Azərbaycan dilinin izahlı lüğəti

  • KÜLBƏLƏMƏ

    “Külbələmək”dən f.is

    Tam oxu »
  • KÜLBƏLƏMƏK

    f. Təndirin, kürənin külbəsini qapamaq (bax külbə1 1-ci mənada)

    Tam oxu »
  • KÜLÇƏ₂

    is. Yasda halva ilə paylanan çörək. Sağlığında badam yeməyib, külçəsinə badam vururlar. (Ata. sözü). Qazanla və nimçələrlə plovu, halvanı, külçələri h

    Tam oxu »
  • KÜLÇƏ₁

    is. Tərkibində metal və metal birləşmələri və ya faydalı minerallar olan maddə, süxur. Dəmir külçəsi

    Tam oxu »
  • KÜLÇƏLƏNMƏ

    “Külçələnmək”dən f.is

    Tam oxu »
  • KÜLÇƏLƏNMƏK

    f. Burulmaq, yumrulanmaq, qıvrıq şəkil almaq. İlan külçələndi

    Tam oxu »
  • KÜLƏ

    sif. məh. Quyruqsuz. Külə keçi

    Tam oxu »
  • KÜLƏCƏ

    is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü

    Tam oxu »
  • KÜLƏÇALAN

    sif. Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq

    Tam oxu »
  • KÜLƏÇALAR

    sif. Külə bənzəyən, külə oxşayan, kül rəngində olan, külrəngi. Küləçalan torpaq

    Tam oxu »
  • KÜLƏK

    is. 1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi

    Tam oxu »
  • KÜLƏKKEŞ

    bax küləklik

    Tam oxu »
  • KÜLƏKLƏMƏ

    “Küləkləmək”dən f.is

    Tam oxu »
  • KÜLƏKLƏMƏK

    f. 1. Külək əsmək, külək olmaq. Hava küləkləyir. 2. Süni surətdə yel, külək yaratmaq. Yelpiklə özünü küləkləmək

    Tam oxu »
  • KÜLƏKLƏNMƏ

    “Küləklənmək”dən f.is

    Tam oxu »
  • KÜLƏKLƏNMƏK

    məch. 1. Külək döymək, külək vurmaq. Sərilən paltarlar küləklənir. 2. Özünü küləyə vermək, sərinlənmək

    Tam oxu »
  • KÜLƏKLİ

    sif. Külək olan, külək əsən. Küləkli gün. Küləkli hava. – Küləkli bir yaz günü idi. A.Şaiq. Yenicə yarpaq açmış budaqlarda yellənən quşlar isə küləkli

    Tam oxu »
  • KÜLƏKLİ-QARLI

    sif. Həm külək əsən, həm də qar yağan. Küləkli-qarlı gün. Küləkliqarlı hava

    Tam oxu »
  • KÜLƏKLİ-TUFANLI

    sif. Həm külək əsən, həm də tufan olan. Küləkli-tufanlı gecə. [Gəray ağa:] Biz bu hisli-paslı, tozlu-torpaqlı, küləkli-tufanlı xarabaya öz dərdimizi a

    Tam oxu »
  • KÜLƏKLİ-YAĞIŞLI

    sif. Həm külək əsən, həm də yağış yağan. Küləkli-yağışlı hava. – Nəhayət, küləkli-yağışlı bir gündə [Həsəni] buraxdılar

    Tam oxu »
  • KÜLƏKLİK

    is. Hava çəkmək üçün binalarda olan deşik, dəlik, oyuq

    Tam oxu »
  • KÜLƏKLİLİK

    is. Küləkli havanın və ya yerin halı, xüsusiyyəti

    Tam oxu »
  • KÜLƏKÖLÇƏN

    is. xüs. Küləyin gücünü və istiqamətini ölçmək üçün cihaz

    Tam oxu »
  • KÜLƏKSİZ

    sif. 1. Külək olmayan, sakit. Küləksiz hava. 2. Külək tutmayan, külək olmayan. Küləksiz yer

    Tam oxu »
  • KÜLƏKSİZLİK

    is. Küləksiz yerin və ya havanın halı, xüsusiyyəti

    Tam oxu »
  • KÜLƏKTUTAN

    sif. Daim külək olan, küləyə məruz qalan. Evin küləktutan tərəfi

    Tam oxu »
  • KÜLƏŞ

    is. 1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək

    Tam oxu »
  • KÜLƏŞDOĞRAYAN

    is. Küləşi doğrayıb saman halına salan maşın. // Sif. mənasında. Küləşdoğrayan maşın

    Tam oxu »
  • KÜLƏŞLƏMƏ

    “Küləşləmək”dən f.is

    Tam oxu »
  • KÜLƏŞLƏMƏK

    f. Küləşlə örtmək; üstünə küləş salmaq, küləş döşəmək. Tövlənin damını küləşləmək

    Tam oxu »
  • KÜLƏŞLƏNMƏ

    “Küləşlənmək”dən f.is

    Tam oxu »
  • KÜLƏŞLƏNMƏK

    məch. Küləşlə örtülmək, üstünə küləş salınmaq, küləş döşənmək. Daxmanın damı küləşlənib

    Tam oxu »
  • KÜLƏŞLƏTMƏ

    “Küləşlətmək”dən f.is

    Tam oxu »
  • KÜLƏŞLƏTMƏK

    f. Üstünü küləşlə örtdürmək, üstünə küləş saldırmaq (döşətmək). Damı küləşlətmək

    Tam oxu »
  • KÜLƏŞLİ

    sif. 1. Küləşi olan. Hətəm dayı … küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal. 2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş

    Tam oxu »
  • KÜLƏŞLİK

    is. Küləş olan yer, küləş, tökülmüş yer; kövşənlik. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin … səsləri gəlirdi

    Tam oxu »
  • KÜLFƏ

    is. İşıq düşmək üçün tikilinin (əsasən, dəyənin) damında baca, işıq yeri; işıqlıq

    Tam oxu »
  • KÜLFƏT

    is. [ər.] 1. bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var… C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr il

    Tam oxu »
  • KÜLFƏTARASI

    sif. Ailə daxilində baş verən, ailədə olan. Külfətarası söhbət

    Tam oxu »
  • KÜLFƏTLİ

    sif. Külfəti olan, arvad-uşağı olan; ailəli. Külfətli adam

    Tam oxu »
  • KÜLFƏTLİKLƏ

    zərf Bütün ailə birlikdə, bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə gəzməyə getmək

    Tam oxu »
  • KÜLFƏTSİZ

    sif. Külfəti, ailəsi olmayan, arvad-uşağı olmayan, evli olmayan; ailəsiz

    Tam oxu »
  • KÜLFƏTSİZLİK

    is. Külfəti, ailəsi, arvaduşağı olmama; külfəti olmayan adamın halı

    Tam oxu »
  • KÜLXAN

    is. [fars.] köhn. 1. Odunla qızdırılan hamamın odluğu, ocağı. Külxanı təmizləmək. – Bir yetim tifildi baldırı açıq, başı keçəl; Mənzili şamü-səhər köh

    Tam oxu »
  • KÜLXANA

    [fars.] bax külxan 1-ci mənada. Ata-ana sözünə baxmayan külxanada yatar. (Ata. sözü)

    Tam oxu »
  • KÜLXANAÇI

    bax külxançı. Yaşıllaşmaqda olan düzlükdən ara-sıra ötən qatarlar tüstülü kösöv gəzdirən külxanaçılara bənzəyirdi

    Tam oxu »
  • KÜLXANÇI

    is. köhn. Külxanada işləyən adam, hamam ocaqçısı

    Tam oxu »
  • KÜLQABI

    is. Papiros külünü və kötüyünü tökmək üçün xüsusi qab. Yusif papirosu axıra qədər sümürüb külqabıya atdı

    Tam oxu »
  • KÜLL

    [ər.] 1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. – Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından

    Tam oxu »
  • KÜLLƏMƏ

    1. “Külləmək”dən f.is. 2. sif. Qaynar kül içərisində bişirilmiş. Külləmə kartof

    Tam oxu »