Толковый словарь азербайджанского языка

  • GÜLGÜN

    sif. [fars.] şair. Gül rəngli, gül kimi, güllü. Ey geyib gülgün, damadəm əzmicövlan eyləyən! Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən! Füzuli

    Полностью »
  • GÜLXANA

    is. [fars.] Qışda bitki, gül, tərəvəz, göyərti yetişdirmək üçün şüşə ilə örtülmüş qızdırılan tikili; istixana

    Полностью »
  • GÜLXƏTMİ

    is. bot. Əməköməci fəsiləsindən ensizyarpaqlı, iri qəşəng çiçəkləri olan ot-bitki (xalq təbabətində işlədilir)

    Полностью »
  • GÜLQABI

    bax güldan

    Полностью »
  • GÜLLƏ

    is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik

    Полностью »
  • GÜLLƏBARAN

    is. 1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördü

    Полностью »
  • GÜLLƏÇİ

    is. köhn. Güllə qayıran və ya satan adam. Özüm aşıq oldum, oğlum gülləçi. Aşıq Ələsgər

    Полностью »
  • GÜLLƏLƏMƏ

    1. “Güllələmək”dən f.is. 2. is. Güllələməklə həyata keçirilən ən yüksək cəza; ölüm cəzası; edam. Güllələmə cəzası

    Полностью »
  • GÜLLƏLƏMƏK

    f. Güllələmə yolu ilə ölüm cəzasını həyata keçirmək; edam etmək. [Eyvaz:] Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib güllə

    Полностью »
  • GÜLLƏLƏNMƏ

    “Güllələnmək”dən f.is

    Полностью »
  • GÜLLƏLƏNMƏK

    f. Ən ağır cəza tədbiri olaraq güllə ilə öldürülmək, edam edilmək. Faşistlər [dustaqların] güllələnəcəyi haqqında kənddə divarlara elanlar yapışdırmış

    Полностью »
  • GÜLLƏLƏŞMƏ

    “Güllələşmək”dən f.is

    Полностью »
  • GÜLLƏLƏŞMƏK

    qarş. Bir-birinə güllə atmaq; atışmaq. [Qazaqlar] Nəbigilnən bir gün güllələşdilər. “Qaçaq Nəbi”

    Полностью »
  • GÜLLƏNMƏ

    “Güllənmək”dən f.is

    Полностью »
  • GÜLLƏNMƏK

    f. 1. Gül açmaq, gül açmağa başlamaq; çiçəklənmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir

    Полностью »
  • GÜLLÜ

    sif. 1. Çoxlu gül olan, gül bitən, gül əkilmiş; çiçəkli. …Güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlum da ailəsi ilə yaşayırdı

    Полностью »
  • GÜLLÜ-ÇİÇƏKLİ

    sif. 1. Çoxlu gül, çiçək bitmiş. Güllü-çiçəkli çəmən. Güllü-çiçəkli bağ. 2. Üzərində gül-çiçək şəklində naxışları olan

    Полностью »
  • GÜLLÜ-GÜLŞƏNLİ

    bax güllü-çiçəkli. Güllü-gülşənli həyət

    Полностью »
  • GÜLLÜ-NAXIŞLI

    sif. Üzərində gülü, naxışı olan. Güllü-naxışlı parça. – [Səkinə] bardaş quraraq güllü-naxışlı xalçanın üstündə oturmuşdu

    Полностью »
  • GÜLLÜCƏ

    is. bot. Paxlalılar fəsiləsindən olub dağ rayonlarında, çəmənlərdə, meşələrdə, çay sahillərində bitən yem otu

    Полностью »
  • GÜLLÜK

    is. Çoxlu gül əkilmiş və ya gül açmış yer; çiçəklik, gülzar, gülüstan, gülşən. Güllüyün gülü beşgünlükdür

    Полностью »
  • GÜLMƏ

    “Gülmək”dən f.is

    Полностью »
  • GÜLMƏXMƏR

    is. Nazik ipək üzərində iri gülləri olan və qadın paltarları tikmək üçün işlədilən bahalı parça. 4 metr gülməxmər

    Полностью »
  • GÜLMƏK

    f. 1. Müəyyən bir hiss nəticəsində (məs.: sevindikdə, şənləndikdə, gülməli və ya mənasız bir şey gördükdə), habelə bəzi əsəb sarsıntıları anında xarak

    Полностью »
  • GÜLMƏLİ

    sif. Gülüş doğuran, gülüşə səbəb olan. Gülməli söz. – Onun bu görkəmi çox gülməli idi. H.Nəzərli. Hər kim o qara zülfə könül versə xətadır; Amma yenə

    Полностью »
  • GÜLMƏŞƏKƏR

    sif. [əsli fars. gülbəşəgər – şəkərli gül, gül mürəbbəsi] zar. isteh. Şirin, xoş, xoşagələn. Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər? (

    Полностью »
  • GÜLMIX

    is. Xırda mıx

    Полностью »
  • GÜLNAR

    is. [fars.] klas. Nar ağacının gülü, nar gülü

    Полностью »
  • GÜLÖYŞƏ

    sif. Meyxoş (nar növü). Dost məni yad eylədi; Bir gülöyşə nar ilə. (Ata. sözü). Bağçalarda çiçək açır gülöyşə nar, yasəmən; Qaranquşla bir zamanda qay

    Полностью »
  • GÜLPƏRƏST

    is. və sif. [fars.] Gül becərməyi, gül yetişdirməyi, ümumiyyətlə gülü sevən (adam). …Kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir ada

    Полностью »
  • GÜLRƏNG

    sif. [fars.] klas. Açıq-qırmızı rəngli, çəhrayı rəngi, gül rəngində olan. Dur, saqi, gətir badeyi-gülrəngi bu bəzmə; Ver badeyi-gülrənglə bir rəng bu

    Полностью »
  • GÜLRÜX

    [fars.] klas. bax gülüzlü. Ah vaveyla ki, ol gülrüx pəri yarım degil; Mən ona yar oldum, ol yari-vəfadarım degil

    Полностью »
  • GÜLRÜXSAR

    [fars.] klas. bax gülüzlü. Ah vaveyla ki, ol gülrüx pəri yarım degil; Mən ona yar oldum, ol yari-vəfadarım degil

    Полностью »
  • GÜLSABAH

    is. bot. Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül; səhərgülü

    Полностью »
  • GÜLŞAD

    sif. Xoşa gələn, ürəkaçan, gözəl mənzərəli. Gülşad yer. □ Gülşad olmaq – şən olmaq, abad olmaq. Onsuz hünər evi gülşad olmazdı

    Полностью »
  • GÜLŞƏN

    is. [fars.] Güllük, çiçəklik. Bu gülşənin yasəməni, sünbülü; Nə bir bağa, nə bostanə düşübdür. M.V.Vidadi

    Полностью »
  • GÜLÜ

    sif. 1. Açıq gül rəngli, çəhrayı. 2. Gül şəklində naxışları olan. Gülü parça

    Полностью »
  • GÜLÜMSƏMƏ

    “Gülümsəmək”dən f.is

    Полностью »
  • GÜLÜMSƏMƏK

    f. 1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək

    Полностью »
  • GÜLÜMSƏR

    sif. Gülümsəyən, gülən, təbəssümlü. Gülümsər göz. – Bir gün acı bir səs o gülümsər üzü sardı. H.Cavid

    Полностью »
  • GÜLÜMSƏRCƏSİNƏ

    zərf Gülümsəyərək, təbəssümlə. Gülümsərcəsinə cavab vermək. – Qız qara gözləri, uzun kirpikləri arasından gülümsərcəsinə [dedi]… T

    Полностью »
  • GÜLÜMSÜNMƏ

    “Gülümsünmək”dən f.is

    Полностью »
  • GÜLÜMSÜNMƏK

    bax gülümsəmək. [Buğac] ananın munis çöhrəsini görəndə gülümsündü. M.Rzaquluzadə

    Полностью »
  • GÜLÜNC

    sif. və zərf 1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran. // məc. Mənasız, qeyri-ciddi. Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gü

    Полностью »
  • GÜLÜNCLÜK

    is. Gülünc olan adam və ya şeyin halı; gülüş doğurma, gülünc olma. Dəlillərin gülünclüyü. Təklifin gülünclüyü

    Полностью »
  • GÜLÜSTAN

    is. [fars.] Güllük, çiçəklik, gülzar; qızıl güllük. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli

    Полностью »
  • GÜLÜŞ

    is. 1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər

    Полностью »
  • GÜLÜŞMƏ

    “Gülüşmək”dən f.is. Məclisdə bir gülüşmə başladı. S.Hüseyn. Camaat arasına gülüşmə və qarışma düşdü. Qantəmir

    Полностью »
  • GÜLÜŞMƏK

    f. Qarşılıqlı və ya birlikdə gülmək (çoxları haqqında). Adamlar gülüşdülər. – Uşaqlar içinə düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan

    Полностью »
  • GÜLÜZAR

    [fars. gül və ər. üzar] klas. bax gülüzlü. Seyri-gülşən et sən, ey gülüzarım. M.V.Vidadi. Gər sənin mətləbin gülüzardısa; Artıq sevin gülüzarı görəndə

    Полностью »