Azərbaycan dilinin izahlı lüğəti

  • ÖLGÜNLÜK

    is. 1. Ölgün şeyin halı. 2. məc. Fəaliyyətsizlik, durğunluq, həyat əsərinin olmadığı hal. Şəhərin ölgünlüyünə baxmayaraq, yalnız bu zavod canlıdır

    Tam oxu »
  • ÖLKƏ

    is. 1. Məmləkət, diyar; yer, ərazi. İsti ölkələr. Mərkəzi Afrikadakı ölkələr. Ölkə bütün dağlıqdır. – Var isticə ölkələr; Qışda bizə xoş gələr

    Tam oxu »
  • ÖLKƏDAŞ

    is. Bir ölkənin vətəndaşı olan adamlardan hər biri

    Tam oxu »
  • ÖLKƏŞÜNAS

    is. Ölkəşünaslıq mütəxəssisi. Ölkəşünasların qurultayı

    Tam oxu »
  • ÖLKƏŞÜNASLIQ

    is. Hər hansı bir ölkənin və ya onun müəyyən yerinin, rayonunun təbiəti, tarixi, iqtisadiyyatı və s. haqqındakı biliklərin məcmusu

    Tam oxu »
  • ÖLMƏ

    “Ölmək”dən f.is

    Tam oxu »
  • ÖLMƏ-DİRİL

    zərf dan. Zorla-güclə, gücbəla ilə, əziyyətlə, zillətlə, çətinliklə. Ölmədiril yaşamaq. – Payızı və qışı ölmə-diril başa vurmuş kəndlilər yazın gəlməs

    Tam oxu »
  • ÖLMƏK

    f. 1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. …Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə

    Tam oxu »
  • ÖLMƏLİ

    sif. dan. Ölməsi lazım olan; yaşamağa layiq olmayan, cəmiyyət üçün heç bir faydası olmayan. Mən hamayıl deyiləm; Ağlı zayıl deyiləm; Qoy ölsün ölməlil

    Tam oxu »
  • ÖLMƏZ

    sif. 1. Həmişə yaşayan, heç bir vaxt ölməyən, yox olmayan; əbədi, həmişəlik. Xalq ölməzdir. – [Rizvan:] Ürəyimdə ölməz bir məhəbbət ilə ölümə gedirəm

    Tam oxu »
  • ÖLMƏZLİK

    is. Heç bir zaman ölməyib yaşama; ölümsüzlük, əbədilik. …Xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi

    Tam oxu »
  • ÖLMÜŞ

    f.sif. 1. Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi

    Tam oxu »
  • ÖLÜ

    1. sif. Ölmüş, həyatı tərk etmiş, cansız (diri ziddi). // is. Ölmüş adam, meyit, cənazə. Ölülər və dirilər

    Tam oxu »
  • ÖLÜB-DİRİLMƏ

    “Ölüb-dirilmək”dən f.is

    Tam oxu »
  • ÖLÜB-DİRİLMƏK

    f. Bir işi görüncə çox əziyyət çəkmək, həddən artıq əzab və məşəqqət çəkməli olmaq, yaxud təhlükə keçirmək

    Tam oxu »
  • ÖLÜB-İTƏN

    sif. və is. Ölən, məhv olan, aradan çıxan, sıradan çıxan. Hamısı sağ-salamatdır, ölüb-itən yoxdur. – Körpə quzuların, xırda beçənin; Yoxdur ki, son za

    Tam oxu »
  • ÖLÜB-ÖLDÜRMƏ

    “Ölüb-öldürmək”dən f.is

    Tam oxu »
  • ÖLÜB-ÖLDÜRMƏK

    f. Bir-birini öldürməyə qalxışmaq, bir-birini öldürmək, vuruşmaq, qanlıbıçağa çıxmaq. Olmadılar razı onu bölməyə; Çıxdı iş axır ölüb-öldürməyə

    Tam oxu »
  • ÖLÜXANA

    is. Xəstəxanalarda və s.-də meyitlərin saxlandığı yer, bina; morq

    Tam oxu »
  • ÖLÜKSÜNMƏ

    “Ölüksünmək”dən f.is

    Tam oxu »
  • ÖLÜKSÜNMƏK

    bax ölüşkəmək

    Tam oxu »
  • ÖLÜM

    is. 1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayan

    Tam oxu »
  • ÖLÜM-DİRİM

    ölüm-dirim məsələsi – çox vacib, son dərəcə mühüm, təxirəsalınmaz məsələ. [Əsgər:] Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır

    Tam oxu »
  • ÖLÜM-İTİM

    is. Ölüm, fani, yoxluq. [Hacı Murad:] Dünya ölüm-itimdir… S.S.Axundov. Badə qaldır, eşq adına içək gəl; Ömür gödək, dünya ölüm-itimdir

    Tam oxu »
  • ÖLÜM-ZÜLÜM

    zərf Çox çətinliklə, gücbəla ilə. Ölüm-zülüm işi qurtarmaq. – [Yolçular] ölüm-zülüm kəndin içindən çıxıb, gecə yarısı Usta şəyirdi dediyimiz yerə çata

    Tam oxu »
  • ÖLÜMCÜL

    sif. 1. Ölümlə nəticələnə bilən, ya nəticələnən, ölümə səbəb olan. Ölümcül yara. – [Mirzə Cəmil:] [Qönçənin] anası ölümcül naxoşdur, yanında qalıb keş

    Tam oxu »
  • ÖLÜMCÜLLÜK

    is. Ölümcül vəziyyətdə olan adamın, ya heyvanın halı

    Tam oxu »
  • ÖLÜMQABAĞI

    sif. və zərf Ölümdən bir az əvvəl, ölməyinə az qalmış. Ölümqabağı vəsiyyət

    Tam oxu »
  • ÖLÜMSÜZLÜK

    bax əbədiyyət. Bizdə, bilən bilir, bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün. M.Müşfiq

    Tam oxu »
  • ÖLÜNCƏ

    zərf 1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək. – [Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam

    Tam oxu »
  • ÖLÜŞ

    is. Ölüm. Xəstə olsam, Əsli gəlməz üstümə; Qərib-qərib ölüşümə nə dersiz? “Əsli və Kərəm”

    Tam oxu »
  • ÖLÜŞKƏMƏ

    “Ölüşkəmək”dən f.is

    Tam oxu »
  • ÖLÜŞKƏMƏK

    f. Solmaq, saralmaq, solub-saralmaq, büzüşmək. Kirpikləri birbirinə qarışıb, bütün vücudu ölüşkəmiş və əndamı quru alma kimi büzüşmüşdü

    Tam oxu »
  • ÖLÜVAY

    sif. Əlindən iş gəlməyən; atil, bacarıqsız, aciz, key. [Pərini indi Teyyibə] ölüvay hesab eləyir, üstünə ayaq alırdı

    Tam oxu »
  • ÖLÜVAYLIQ

    is. Ölüvay adamın halı; bacarıqsızlıq, acizlik, keylik, atillik

    Tam oxu »
  • ÖLÜYUYAN

    is. Müsəlmanlarda: meyit yumaqla məşğul olan adam; mürdəşir

    Tam oxu »
  • ÖMÜR

    is. [ər.] 1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır

    Tam oxu »
  • ÖMÜRBİLLAH

    zərf [ər.] 1. İndiyə qədər, heç bir vaxt. Ömürbillah belə şey olmayıb. 2. Bütün ömrü boyu; həmişə, həmişəlik, daimi

    Tam oxu »
  • ÖMÜRLÜ

    sif. Uzun ömür sürən, ya sürmüş. Ömürlü adam

    Tam oxu »
  • ÖMÜRLÜK

    sif. Ömrünün axırına qədər davam edən, qüvvədə olan; həmişəlik. Ömürlük təqaüd. Ömürlük pasport. Ömürlük həbs cəzası

    Tam oxu »
  • ÖMÜRSÜZ

    sif. Ömrü az olan, az yaşayan, ömrü uzun sürməyən. Ömürsüz ömürdən çox asılıyam; Gərəkdir söz deyəm, söz yastılayam

    Tam oxu »
  • ÖMÜRSÜZLÜK

    is. Ömrün az olması, az yaşama, az ömür sürmə

    Tam oxu »
  • ÖN

    1. bax qabaq2 3, 4 və 6-cı mənalarda. Ön tərəf. Ön divar. Ön sıra. 2. is. Üzə tərəf olan cəhət; qabaq

    Tam oxu »
  • ÖNCƏ

    zərf 1. Qabaqca, əvvəlcə, birinci olaraq. Öncə ona söz verdilər. – [2-ci kor:] Nə öncə öylə səadət, nə böylə zillət olaydı

    Tam oxu »
  • ÖNCƏDƏN

    zərf Qabaqcadan, irəlicədən, əvvəlcədən, öncə. [Sirat] işin … bitib-bitməyəcəyini öncədən bilmək istəyirdi

    Tam oxu »
  • ÖNCÜL

    is. və sif. 1. Qabaqcıl. …Qəhrəman istəyir balaca Sabir … öncül adamlardan olsun. S.Rəhimov. Lakin Qüdrət heç şübhə etmirdi ki, Aslanov yoldaş onun ad

    Tam oxu »
  • ÖNCÜLLÜK

    is. Qabaqcıllıq

    Tam oxu »
  • ÖNÇÜ

    dan. bax öncül 1-ci mənada. Önçü qız

    Tam oxu »
  • ÖNÇÜLÜK

    dan. bax öncüllük

    Tam oxu »
  • ÖNDƏR

    is. Rəhbər, başçı. Mənim öz ulduzumu bağrına basmış hilalım; Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”

    Tam oxu »