAĞI

    adətən, hansısa eyibi, əsl niyyəti gizlədən vasitə.

    Полностью »
  • ƏNDAZƏDƏN ÇIXMAQ

    norma və qaydalara riayət etməmək, onları pozmaq; ~ həddini aşmaq, ifrata varmaq, cızığını aşmaq.

    Полностью »
  • ƏNDAZƏYƏ DÜŞMƏK

    lazımi şəkil, forma almaq, qaydaya düşmək.

    Полностью »
  • ƏNDAZƏYƏ SALMAQ

    lazımi şəklə salmaq, qaydaya salmaq.

    Полностью »
  • ƏNDİŞƏYƏ DÜŞMƏK

    narahat olmaq, nigaran qalmaq, qorxmaq; ~ təşvişə düşmək.

    Полностью »
  • ƏNDİŞƏYƏ SALMAQ

    narahat etmək, nigaran qoymaq; ~ təşvişə salmaq.

    Полностью »
  • ƏNGƏ VERMƏK

    çox danışmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngi qızışmaq.

    Полностью »
  • ƏNGƏL ÇIXARMAQ

    bilərəkdən çətinlik yaratmaq, ləngitmək, maneə yaratmaq;~ arğac keçmək, pəl vurmaq (qatmaq).

    Полностью »
  • ƏNGƏL ÇIXMAQ

    arzuedilməz, gözlənilməz bir iş baş vermək; ~ qənbərqulu çıxmaq.

    Полностью »
  • ƏNGƏLƏ DÜŞMƏK

    çətin vəziyyətlə üzləşmək; ~ oyuna düşmək.

    Полностью »
  • ƏNGƏLƏ SALMAQ

    çətin vəziyyətə salmaq, işlərinə maneə yaratmaq, dolaşıqlıq yaratmaq; ~ tora salmaq.

    Полностью »
  • ƏNGİ QIZIŞMAQ

    çox danışmaq, söhbəti uzatmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngə vermək, əngini yormaq.

    Полностью »
  • ƏNGİNƏ ÇƏKMƏK

    çənəsinə vurmaq, döymək.

    Полностью »
  • ƏNGİNİ YORMAQ

    çox danışmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngi qızışmaq.

    Полностью »
  • ƏNGİNİN ALTINA SALMAQ

    bax: çənəsinin altına salmaq.

    Полностью »
  • ƏNZƏLİ YEMİŞİ

    sırtıq, yapışdığından əl çəkməyən, itmilçəyi.

    Полностью »
  • ƏPPƏK OLUB GÖYƏ ÇƏKİLMƏK

    bax: yağlı əppək olub göyə çıxmaq.

    Полностью »
  • ƏRİŞTƏ KƏSMƏK (DOĞRAMAQ)

    1. Bir işi görmək üçün gizli hazırlıq aparmaq; ~ saman altından su yeritmək.  2. Şirin-şirin danışaraq dilə tutmaq; ~ dilini işə salmaq

    Полностью »
  • ƏRİYİB ÇÖPƏ DÖNMƏK

    son dərəcə arıqlamaq, zəifləmək.

    Полностью »
  • ƏRKİ ÇATMAQ

    yaxın, doğma bildiyi adama öyüd-nəsihət vermək, hansısa hərəkətinə görə onu danlamağa haqqı olmaq.

    Полностью »
  • ƏRP BAĞLAMAQ

    köhnəlmək, işlənməmək, inkişafdan qalmaq.

    Полностью »
  • ƏRSƏYƏ ÇATDIRMAQ

    böyütmək, yetişdirmək; ~ boya-başa çatdırmaq.

    Полностью »
  • ƏRSƏYƏ ÇATMAQ (YETMƏK)

    böyümək, müstəqil həyat sürməyə başlamaq; ~ kamala çatmaq (yetmək).

    Полностью »
  • ƏRSƏYƏ GƏLMƏK

    hazırlanmaq, istehsal edilmək, sona çatdırılmaq.

    Полностью »
  • ƏRSƏYƏ GƏTİRMƏK

    hazırlamaq, istehsal etmək, sona çatdırmaq.

    Полностью »
  • ƏRSƏYƏ YETMƏK

    bax: ərsəyə çatmaq.

    Полностью »
  • ƏRŞƏ ÇƏKİLMƏK

    qeyb olmaq, yoxa çıxmaq; ~ ərşə çıxmaq.

    Полностью »
  • ƏRŞƏ ÇIXMAQ

    1. Ucalmaq, göylərə qalxmaq; çoxalmaq, artmaq; ~ ərşə dayanmaq (qalxmaq).  2. Yox olmaq; ~ yoxa çıxmaq, ərşə çəkilmək

    Полностью »
  • ƏRŞƏ DAYANMAQ (QALXMAQ)

    bax: ərşə çıxmaq.

    Полностью »
  • ƏSAS VERMƏK

    səbəb olmaq, hər hansı davranışa rəvac vermək.

    Полностью »
  • ƏSASINI QOYMAQ

    bünövrəsini, özülünü, təməlini qoymaq; təsis etmək, yaratmaq, banisi olmaq; ~ cığır açmaq.

    Полностью »
  • ƏSƏBLƏRƏ SU ÇİLƏMƏK

    sakitləşdirmək, gərginliyi aradan qaldırmaq.

    Полностью »
  • ƏSƏBLƏRİ İLƏ OYNAMAQ

    hirsləndirmək, əsəbiləşdirmək, əsəbiləşməsinə səbəb olmaq; ~ əsəblərinə toxunmaq.

    Полностью »
  • ƏSƏBLƏRİ TARIMA ÇƏKİLMƏK

    son dərəcə əsəbi və gərgin olmaq, hər şeydən tez hirslənmək, qıcıqlanmaq.

    Полностью »
  • ƏSƏBLƏRİNƏ TOXUNMAQ

    bax: əsəbləri ilə oynamaq.

    Полностью »
  • ƏSƏBLƏRİNİ KORLAMAQ

    əsəbiləşdirmək, qıcıqlandırmaq, hiddətləndirmək.

    Полностью »