Azərbaycan dilinin izahlı lüğəti

  • KƏLBƏTİN

    is. [ər. kəlbəteyn – ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət

    Tam oxu »
  • KƏLÇƏ

    is. Camış balası. Kəlçəni əmizdirmək. – Telli inək və camışı sağıb qurtardı. Kəlçə və dananı çəkib bağladı

    Tam oxu »
  • KƏLƏ

    is. 1. Cins artırmaq üçün saxlanılan axtalanmamış, burulmamış, cinslik kəl. 2. məc. vulq. Oynaş, aşna (kişi haqqında)

    Tam oxu »
  • KƏLƏ-KÖTÜR

    sif. 1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş

    Tam oxu »
  • KƏLƏ-KÖTÜRLƏŞDİRMƏ

    “Kələkötürləşdirmək” dən f.is

    Tam oxu »
  • KƏLƏ-KÖTÜRLƏŞDİRMƏK

    f. 1. Kələkötür etmək. 2. məc. Qabalaşdırmaq, kobudlaşdırmaq

    Tam oxu »
  • KƏLƏ-KÖTÜRLƏŞMƏ

    “Kələkötürləşmək” dən f.is

    Tam oxu »
  • KƏLƏ-KÖTÜRLƏŞMƏK

    f. 1. Kələ-kötür olmaq. 2. məc. Qabalaşmaq, kobudlaşmaq

    Tam oxu »
  • KƏLƏ-KÖTÜRLÜK

    is. Kələ-kötür şeyin hal və vəziyyəti. Yolun kələ-kötürlüyü. Xəttin kələ-kötürlüyü

    Tam oxu »
  • KƏLƏBƏK

    bax kəpənək. [Həsən Səbbah:] Bax, doğdu günəş, güldü çiçəklər; Seyr et, nə gözəl şən kələbəklər! H.Cavid

    Tam oxu »
  • KƏLƏÇƏ

    is. məh. Balaca kələ

    Tam oxu »
  • KƏLƏF

    is. 1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq

    Tam oxu »
  • KƏLƏFÇƏ

    is. 1. İp, sap dolamaq və ya dolanmış ipi sarğıdan açmaq üçün alət; sarğac, fırlanqıc. İtirmişəm kələfçənin başını; Tapanmıram üzüyümün qaşını… Şəhriy

    Tam oxu »
  • KƏLƏFLƏMƏ

    “Kələfləmək”dən f.is

    Tam oxu »
  • KƏLƏFLƏMƏK

    f. İri və ya sapı dükçədən açıb pırtlaşmamaq üçün kələfçəyə və ya dizə dolamaq, kələf şəklinə salmaq; yumaqlamaq

    Tam oxu »
  • KƏLƏFLƏNMƏ

    “Kələflənmək”dən f.is

    Tam oxu »
  • KƏLƏFLƏNMƏK

    məch. Kələfçəyə və ya dizə dolanaraq kələf şəklinə salınmaq; yumaqlanmaq

    Tam oxu »
  • KƏLƏK

    is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy el

    Tam oxu »
  • KƏLƏKBAZ

    sif. 1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı. Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar

    Tam oxu »
  • KƏLƏKBAZLIQ

    is. Biclik. Hiyləgərlik, fəndgirlik. Üzündən kələkbazlıq tökülür. – Ən nəhayət, çıxılmaz vəziyyət Sərvəri kələkbazlığa məcbur edir

    Tam oxu »
  • KƏLƏKÇİ

    is. Kələkbaz

    Tam oxu »
  • KƏLƏKÇİLİK

    is. Kələkbazlıq

    Tam oxu »
  • KƏLƏKƏ

    is. məh. Yeni doğmuş heyvanın ağuz südünün bişmişi

    Tam oxu »
  • KƏLƏKLƏMƏ

    “Kələkləmək”dən f.is

    Tam oxu »
  • KƏLƏKLƏMƏK

    f. dan. Kələk gəlmək, aldatmaq. [Məşədi İbad:] Görüm hamamçını bir növ kələkləyə bilərəmmi? Ü.Hacıbəyov

    Tam oxu »
  • KƏLƏKSİZ

    1. sif. Hiyləsiz, düz. 2. zərf Kələk işlətmədən, kələk qurmadan

    Tam oxu »
  • KƏLƏM

    is. Yarpaqları xörəyə işlənən bostan bitkisi. Bir baş kələm. Kələm dərmək. – Bazara turp, kök, kələm, soğan gələr satılmağa; Küləkli qar, yağış yağar

    Tam oxu »
  • KƏLƏMAT

    [ər. kəlimat – “kəlmə” söz cəmi] Kəlmələr, sözlər. Oxunur məclisdə xoş kələmatı; Ox kimi bağrını dələr, ağlarsan

    Tam oxu »
  • KƏLƏMBAŞ

    sif. dan. Girdə, yekə başı olan (adam haqqında). Kələmbaş adam

    Tam oxu »
  • KƏLƏMDOLMALIQ

    sif. və is. Kələmdolması bişirməyə yarar yarpaqları olan baş kələm. Kələmdolmalıq kələm

    Tam oxu »
  • KƏLƏMDOLMASI

    is. Kələm yarpaqlarına bükülmüş, döyülmüş ət və s.-dən hazırlanan xörək. Kələmdolması bişirmək. – Bu beş ilin müddətində “Nicat” xüsusunda bu təriflər

    Tam oxu »
  • KƏLƏMQURDU

    is. zool. Kələmə ziyan verən və onun içində olan həşərat (qurd, cücü)

    Tam oxu »
  • KƏLƏMLİK

    is. Kələm əkilmiş yer. Kələmliyi sulamaq

    Tam oxu »
  • KƏLƏNTƏR

    is. qəd. Şəhərin inzibati işlərinə baxan vəzifəli şəxs. [Bazarbaşı:] Hacı ağanın qədrini bilməyənlər də vardır, … məsələn, bizim kələntər

    Tam oxu »
  • KƏLƏNTƏRLİK

    is. tar. 1. Kələntərin vəzifəsi, işi. 2. Kələntərin idarəsi altında olan ərazi

    Tam oxu »
  • KƏLƏZ

    is. zool. Sürünənlər sinfinə aid olan, daşlıq və qayalıq yerlərdə yaşayan iri kərtənkələ növü. Kələz ilən, əqrəb ilən, mar ilən; Ağzınadək qəbrin dola

    Tam oxu »
  • KƏLİK

    is. [fars.] Dəyməmiş, yetişməmiş, kal qovun, yemiş. Bostançının sovqatı kəlik olar. (Ata. sözü). // Qovunun, yemişin qabığı yaşımtıl, əti isə bərk ola

    Tam oxu »
  • KƏLİSA

    bax kilsə. Harda olsan, dövlətididarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır, qərəz. S

    Tam oxu »
  • KƏLLAHI

    sif. və zərf dan. Özbaşına, azad, sərbəst, özü istədiyi kimi. Kəllahı adam. Kəllahı dolanmaq. – Adam var, çölləri gəzər kəllahı; Adam var, tanımaz göz

    Tam oxu »
  • KƏLLƏ

    is. [fars.] 1. Baş. Kəlləsindən vurmaq. – Ox atma sən bu daşa; Bu qayaya, bu daşa; Düşməni elə vur ki; Kəlləsindən bud aşa

    Tam oxu »
  • KƏLLƏBƏKƏLLƏ

    kəlləbəkəllə gəlmək – bax kəllə-kəlləyə gəlmək (durmaq) (“kəllə”də)

    Tam oxu »
  • KƏLLƏÇARX

    is. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı

    Tam oxu »
  • KƏLLƏÇARXÇI

    is. dan. 1. Kəlləçarxda işləyən fəhlə. 2. Çox yüksəklərdə işləməyi bacaran fəhlə, usta

    Tam oxu »
  • KƏLLƏGÖZ

    sif. 1. Nağıllarda: gözü kəlləsində olan (canlı); təpəgöz. Qəhrəman altıayaq, kəlləgöz atını sürüb, İbrahimi də aldı tərkinə

    Tam oxu »
  • KƏLLƏGÖZLÜK

    is. dan. Tez hirslənən, tez qızışan adamın xasiyyəti; hirslilik

    Tam oxu »
  • KƏLLƏLƏMƏ

    “Kəllələmək”dən f.is

    Tam oxu »
  • KƏLLƏLƏMƏK

    f. 1. Kəllə ilə döyüşmək, kəllə ilə vurmaq. Qoçlar bir-birini kəllələdilər. 2. məc. Qəsdən incitmək

    Tam oxu »
  • KƏLLƏLƏŞMƏ

    “Kəllələşmək”dən f.is

    Tam oxu »
  • KƏLLƏLƏŞMƏK

    1. qarş. Kəllə ilə vuruşmaq, kəllə ilə döyüşmək. Qoçlar kəllələşdi. 2. Bax kəllələmək 2-ci mənada

    Tam oxu »
  • KƏLLƏLİ

    sif. dan. zar. Başlı, ağıllı

    Tam oxu »