Azərbaycan dilinin izahlı lüğəti

  • BEŞİLLİK

    1. sif. Beş il sürən, beş il müddətli, beş il davam edən. Beşillik məktəb. Beşillik xidmət. // Beş il müddətinə tərtib edilmiş, beş ili nəzərdə tutan

    Tam oxu »
  • BEŞİNCİ

    “Beş”dən sıra s. Beşinci sinif. Beşinci adam. Beşinci cərgə

    Tam oxu »
  • BEŞKÜNC

    bax beşguşə(li)

    Tam oxu »
  • BEŞKÜNCLÜ

    bax beşguşə(li)

    Tam oxu »
  • BEŞQAT

    sif. 1. Beşmərtəbə(li). Beşqat ev. 2. Bir-biri üzərində beş lay olan. Beşqat xəmir

    Tam oxu »
  • BEŞQATLI

    sif. 1. Beşmərtəbə(li). Beşqat ev. 2. Bir-biri üzərində beş lay olan. Beşqat xəmir

    Tam oxu »
  • BEŞQƏPİKLİK

    sif. Beş qəpiyə dəyən, beş qəpik qiymətində olan. Beşqəpiklik marka. // is. Birşahılıq metal pul

    Tam oxu »
  • BEŞQRAMLIQ

    is. Beş qram ağırlığında olan. Beşqramlıq daş

    Tam oxu »
  • BEŞLƏÇƏKLİ

    sif. 1. bot. Beş ləçəyi, beş yarpağı olan (bitki). 2. Beş parçadan ibarət olan

    Tam oxu »
  • BEŞLİK

    1. is. Beş manatlıq pul. Rəsul qarının ovcuna bir qızıl beşlik basıb yola saldı. “Aşıq Qərib”. Aslan hər iki beşliyi götürüb bükdü və Qulam dayının ey

    Tam oxu »
  • BEŞMANATLIQ

    1. is. Beş manat qiymətində olan kağız pul; beşlik. Beşmanatlığı xırdalamaq. 2. sif. Beş manata dəyən, beş manat qiymətində olan

    Tam oxu »
  • BEŞMƏRTƏBƏ

    sif. Beş mərtəbəsi olan; beşqat. Beşmərtəbə(li) ev

    Tam oxu »
  • BEŞMƏRTƏBƏLİ

    sif. Beş mərtəbəsi olan; beşqat. Beşmərtəbə(li) ev

    Tam oxu »
  • BEŞMİNLİK

    sif. Sayı beş min olan, beş min nəfərdən ibarət olan. Beşminlik qoşun

    Tam oxu »
  • BEŞOTAQLI

    sif. Beş otağı olan, beş otaqdan ibarət olan. Beşotaqlı mənzil

    Tam oxu »
  • BEŞSİNİFLİ

    sif. Beş sinifdən ibarət olan. Beşsinifli məktəb

    Tam oxu »
  • BEŞTONLUQ

    sif. Beş ton yük və s. tutan. Beştonluq avtomobil. // Beş ton ağırlığında olan. Beştonluq yük

    Tam oxu »
  • BEŞULDUZ

    sif. Üzərində beş ulduz şəkli olan. Beşulduzlu konyak, beşulduzlu hotel

    Tam oxu »
  • BEŞULDUZLU

    sif. Üzərində beş ulduz şəkli olan. Beşulduzlu konyak, beşulduzlu hotel

    Tam oxu »
  • BEŞVERSTLİK

    sif. köhn. Düyümü beş verst hesabı ilə hesablanmış. Beşverstlik xəritə

    Tam oxu »
  • BEŞYARPAQLI

    sif. bot. Beş yarpağı olan, beş yarpaqdan ibarət olan

    Tam oxu »
  • BEŞYAŞAR

    sif. Beş yaşı olan. Beşyaşar heyvan

    Tam oxu »
  • BEŞYAŞLI

    sif. Beş yaşı olan. Beşyaşlı uşaq

    Tam oxu »
  • BEŞYERLİ

    sif. Beşadamlıq yeri olan. Beşyerli loja. Beşyerli avtomobil

    Tam oxu »
  • BEŞYÜZLÜK

    sif. Beş yüz manata dəyən, qiyməti beş yüz manat olan

    Tam oxu »
  • BETA

    Yunan əlifbasının ikinci hərfinin adı. ◊ Beta şüalar fiz. – radioaktiv maddələrin buraxdığı elektronlardan, ya pozitronlardan ibarət şüa növlərindən b

    Tam oxu »
  • BETƏR

    sif. və zərf [fars.] 1. Daha pis, daha yaman, daha bərbad, lap pis. Xəstənin halı dünənkindən betərdir

    Tam oxu »
  • BETƏRLƏŞMƏ

    “Betərləşmək”dən f.is

    Tam oxu »
  • BETƏRLƏŞMƏK

    f. dan. Daha pis olmaq, daha da pisləşmək, daha da xarablaşmaq, daha bərbad olmaq, daha da pozğunlaşmaq

    Tam oxu »
  • BETÓN

    [fr.] 1. Çınqıl, xırda çaydaşı, qum və sement məhlulu və s. qatışığından ibarət tikinti materialı. [Müəllim:] Buranın bəndi betondan deyil, sadəcə tor

    Tam oxu »
  • BETONÇU

    is. xüs. Beton hazırlayan, beton işləri mütəxəssisi olan fəhlə

    Tam oxu »
  • BETONÇULUQ

    is. Betonçunun işi, sənəti, ixtisası; beton işləri

    Tam oxu »
  • BETONQARIŞDIRAN

    is. xüs. Beton hazırlayan maşın (cihaz)

    Tam oxu »
  • BETONLAMA

    “Betonlamaq”dan f.is

    Tam oxu »
  • BETONLAMAQ

    f. Betona tutmaq, betonla bərkitmək, üzərinə beton döşəmək

    Tam oxu »
  • BETONLANMA

    “Betonlanmaq”dan f.is

    Tam oxu »
  • BETONLANMAQ

    məch. Betona tutulmaq, betonla bərkidilmək, beton döşənmək. Sahil betonlanmışdır

    Tam oxu »
  • BETONLANMIŞ

    f.sif. Betonla bərkidilmiş

    Tam oxu »
  • BETONLATMAQ

    “Betonlamaq”dan icb

    Tam oxu »
  • BETONLU

    sif. Betona tutulmuş, betonla bərkidilmiş, betonla örtülmüş. Betonlu sədd. Betonlu divar

    Tam oxu »
  • BEY

    is. [ər.] Ərəb əlifbasında (b) hərfinin adı. Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir. M.Ə.Sabir

    Tam oxu »
  • BEYƏT

    is. [ər.] köhn. Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma. Aşinalar ixtilatında sədaqət görmədim; Beyətü iqrarü imanü dəyanət görmədim

    Tam oxu »
  • BEYİN

    is. 1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalını dolduran maddə

    Tam oxu »
  • BEYİNCİK

    is. anat. Beynin, kəllənin dal hissəsində, böyük beynin alt tərəfində yerləşən hissəsi

    Tam oxu »
  • BEYİNƏZİCİ

    sif. Başı ağrıdan, beyinə əziyyət verən, incidən; ağır, boğucu. Bir tərəfdən içinə dolmuş bu qədər adamın ağır nəfəsi, bir tərəfdən alaçıq keçələrinin

    Tam oxu »
  • BEYİNLİ

    sif. 1. Beyini olan. 2. məc. Ağıllı, zəkalı, dərrakəli, düşüncəli

    Tam oxu »
  • BEYİNSİZ

    sif. 1. Beyini olmayan. 2. məc. Ağılsız, axmaq, gic. Xalqın evini yıxdı, çıxıb bir neçə bədzat; Ax, ax, a beyinsiz! M

    Tam oxu »
  • BEYİNSİZLİK

    is. 1. Beyini olmama. 2. məc. Ağılsızlıq, axmaqlıq, giclik, anlamazlıq

    Tam oxu »
  • BEYNƏLXALQ

    sif. [ər.] 1. Xarici siyasətə, xalqlar, ölkələr arasındakı əlaqə və münasibətə aid olan. Beynəlxalq siyasət

    Tam oxu »
  • BEYNƏLMİLƏL

    is. [ər.] Sif. mənasında. Millətlər arasında olan, bütün xalqlar tərəfindən qəbul edilmiş; beynəlxalq

    Tam oxu »