Толковый словарь азербайджанского языка

  • EY₁

    nida. Müraciət, çağırış üçün işlənir. Ey oğul! Ey dost! Ey mənim əziz qardaşlarım! – Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!… C

    Полностью »
  • EY₂

    bax eyi. Ey Füzuli, odlara yansın büsati-səltənət; Eydir ondan həq bilir bir guşeyi-gülxan mənə. Füzuli

    Полностью »
  • EY-HAY

    bax ay-hay. O dedi: – Ey-hay, hara gedirəm, mənim qardaşım bura gəlib. (Nağıl)

    Полностью »
  • EYBƏCƏR

    sif. 1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq. – Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi

    Полностью »
  • EYBƏCƏRCƏSİNƏ

    zərf Eybəcər hala salacaq dərəcədə. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum eybəcərcəsinə gendir

    Полностью »
  • EYBƏCƏRLƏNMƏ

    “Eybəcərlənmək”dən f.is

    Полностью »
  • EYBƏCƏRLƏNMƏK

    bax eybəcərləşmək

    Полностью »
  • EYBƏCƏRLƏŞDİRİLMƏ

    “Eybəcərləşdirilmək” dən f.is

    Полностью »
  • EYBƏCƏRLƏŞDİRİLMƏK

    məch. 1. Eybəcər hala salınmaq; çirkinləşdirilmək. 2. məc. Təhrif edilmək, korlanmaq

    Полностью »
  • EYBƏCƏRLƏŞDİRMƏ

    “Eybəcərləşdirmək” dən f.is

    Полностью »
  • EYBƏCƏRLƏŞDİRMƏK

    f. 1. Eybəcər hala salmaq, kifirləşdirmək, çirkin etmək; çirkin göstərmək. Bu paltar onu eybəcərləşdirir

    Полностью »
  • EYBƏCƏRLƏŞMƏ

    “Eybəcərləşmək”dən f.is

    Полностью »
  • EYBƏCƏRLƏŞMƏK

    f. Eybəcər hala düşmək, kifirləşmək, çirkinləşmək, biçimsiz, yöndəmsiz şəkil almaq. [Qaraşa] elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bi

    Полностью »
  • EYBƏCƏRLİK

    is. 1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı

    Полностью »
  • EYD

    is. [ər.] köhn. Bayram. Baxmayın eyd günü ayna ilə ayə, vəli; Mahi-nov ol iki əbruyi-dütadən görünür

    Полностью »
  • EYDİRMƏ

    1. “Eydirmək”dən f.is. 2. is. İnəyi sağarkən onu oxşamaq üçün oxunan mahnı. Eydirmə oxumaq. – Kimdir o qaragöz ellər gəlini? Dilində eydirmə inəkmi sa

    Полностью »
  • EYDİRMƏK

    f. İnəyi sağmazdan əvvəl onun əmcəklərini südlə dolsun deyə, iki barmaqla sıxmaq və ya balasını azca əmizdirmək

    Полностью »
  • EYHAM

    is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş il

    Полностью »
  • EYHAMLI

    sif. Üstüörtülü, ikimənalı. Eyhamlı söz. Eyhamlı baxış. – Kərim kişinin eyhamlı danışması, Kazımın qocanın üstünə qışqırması, Kosaoğlunun ərizəni cırı

    Полностью »
  • EYHAMSIZ

    zərf. Eyhamlar işlətmədən, kinayəsiz, açıq. Eyhamsız danışmaq

    Полностью »
  • EYHANA

    ara s. dan. 1. Birdən, olmaya, olmaya-olmaya, işdir. Qız başladı fikir eləməyə ki, eyhana, bu adamlar bilsə ki, İbrahim yoxdu, mən burda təkəm, görəsə

    Полностью »
  • EYİ

    sif. köhn. Yaxşı. [Kərəm:] Bir igid düşərsə, qaldıran olmaz; Eyi iş görənə pis demək olmaz. “Əsli və Kərəm”

    Полностью »
  • EYİB

    is. [ər.] 1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar

    Полностью »
  • EYİBCU

    is. [ər. eyb və fars. …cu] klas. Hər kəsdə eyib, nöqsan axtaran, hər şeydə irad tapmağa çalışan adam

    Полностью »
  • EYİBLƏMƏ

    “Eyibləmək”dən f.is

    Полностью »
  • EYİBLƏMƏK

    f. Pis, nalayiq, eyibli bir hərəkət üçün birini qınamaq, danlamaq

    Полностью »
  • EYİBLƏNDİRMƏ

    “Eyibləndirmək”dən f.is

    Полностью »
  • EYİBLƏNDİRMƏK

    f. Eyib eləmək, danlamaq, qınamaq, təqsirləndirmək. [Şirinnaz:] Çopurun sağalmasını istədiyi üçün mən onu eyibləndirməməliyəm

    Полностью »
  • EYİBLİ

    sif. Eybi, nöqsanı, çatışmazlığı, qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam. Eyibli şey. – Özün insaf elə əfkarına, ətvarına bax; İstəməzsən yazam,

    Полностью »
  • EYİBSİZ

    sif. Heç bir eybi, nöqsanı, qüsuru olmayan. Eyibsiz dost axtaran dostsuz qalar. (Ata. sözü). Dağ başında iz olmaz; Dərə-təpə düz olmaz; Yarın boyu göd

    Полностью »
  • EYİBSİZLİK

    is. Heç bir eybi, nöqsanı, qüsuru olmama; nöqsansızlıq, qüsursuzluq. [Məşədi İbad:] İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir

    Полностью »
  • EYİCƏ

    zərf köhn. Yaxşıca. Eyicə yaşamaq. Eyicə dolanmaq

    Полностью »
  • EYİLƏŞDİRİLMƏ

    “Eyiləşdirilmək”dən f.is

    Полностью »
  • EYİLƏŞDİRİLMƏK

    məch. köhn. Yaxşılaşdırılmaq

    Полностью »
  • EYİLƏŞDİRMƏ

    “Eyiləşdirmək”dən f.is

    Полностью »
  • EYİLƏŞDİRMƏK

    f. köhn. Yaxşılaşdırmaq

    Полностью »
  • EYİLƏŞMƏ

    “Eyiləşmək”dən f.is

    Полностью »
  • EYİLƏŞMƏK

    f. köhn. Yaxşılaşmaq, daha yaxşı olmaq. [Rauf:] İnşallah, az bir zamanda sağalıb eyiləşərsən; Fəqət bir daha mətbəədə çalışmayacağına əminim

    Полностью »
  • EYİLİK

    is. Yaxşılıq. [Aşıq Sultan:] Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid

    Полностью »
  • EYLƏ

    bax elə. Üzülür sərasər rişteyi-canım; Eylə ki, zülfünə darağı çəkər. Q.Zakir. Eylə bildim ki, dəxi sübh olub; Mürği-səhər tək bir ağız banladım

    Полностью »
  • EYLƏMƏ

    “Eyləmək”dən f.is

    Полностью »
  • EYLƏMƏK

    “Etmək” felinin üslubi variantı. Eşq sövdasından, ey naseh, məni mən eylədin; Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin

    Полностью »
  • EYMƏ

    is. məh. İçində qatıq, ayran və s. saxlamaq üçün qoyun və ya keçi dərisindən torba. Çatdılar obaya, ey qatıq satan; Hər eyməyə tökmüşdülər üç qazan

    Полностью »
  • EYMƏAĞIZ

    sif. dan. Ağzı yekə, yekəağız. Eyməağız adam

    Полностью »
  • EYMƏÇ

    bax eymə

    Полностью »
  • EYMƏÇİ

    is. Eymə düzəldən, eymə ustası. Eyməçiyə doşab göstərməzlər. (Ata. sözü)

    Полностью »
  • EYMƏLİK

    sif. köhn. Eyməyə yarar. Eyməlik dəri

    Полностью »
  • EYMƏN

    sif. və zərf [ər.] klas. Arxayın, qorxusuz, təhlükəsiz, salamat. Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir

    Полностью »
  • EYMƏNMƏ

    “Eymənmək”dən f.is

    Полностью »
  • EYMƏNMƏK

    f. Qorxmaq, vahiməyə düşmək, xoflanmaq. Qaranlıqdan eymənmək. – [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış

    Полностью »