is. Sənəti mebel və s. pardaqlamaqdan ibarət olan, pardaqlama işi ilə məşğul olan; cilalayıcı, pardaqlayıcı (adam)
“Pardaqlamaq”dan f.is
f. 1. Üstünü bir şeylə sürtərək parıldatmaq, hamarladıb işıldatmaq; cilalamaq. 2. Tütün yarpaqlarını ipə düzüb asmaq
“Pardaqlanmaq”dan f.is
1. “Pardaqlamaq”dan məch. Stollar pardaqlandı. Dəri pardaqlandı. 2. qayıd. Qəşəngləşmək, gözəlləşmək, təravətlənmək, çiçək kimi açılmaq
bax pardaqlı. Sən hələ bilmirdin sevgi xoş gülüş; Sevgi pardaqlanmış əyin-baş deyil. S.Tahir
“Pardaqlatmaq”dan f.is
icb. Pardaqlama işi gördürmək, işıldatmaq, parıldatmaq, parıltı verdirmək, cilalatmaq. Mebeli ustaya pardaqlatmaq
1. sif. Pardaqlama işi görən; pardaqlayan, cilalayıcı. Pardaqlayıcı dəzgah. 2. bax pardaqçı
sif. Üzərinə pardaq verilmiş; pardaqlanmış, cilalanmış, işıldadılmış. Pardaqlı dəri
is. [yun.] 1. Dini-əxlaqi hekayə // Hədis. 2. Kinayə, rəmz. 3. İdiomlar
is. [yun.] Natamam iflic, bədənin müəyyən vəzifə daşıyan hissəsinin zəifləməsi. Parez olmaq
is. [fars.] zool. Üzərində qırmızı, sarı və ya ağ xallar olan böcək; xanımböcəyi
parıl-parıl parlamaq – bax par-par parıldamaq (“par-par”da). Hanı parıl-parıl parlayan gözlər? S.Rüstəm
“Parıldadılmaq”dan f.is
“Parıldamaq”dan məch
“Parıldamaq”dan f.is. Günün parıldamasına baxmayaraq, maşınla pambıq yığmaq mümkün deyildi. Ə.Vəliyev
f. Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar
“Parıldaşmaq”dan f.is
qarş. 1. Bərq vurmaq, parıltı vermək (çox şey haqqında); parlaşmaq. Pəncərələrdən içəri işıq dolur, teleqraf telləri, dəmir taxtapuşlar parıldaşırdı
“Parıldatmaq”dan f.is
f. Bir şeyi silməklə, yaxud üzərinə bir şey sürtməklə, çəkməklə ona parıltı vermək; işıldatmaq. Taxtanı pardaqlayıb parıldatmaq
is. Qığılcım kimi saçan gözqamaşdırıcı işıq. Qaranlıq otaqda poqonların parıltısından özünü itirən, … tüfəng-tapançalı Ələmdardan çəkinən Alagöz udqun
sif. Parıltısı olan, parıldayan, bərq vuran. Dağ gülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə doldu
[fr.] Parçaya tikilmiş süni taxma saç. Parik qoymaq. Teatr pariki. – Parikin ən xırda təfərrüatında da zahiri bənzəyişə xüsusi fikir verilmişdi
sif. Başına parik qoymuş, başında parik olan
is. [lat.] Bərabərlik, bərabər vəziyyət
[ing.] 1. Xiyabanları, çiçəklikləri, nohurları və s. olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı
[fr.] 1. Hər hansı bir həndəsi şəkil formasında döşəmə salmaq üçün işlədilən kiçik hamar taxta parçaları
is. Parket ustası, parket düzən fəhlə. Parketçilər briqadası
“Parladılmaq”dan f.is
bax parıldadılmaq
sif. 1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı. Parlaq günəş. – Atabala … parlaq şimal ulduzuna doğru yol aldılar
is. Parlaq şeyin hal və keyfiyyəti. Lakın parlaqlığı. Şüşənin parlaqlığı. – Gülşən belə hesab edirdi ki, göy üzündəki ulduzlara parlaqlıq verən, onlar
“Parlamaq”dan f.is
1. bax parıldamaq. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı. Çəmənzəminli. Ulduzlar da parlayır bir cüt qara gözüntək… M
bax parlament. O, bir gün parlaman önündə durmuş; Kimsəsizlər kimi boynunu burmuş; Baxırdı qayəsiz bir izdihama
[fr.] Bütünlüklə və ya qismən seçilmiş nümayəndələrdən təşkil olunmuş ali qanunverici məclis. Parlament binası
[fr.] Başda parlament olan dövlət idarə sistemi
sif. Parlamentarizmə əsaslanan. Parlamentli respublika
“Parlatmaq”dan f.is
bax parıldatmaq. Ey div addımlarilə yüksələn diyar; Fikrini xalqımın zövqilə parlat! M.Müşfiq
sif. Parlaq, parlayan, parıldayan
is. Parlama, parıldama, işartı, işıq. Eldən qanad aldım, şimşəkdən sürət; Günəşdən parlayış, mühitdən qüvvət
[rus.] Şitil, gül, tezyetişən tərəvəz, göyərti yetişdirmək üçün üstü şüşə salınmış çərçivələrlə örtülü ləklərdən ibarət oranjereya növü; şitillik
[yun.] Satirik ədəbiyyatın növlərindən biri; hər hansı ədəbi cərəyanı, janrı, məşhur yazıçını, yaxud əsəri məsxərəyə qoymaq məqsədilə yazılan əsər
[rus.] Buxar mühərriki ilə hərəkətə gətirilən gəmi
is. köhn. Paroxod sahibi
[fr. parole – söz] Hərbi xidmət və ya gizli təşkilatlarda öz adamlarını tanımaq üçün işlədilən məxfi, şərti söz və ya ifadə
[rus.] Dəmir yolunda qatarları çəkib aparmaq üçün buxar mühərrikli lokomotiv. Parovoz deposu. Parovoz tüstüsü