Azərbaycan dilinin izahlı lüğəti

  • GİQÁNT

    [yun.] Çox böyük, çox iri, nəhəng, azman

    Tam oxu »
  • GİQANTİ́ZM

    [yun.] biol. Çox böyük sürətlə boy ataraq mövcud normalardan kənara çıxma (insan, heyvan və ya bədənin ayrı-ayrı üzvləri haqqında)

    Tam oxu »
  • GİQANTLIQ

    is. Böyüklük, yekəlik, nəhənglik, azmanlıq

    Tam oxu »
  • GİL

    is. 1. Yer səthində və ya altında olan, yaş halda özlü kütləyə çevrilən çöküntü süxuru (dulusçuluq, heykəltəraşlıq və tikintidə işlədilir)

    Tam oxu »
  • GİLABI

    is. [fars.] Keçmişdə paltar və baş yumaq üçün sabun əvəzinə işlədilən gil növü. Sarı gilabı. Göy gilabı

    Tam oxu »
  • GİLABISATAN

    is. köhn. Keçmişdə əyalətləri gəzərək gilabı satmaqla məşğul olan adam. Gilabısatan xüsusi yoxsul adamlar olardı

    Tam oxu »
  • GİLAN

    is. məh. Qapını bağlamaq üçün arxasına keçirilən taxta və ya dəmir; kilid

    Tam oxu »
  • GİLAS

    is. Ağ, sarı, qırmızı və qara növləri olan çəyirdəkli şirin meyvə və bu meyvənin ağacı. Gilas mürəbbəsi

    Tam oxu »
  • GİLASLIQ

    is. Çoxlu gilas ağacı əkilmiş yer; gilas bağı. Gilaslığı suvarmaq

    Tam oxu »
  • GİLAVAR

    is. Cənub və cənub-şərqdən əsən külək adı. Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq. Şiddətli bir gilavar (cənub küləyi) əsdiyindən dənizin gurultusu

    Tam oxu »
  • GİLDİR-GİLDİR

    zərf Gilə-gilə, damcıdamcı, dənə-dənə (göz yaşı haqqında). Gildir-gildir yaş tökmək. Gildir-gildir ağlamaq

    Tam oxu »
  • GİLDİYA

    is. [alm.] İttifaq, təbəqə

    Tam oxu »
  • GİLEY

    is. Narazılıq, şikayət. Nə xoş sitəmkarsan, zalimü xunxar; Onun üçün səndən çox gileyim var. M.P.Vaqif

    Tam oxu »
  • GİLEY-GÜZAR

    bax giley. [Fazil:] Abbas, genə səndən yana giley-güzar eşidirəm, genə səndən şikayətlər qulağıma çatır

    Tam oxu »
  • GİLEY-GÜZARLIQ

    is. Narazılıq, şikayət. [Mürşid:] Sadıq, bizim arvad məndən çox giley-güzarlıq elədi? S.Rəhman

    Tam oxu »
  • GİLEY-KÜSÜ

    bax giley-güzar. Danışdıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə həm dərin bir iztirab, həm də incə gileyküsü vardı

    Tam oxu »
  • GİLEY-KÜSÜLÜK

    bax giley-güzarlıq

    Tam oxu »
  • GİLEYLƏNƏ-GİLEYLƏNƏ

    zərf Şikayətlənərək, narazılıq edərək. [Hümmət:] Küncdə-bucaqda danışmaq arvad işidir, – deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı

    Tam oxu »
  • GİLEYLƏNMƏ

    “Gileylənmək”dən f.is

    Tam oxu »
  • GİLEYLƏNMƏK

    f. Giley etmək, şikayətlənmək, narazılıq etmək. Kəndlilər südün azlığından şikayət edir, çobanlardan gileylənirdilər

    Tam oxu »
  • GİLEYLİ

    sif. və zərf Narazı, şikayətçi. Oturuşu şirin, duruşu Leyli; Qəmzəsi öpməli, yarı gileyli. M.P.Vaqif

    Tam oxu »
  • GİLEYLİK

    bax giley. Şərifzadə ondan gileylik eyləyirdi. M.Hüseyn

    Tam oxu »
  • GİLƏ

    is. 1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Qarağat giləsi. – [Kazım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini

    Tam oxu »
  • GİLƏ-GİLƏ

    zərf Damcı-damcı, damladamla. Su gəlir gilə-gilə; Bülbüllər gəlir dilə; Yarımı bağda gördüm; Batıbdır qızılgülə

    Tam oxu »
  • GİLƏKCƏ

    sif. və zərf Gilək dilində. Giləkcə bilmək. – [Kişi və arvad] giləkcə danışırdılar. S.Hüseyn

    Tam oxu »
  • GİLƏKLƏR

    is. İranın şimalında, Xəzərin cənub sahilində yaşayan, İrandilli kiçik bir xalq

    Tam oxu »
  • GİLƏLƏMƏ

    “Gilələmək”dən f.is

    Tam oxu »
  • GİLƏLƏMƏK

    f. Üzümün, narın və ya başqa giləmeyvənin gilələrini bir-bir qırmaq, qoparmaq. Narı gilələmək. Qarağatı gilələmək

    Tam oxu »
  • GİLƏLƏNMƏ

    “Gilələnmək”dən f.is

    Tam oxu »
  • GİLƏLƏNMƏK

    məch. 1. Gilələri bir-birindən ayrılmaq, qoparılmaq, gilə halına salınmaq. Üzüm sirkə üçün gilələndi

    Tam oxu »
  • GİLƏMEYVƏ

    is. bot. Gilə şəklində bitən meyvələrin (məs.: üzüm, moruq, qarağat və s.) ümumi adı

    Tam oxu »
  • GİLƏMEYVƏÇİLİK

    is. Meyvəçiliyin, giləmeyvə bitkilərini əkib-becərməklə məşğul olan sahəsi. Giləmeyvəçilik təsərrüfatı

    Tam oxu »
  • GİLƏMEYVƏLİLƏR

    cəm bot. Üzüm, moruq, qarağat və bəzi başqa meyvələrin daxil olduğu bitkilər

    Tam oxu »
  • GİLƏNAR

    is. 1. bax albalı. Hər evin həyətində … gilənar ağacları … var. İ.Əfəndiyev. 2. məc. Qara, girdə göz haqqında

    Tam oxu »
  • GİLƏNARLIQ

    is. Çoxlu gilənar ağacı əkilmiş yer; gilənar bağı. Binanı əhatə edən bağ alma-armudluqdan, gilənarlıqdan ibarət idi

    Tam oxu »
  • GİLGİLƏ

    is. Nazik, ensiz dəmirdən, ya ağacdan olan çənbər və onu gillətməkdən ötrü uzun ağacdan və ya məftildən ibarət uşaq oyuncağı

    Tam oxu »
  • GİLİZ

    [alm.] (“gilza” sözünün canlı dildə tələffüzü). 1. Odlu silahlarda: alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya mərmi y

    Tam oxu »
  • GİLQARIŞDIRAN

    sif. xüs. Tikinti işlərində gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran. Gilqarışdıran qurğu. // is

    Tam oxu »
  • GİLQARIŞDIRICI

    sif. xüs. Tikinti işlərində gil məhlulu hazırlamaq üçün gili su ilə qarışdıran. Gilqarışdıran qurğu. // is

    Tam oxu »
  • GİLLƏ

    is. məh. Təndirdə alma və ya armud qaxı qurutmaq üçün dayaz palçıq qab

    Tam oxu »
  • GİLLƏDİLMƏ

    “Gillədilmək”dən f.is

    Tam oxu »
  • GİLLƏDİLMƏK

    məch. Diyirlədilmək, yumaladılmaq

    Tam oxu »
  • GİLLƏMƏ₁

    “Gilləmək1”dən f.is

    Tam oxu »
  • GİLLƏMƏ₂

    “Gilləmək2”dən f.is

    Tam oxu »
  • GİLLƏMƏK₁

    f. Diyirləmək, yumalatmaq

    Tam oxu »
  • GİLLƏMƏK₂

    f. Gil vurmaq, gil sürtmək, gillə suvaq çəkmək. Divarı gilləmək

    Tam oxu »
  • GİLLƏNMƏ₂

    “Gillənmək2”dən f.is

    Tam oxu »
  • GİLLƏNMƏ₁

    “Gillənmək1”dən f.is

    Tam oxu »
  • GİLLƏNMƏK

    f. 1. Gillə qarışmaq, gilli olmaq; gillə örtülmək, gil halına düşmək. Neft layı gillənib. 2. Gil vurulmaq, gil çəkilmək, gillə suvaq çəkilmək

    Tam oxu »
  • GİLLƏNMƏK₁

    f. Fırlana-fırlana düşmək, diyirlənmək. Nigarın ala gözlərindən damcıdamcı yaş gillənib lalə yanaqlardan aşağı gəldi

    Tam oxu »