Azərbaycan dilinin izahlı lüğəti

  • EPİQRÁFİKA

    [yun.] Epiqraflar haqqında elm

    Tam oxu »
  • EPİQRÁM

    [yun. epigramma – yazı] 1. Qədim yunanlarda: abidələr, binalar, hədiyyələr və s. üzərində yazılan yadigarlıq yazı

    Tam oxu »
  • EPİLÉPSİYA

    [yun. epilepsia – özündən getmə] tib. Vaxtaşırı və qəflətən bərk qıcolma və özündəngetmə şəklində cərəyan edən xroniki sinir xəstəliyi

    Tam oxu »
  • EPİLÉPTİK

    [yun.] Epileptik xəstəliyi olan adam. Epileptiklərin xasiyyəti get-gedə dəyişir. – O, “uşaqları gözləyin, uşaqları gözləyin”, – deyə-deyə epileptik ad

    Tam oxu »
  • EPİLÓQ

    [yun.] Ədəbi əsərin son hissəsi. // Operada son pərdə. Opera təntənəli epiloqla bitir. // Son, nəticə, xatimə

    Tam oxu »
  • EPİSÉNTR

    [yun. epi – üstündə, yanında və lat. sentr – mərkəz] Zəlzələ mərkəzi; Yer səthinin bilavasitə zəlzələ mənbəyi üzərində olan sahəsi

    Tam oxu »
  • EPİSTOLYÁR

    sif. [lat.] ədəb. 1. Məktub şəklində yazılmış. Epistolyar roman. 2. Bir yazıçının, şairin məktublar məcmusu

    Tam oxu »
  • EPİ́TET

    [yun.] ədəb. Məcazın növlərindən biri olub, bir sözü qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz (məs

    Tam oxu »
  • EPİZOD

    [yun. epeisodion – əlavə] 1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə,

    Tam oxu »
  • EPİZODİ́K

    sif. [yun.] 1. Sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Epizodik kömək. İşin gedişinin epizodik yoxlanması

    Tam oxu »
  • EPİZODİKLİK

    is. Epizodik xasiyyət daşıma. Romanda hadisələrin epizodikliyi. Tamaşada rolun epizodikliyi

    Tam oxu »
  • EPOLÉT

    [fr.] Fərqlənmə nişanları olan, qızıl və ya gümüş bafta, saçaq və s. ilə bəzədilmiş, bir tərəfi girdə, xüsusi formalı paqon; 1917-ci ilədək Rusiyada z

    Tam oxu »
  • EPOLETLİ

    sif. Çiyinlərində epolet olan. Epoletli zabit şineli

    Tam oxu »
  • EPÓNJ

    [fr.] Xüsusi formada eşilmiş saplardan diş-diş parça növü. Eponj … fasonlu saplardan toxunduğu üçün çox bəzəkli toxunma hesab olunur

    Tam oxu »
  • ÉPOS

    [yun.] Rəvayət səciyyəvi ədəbiyyat, dastan. Koroğlu eposu. Qəhrəmanlıq eposu. // Qəhrəmannamələr, dastanlar və s

    Tam oxu »
  • ER

    “R” hərfinin adı

    Tam oxu »
  • ER-GEC

    zərf Tez-gec. [Ağsaçlı qadın Səyavuşa:] Quzum! Er-gec parlar adın cahanda; Diz çökərlər sana qarşı hər yanda

    Tam oxu »
  • ERA

    [lat.] 1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix)

    Tam oxu »
  • ERİŞMƏK

    bax ermək. [Rəsul:] Cümə axşamında, cümə günündə; Ərənlər erişdi nəzərgah mənim. “Aşıq Qərib”. Ahü zar kəsibdir səbrü qərarım; Erişir fələyə naləvü za

    Tam oxu »
  • ERİTROSİTLƏR

    cəm [yun. erythros – qırmızı və kytos – hüceyrə] fiziol. Qırmızı qan cisimcikləri

    Tam oxu »
  • ÉRKER

    [alm.] arxit. Binanın daxilini genişləndirən və bir neçə mərtəbədən keçən divarında pəncərələri olan yarımdairə və ya tin-tin şəklində çıxıntı

    Tam oxu »
  • ERKƏC

    is. Erkək keçi, təkə. Sürünün qabağında uzunqəzilli, dik burmabuynuzlu, ala erkəc başını yerə əyir(di)

    Tam oxu »
  • ERKƏK

    sif. 1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. – Aslanın erkəyi, dişisi olmaz. (Ata. sözü). Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı er

    Tam oxu »
  • ERKƏKCƏ

    sif. və zərf Kişi kimi, mərdcəsinə, cəsuranə. [1-ci mürəttib:] …Yalnız erkəkcə mətanət lazım… Yoxsa, həşərat kimi üzü üstə süründükcə əsla ağ gün görm

    Tam oxu »
  • ERKƏKCİK

    is. bot. Bitki çiçəklərinin erkək döllüyünün adı. Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində həm erkəkciklər, həm də dişiciklər olur

    Tam oxu »
  • ERKƏKLƏMƏK

    f. məh. 1. Həddi-büluğa çataraq səsi yoğunlaşmaq, qabalaşmaq (oğlan uşağı haqqında). 2. məh. Vaxtında dərilmədiyindən ötmək, kobudlaşmaq, bərk olmaq (

    Tam oxu »
  • ERKƏKLƏNMƏ

    “Erkəklənmək”dən f.is

    Tam oxu »
  • ERKƏKLƏNMƏK

    1. bax erkəkləşmək. 2. Kişilənmək, yekələnmək

    Tam oxu »
  • ERKƏKLƏŞMƏ

    “Erkəkləşmək”dən f.is

    Tam oxu »
  • ERKƏKLƏŞMƏK

    f. 1. Kişi xasiyyəti almaq, kişi kimi olmaq (qadın haqqında). 2. məc. dan. Kobudlaşmaq, qabalaşmaq

    Tam oxu »
  • ERKƏKLİK

    is. 1. Erkək insan və ya heyvanın hal və sifəti. 2. Yaşa dolma, həddi-büluğa çatma, yetkinlik. 3. dan

    Tam oxu »
  • ERKƏN

    zərf. 1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq. – Qara … hər səhər erkən evə gəlib qarıya baş çəkərdi

    Tam oxu »
  • ERQ

    [yun.] fiz. İş və enerji ölçüsü vahidi. Erq bir dina qüvvənin (hərəkət istiqamətində) bir sm məsafədə gördüyü işdir

    Tam oxu »
  • ERMƏK

    f. 1. Çatmaq, yetişmək, vasil olmaq. Mənzilə ermək. – Qurbani der: vüsalına ermədim. Qurbani. 2. Nail olmaq, əldə etmək, yetmək, çatmaq

    Tam oxu »
  • ERMƏNİ

    is. Ermənistan Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Ermənilər hind-Avropa mənşəli xalqdır, amma onların dili türk

    Tam oxu »
  • ERMƏNİCƏ

    sif. və zərf. Erməni dilində. Ermənicə kitab. Ermənicə danışmaq. – Biri rusca, o biri ermənicə, bir başqası da ukraynaca oxudu

    Tam oxu »
  • EROTİ́K

    sif. [yun.] Erotikaya aid, erotika ilə dolu; şəhvani hisslər ifadə edən. Erotik şeir. – …Azərbaycan şairləri arasında əsərlərinin çoxu erotik məzmun d

    Tam oxu »
  • ERÓTİKA

    [yun.] Eşq və şəhvani hissləri ifadə və təsirə qarşı meyil, maraq

    Tam oxu »
  • EROTİ́ZM

    [yun.] kit. Eşq və şəhvani məsələlərə həddindən artıq meyil, maraq. …Saraydan və yüksək vəzifəli şəxslərin diqqətindən uzaqda olan şairlər isə öz əsər

    Tam oxu »
  • ERÓZİYA

    [lat.] 1. geol. Torpağın, Yer qabığının axar sular, buz və ya külək təsiri ilə dağılması prosesi. Axar suların yuyucu fəaliyyətinə geologiya elmində e

    Tam oxu »
  • ERTƏ

    zərf 1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək. – Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkar

    Tam oxu »
  • ERTƏDƏN

    zərf. Tezdən, sübhdən, erkən. Ertədən işini görüb qurtarmaq. – Nəbi ertədən öz səngərini möhkəmlətmişdi

    Tam oxu »
  • ERTƏLƏMƏK

    f. 1. Ertə günə qoymaq. 2. Başqa zamana buraxmaq

    Tam oxu »
  • ERTƏSİ

    zərf. Bir günün, həftənin, ayın, ilin ardınca gələn gün, həftə, ay, il. Bayramın ertəsi yola düşdülər

    Tam oxu »
  • ESÉR

    [“sosialist-revolyusioner” sözlərinin ixtisar edilmiş baş hərflərinin adından] tar. siyasi. bax sosialist-revolyusioner

    Tam oxu »
  • ESÉS

    [alm. SS (mühafizə dəstəsi) ixtisarı] Alman-faşist mühafizə dəstələri və ya faşist-alman ordusunun xüsusi hissələri

    Tam oxu »
  • ESESÇİ

    is. Eses dəstələrində və ya hissələrində xidmət edən adam

    Tam oxu »
  • ESKÁDRA

    [fr.] Hərbi dəniz, ya hava flotu gəmilərinin böyük birləşməsi

    Tam oxu »
  • ESKADRİ́LYA

    [fr.] Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya. Bombardmançı eskadrilya

    Tam oxu »
  • ESKADRÓN

    [fr.] Piyada qoşundakı rotaya bərabər süvari qoşun hissəsi. Buna görə də onu Seyidhəmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi

    Tam oxu »