Azərbaycan dilinin izahlı lüğəti

  • KURALIQ

    is. Çoxlu kura bitmiş yer

    Tam oxu »
  • KURÁTOR

    is. [lat.] Müəyyən işin gedişinə, icrasına nəzarət etməli olan şəxs, təşkilat

    Tam oxu »
  • KURÓRT

    [alm.] Təbii şəraiti (havası, mədən suları, palçığı və s.) müalicə və istirahət üçün əlverişli olan yer

    Tam oxu »
  • KURORTÇU

    is. Kurortda müalicə olunan, kurortda istirahət edən adam. Plyaj kurortçularla dolu idi

    Tam oxu »
  • KURORTOLÓGİYA

    [alm.] Təbii müalicə yerlərindən və müalicə məqsədilə onlardan istifadə olunması üsullarından bəhs edən elm

    Tam oxu »
  • KURORTOLOJİ

    sif. Kurortologiyaya aid olan. Kurortoloji tədqiqat

    Tam oxu »
  • KURORTÓLOQ

    [alm. Kurort və yun. logos-dan] Kurortologiya mütəxəssisi, alimi

    Tam oxu »
  • KURORTŞÜNAS

    [alm. Kurort və fars. …şünas] bax kurortoloq

    Tam oxu »
  • KURORTŞÜNASLIQ

    bax kurortologiya

    Tam oxu »
  • KURS

    [lat. cursus-dan] 1. Ali məktəbdə hər hansı bir fənnin, həmçinin onun ayrıca hissəsinin sistematik şərhi, habelə həmin fənnə aid dərslik

    Tam oxu »
  • KURSÁNT

    [rus. əsli lat.] Kurs tələbəsi. Elə oradaca bir neçə kursant dururdu. Ə.Əbülhəsən. // Hərbi məktəb müdavimi

    Tam oxu »
  • KURSİ́V

    [lat.] Əlyazısına oxşar mailli mətbəə şrifti. ◊ Kursiv mənimdir (bizimdir) – sitatda kursivlə çap olunmuş sözlərin orijinalda deyil, (nəzərə çarpdırma

    Tam oxu »
  • KURSUVKA

    [rus. əsli lat.] Kurortda sanatoriyada qalmamaq şərtilə müalicə və yeməkdən istifadə etməyə icazə verən sənəd

    Tam oxu »
  • KURYÉR

    [fr.] 1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, v

    Tam oxu »
  • KUS

    is. [fars.] klas. Böyük nağara, iri təbil. Fəryadıma həmdəm et xorusu; Avazıma qoş sədayi-kusu. Füzuli

    Tam oxu »
  • KUSTAR

    [rus.] 1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar. Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neç

    Tam oxu »
  • KUSTARCASINA

    zərf İbtidai, primitiv, sistemsiz üsullarla; qeyri-mütəşəkkil. Kustarcasına işləmək

    Tam oxu »
  • KUSTARÇILIQ

    is. 1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti. 2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş

    Tam oxu »
  • KUSTARLIQ

    is. 1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti. 2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş

    Tam oxu »
  • KUT

    is. dan. 1. Topa, qalaq. Bir kut alma. Bir kut odun. 2. Qalın, sıx, gur, seyrək olmayan. İndi Rüstəmin qara kut saçları çoxdan seyrəkləşmiş və çallaşm

    Tam oxu »
  • KUT-KUT

    zərf və sif. Yığın halında, topa halında; qalaq-qalaq, yığın-yığın. Adamlar kut-kut olublar. Küləşi kut-kut yığmaq

    Tam oxu »
  • KUTLAMA

    “Kutlamaq”dan f.is

    Tam oxu »
  • KUTLAMAQ

    f. Bir yerə toplamaq, yığmaq, kut etmək. Otu kutlamaq. Torpağı kutlamaq

    Tam oxu »
  • KUTLAŞDIRMA

    “Kutlaşdırmaq”dan f.is

    Tam oxu »
  • KUTLAŞDIRMAQ

    bax kutlamaq. Zibili kutlaşdırmaq

    Tam oxu »
  • KUTLAŞMAQ

    f. Bir yerə yığılmaq, toplaşmaq. Uşaqlar bir az da kutlaşıb nə olacağını gözlədilər. M.İbrahimov. …Onlar birbirini basa-basa dar bir dairədə kutlaşır,

    Tam oxu »
  • KUZA

    [rus.] dan. bax ban1 1-ci mənada. Kuzadan qısaboylu, enlikürəkli cavan bir oğlan yerə tullandı. Ə.Əbülhəsən

    Tam oxu »
  • KUZƏ

    is. [fars.] Darboğazlı, aşağısı enli, qulplu saxsı su qabı; balaca səhəng, bardaq. İnci cəld kənarda olan şərab kuzəsini götürüb Ulucaya yaxınlaşır

    Tam oxu »
  • KUZƏÇİ

    is. köhn. Gildən kuzə qayıran usta, dulusçu. [Əbdək:] Mən kuzəçiyəm, memarlıq da edirəm. M.Hüseyn. // Kuzə qayrılıb satılan yer

    Tam oxu »
  • KUZƏÇİLİK

    is. Kuzəçinin işi, peşəsi; dulusçuluq

    Tam oxu »
  • bax küy. [Səfər bəy:] Gedək aşağıda kü salaq. M.F.Axundzadə

    Tam oxu »
  • KÜBAR

    [ər.] sif. və is. 1. Əsilzadə, aristokrat. Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim

    Tam oxu »
  • KÜBARANƏ

    [ər. kübar və fars. …anə] bax kübarcasına

    Tam oxu »
  • KÜBARCA

    bax kübarcasına. Sabbah və Xəyyam kübarca geyinmiş və üzləri taraş edilmiş gələrlər. H.Cavid

    Tam oxu »
  • KÜBARCASINA

    zərf Kübar adamlara xas olan bir tərzdə, kübar kimi; aristokratcasına. Kübarcasına yaşamaq

    Tam oxu »
  • KÜBARLIQ

    is. Əsilzadəlik, aristokratlıq. Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır

    Tam oxu »
  • KÜÇƏ

    is. 1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol

    Tam oxu »
  • KÜÇƏ-BAZAR

    top. Küçələr və bazarlar birlikdə; küçələr, bazarlar. Bu məsələ yalnız qəzetlərdə deyil, küçə-bazarda, meydan və yığıncaqlarda da insanları məşğul edi

    Tam oxu »
  • KÜÇƏBƏKÜÇƏ

    zərf Bir küçədən o biri küçəyə, bütün və ya çox küçələri; küçə-küçə. Küçəbəküçə gəzmək. – “Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb? Bu millət, ay baba,

    Tam oxu »
  • KÜÇƏSÜPÜRƏN

    sif. və is. İşi küçələri süpürməkdən ibarət olan; süpürgəçi. Küçəsüpürən qadın. Küçəsüpürənləri çağırmaq

    Tam oxu »
  • KÜÇƏTƏMİZLƏYƏN

    is. Küçənin qarını, zibilini və s.-ni təmizləyən avtomaşın. // Sif. mənasında. Küçətəmizləyən maşın

    Tam oxu »
  • KÜÇƏYUYAN

    is. Küçələri yumaq üçün xüsusi avtomaşın. // Sif. mənasında. Küçəyuyan maşın

    Tam oxu »
  • KÜÇÜK

    is. 1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək. 2. Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir)

    Tam oxu »
  • KÜÇÜKLƏMƏ

    “Küçükləmək”dən f.is

    Tam oxu »
  • KÜÇÜKLƏMƏK

    f. 1. Balalamaq, doğmaq (it cinsindən olan heyvanlar haqqında). Köpək küçüklədi. Qurd küçüklədi. 2. vulq

    Tam oxu »
  • KÜÇÜKLƏNMƏ

    “Küçüklənmək”dən f.is

    Tam oxu »
  • KÜÇÜKLƏNMƏK

    f. Yaltaqlanmaq

    Tam oxu »
  • KÜDURƏT

    [ər.] 1. Kin, ədavət, nifrət. [Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum

    Tam oxu »
  • KÜDURƏTLİ

    sif. 1. Ürəyi qəmli, dərdli, kədərli. 2. Küdurət saxlayan, kin bəsləyən, ədavəti olan. Küdurətli adam

    Tam oxu »
  • KÜDURƏTLİLİK

    is. Küdurətli adamın hal və keyfiyyəti

    Tam oxu »