Фразеологический словарь азербайджанского языка

  • ƏT BAĞLAMAQ

    1. Kökəlmək.  2. Yarası sağalmaq.

    Полностью »
  • ƏT BASMAQ

    çox kökəlmək, ətlənmək; ~ piy basmaq.

    Полностью »
  • ƏT TÖKMƏK

    1. Çox arıqlamaq, zəifləmək.  2. Utanmaq; ~ xəcalət çəkmək.

    Полностью »
  • ƏT-YAĞ İÇİNDƏ BÖYÜMƏK

    hər cəhətdən təmin olunmaq, korluq çəkməmək, pis gün görməmək, çətinlik çəkməmək.

    Полностью »
  • ƏTALƏT BASMAQ

    işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək.

    Полностью »
  • ƏTDƏN ÇƏPƏR ÇƏKMƏK

    yan-yana düzülərək yolu kəsmək, sədd yaratmaq; ~ ətdən sipər çəkmək.

    Полностью »
  • ƏTDƏN DÜŞMƏK

    arıqlamaq, zəifləmək.

    Полностью »
  • ƏTDƏN SİPƏR ÇƏKMƏK

    bax: ətdən çəpər çəkmək.

    Полностью »
  • ƏTƏ-CANA GƏLMƏK

    bax: ətə-qana dolmaq.

    Полностью »
  • ƏTƏ-QANA DOLMAQ

    kökəlmək, yaxşılaşmaq; ~ ətə-cana gəlmək, göbək bağlamaq, ətə-qana gəlmək.

    Полностью »
  • ƏTƏ-QANA GƏLMƏK

    bax: ətə-qana dolmaq.

    Полностью »
  • ƏTƏK ALTDAN

    xəlvəti, gizli.

    Полностью »
  • ƏTƏKDƏ DAŞ SAXLAMAQ

    davaya, döyüşə hazır olmaq, tədbirli olmaq.

    Полностью »
  • ƏTƏYİ BELİNDƏ OLMAQ

    işə, işləməyə hazır olmaq.

    Полностью »
  • ƏTƏYİ ƏLƏ VERMƏMƏK

    tutulmamaq; ~ yaxasını ələ verməmək, quyruq ələ verməmək.

    Полностью »
  • ƏTƏYİNDƏ NAMAZ QILMAQ

    saf, təmiz və dürüst insanlar haqqında işlədilən ifadə.

    Полностью »
  • ƏTƏYİNDƏN TUTMAQ

    bax: ətəyindən yapışmaq.

    Полностью »
  • ƏTƏYİNDƏN YAPIŞMAQ

    1. Yalvarmaq, kömək istəmək.  2. Günahkar hesab etmək.

    Полностью »
  • ƏTƏYİNƏ BAĞLAYIB SAXLAMAQ

    buraxmamaq, gözünün qabağından ayırmamaq.

    Полностью »
  • ƏTƏYİNƏ QOZ TÖKÜB BAŞINA QAPAZ VURMAQ

    özünü xeyirxah göstərib altdan-altdan pislik etmək; ~ ovcuna qoz töküb başına qapaz vurmaq, ətəyinə qoz töküb başını yarmaq

    Полностью »
  • ƏTƏYİNƏ QOZ TÖKÜB BAŞINI YARMAQ

    bax: ətəyinə qoz töküb başına qapaz vurmaq.

    Полностью »
  • ƏTƏYİNİ ƏLDƏN BURAXMAMAQ (QOYMAMAQ)

    işini həll etmək, istəyinə nail olmaq üçün kimdənsə əl çəkməmək, bezdirmək, usandırmaq.

    Полностью »
  • ƏTİ ÇİMÇİŞMƏK

    bax: əti ürpəşmək.

    Полностью »
  • ƏTİ TÖKÜLMƏK

    xoşagəlməz bir hərəkətdən, işdən, hadisədən xəcalət çəkmək, utanıb-qızarmaq.

    Полностью »
  • ƏTİ ÜRPƏŞMƏK

    iyrənmək, diksinmək; həyəcandan və s. səbəbdən tükləri biz-biz durmaq; ~ əti çimçişmək.

    Полностью »
  • ƏTİN TÖKÜLSÜN

    yerinə düşməyən söz və ya hərəkətlə bağlı işlədilən ifadə.

    Полностью »
  • ƏTİNİ AŞIQCA, QANINI QAŞIQCA ETMƏK

    çox əzab vermək, öldürmək.

    Полностью »
  • ƏTİNİ DİDMƏK (YEMƏK)

    çox əziyyət vermək, çox incitmək; ~ ətini kəsmək, ətini şişə çəkmək, şişə çəkmək.

    Полностью »
  • ƏTİNİ KƏSMƏK

    bax: ətini didmək (yemək).

    Полностью »
  • ƏTİNİ QİYMƏ ÇƏKMƏK

    cəzalandırmaq; ~ hədə-qorxu gəlmək.

    Полностью »
  • ƏTİNİ ŞİŞƏ ÇƏKMƏK

    bax: şişə çəkmək.

    Полностью »
  • ƏTLƏ DIRNAQ ARASINA GİRMƏK

    bax: dırnaqla ətin arasına girmək.

    Полностью »
  • ƏTLƏ DIRNAQ KİMİ

    yaxın dost, çox mehriban adamlar arasında münasibəti bildirən ifadə.

    Полностью »
  • ƏVƏZİNİ ÇIXMAQ

    bax: heyif çıxmaq.

    Полностью »
  • ƏYNİNƏ BİÇİLMƏK

    bax: boyuna biçilmək.

    Полностью »
  • ƏYRİ OTURAQ, DÜZ DANIŞAQ

    həqiqəti olduğu kimi söyləməyə başlayarkən işlədilən ifadə.

    Полностью »
  • ƏYRİ YOLA DÜŞMƏK

    bax: pis yola düşmək.

    Полностью »
  • ƏYRİ YOLA ƏL ATMAQ

    aldatmaq; ~ kələk gəlmək, doqquzluq gəlmək, hiyləyə əl atmaq, hiylə gəlmək (işlətmək), nömrə gəlmək, fənd işlətmək

    Полностью »
  • ƏYRİBOYUNU ARXADAN TANIMAQ

    adamları tanımaq, xasiyyətlərinə yaxşı bələd olmaq, insan sərrafı olmaq.

    Полностью »
  • ƏZAB ÇƏKMƏK

    sıxıntı içində olmaq; ~ əziyyət çəkmək.

    Полностью »
  • ƏZAB VERMƏK

    incitmək, zülm etmək.

    Полностью »
  • ƏZABA SALMAQ

    əzaba, əziyyətə düşməsinə səbəb olmaq.

    Полностью »
  • ƏZƏLƏ NÜMAYİŞ ETDİRMƏK

    təzyiq göstərmək, qorxutmaq üçün öz gücünü göstərmək.

    Полностью »
  • ƏZİB SUYUNU ÇIXARTMAQ

    bərk sıxışdırmaq, incitmək, istismar etmək.

    Полностью »
  • ƏZİYYƏT ÇƏKMƏK

    çox işləmək, gücünü, qüvvəsini, vaxtını bir işə sərf etmək; sıxıntı içində olmaq; ~ zəhmət çəkmək, əziyyətə qatlaşmaq, əzab çəkmək

    Полностью »
  • ƏZİYYƏT VERMƏK

    incitmək, narahat etmək; ~ nəfəsini kəsmək, kələyini kəsmək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, müsibət çəkdirmək

    Полностью »
  • ƏZİYYƏTƏ QATLAŞMAQ

    məqsədə çatmaq üçün ağır zəhmətdən çəkinməmək; ~ əziyyət çəkmək, zəhmət çəkmək.

    Полностью »
  • ƏZİYYƏTƏ SALMAQ

    narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq.

    Полностью »
  • ƏZİYYƏTİ BOŞA GETMƏK

    bax: zəhməti hədər getmək.

    Полностью »
  • ƏZİZ TUTMAQ

    çox istəmək, qayğı, hörmət və ehtiram bəsləmək; ~ göz üstə saxlamaq, ikiəlli tutmaq.

    Полностью »