Толковый словарь азербайджанского языка

  • LAXLIQ₂

    is. 1. Lax şeyin halı. 2. məc. Boşluq, laqeydlik, ciddiyyətsizlik. Bizim bəzilərimizdə bir laxlıq, ətalət var

    Полностью »
  • LAXTA₂

    sif. dan. Ətli-canlı, kök. Laxta uşaq

    Полностью »
  • LAXTA₁

    is. və sif. Bərkiyib qatılaşmış qan kütləsi. Qalın topa birçəkləri öz qanı ilə boyanmış; Bığlarının kənarında qan laxtası dayanmış

    Полностью »
  • LAXTALANMA₂

    “Laxtalanmaq2”dan f.is

    Полностью »
  • LAXTALANMA₁

    “Laxtalanmaq1”dan f.is. Qanın laxtalanması

    Полностью »
  • LAXTALANMAQ₂

    f. dan. Dolğunlaşmaq, irilənmək, böyümək. Ay doğdu, laxtalandı; Doğduqca laxtalandı; Yarıma xəbər verin; Məzarım taxtalandı

    Полностью »
  • LAXTALANMAQ₁

    f. Laxta halına düşmək; bərkimək, kəsifləşmək, qatılaşmaq (qan haqqında). Oğlanın gicgahında qan laxtalanmışdı

    Полностью »
  • LAXTALAŞMA

    “Laxtalaşmaq”dan f.is

    Полностью »
  • LAXTALAŞMAQ

    bax laxtalanmaq1

    Полностью »
  • LAK₁

    [ital.] Parıltı vermək, həmçinin korlanmaqdan qorumaq üçün əşyanın üzərinə çəkilən spirtdə, yağda, skipidarda həll olunmuş qatran

    Полностью »
  • LAK

    Dağıstanda yaşayan Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. Lak dili. Lak kəndi

    Полностью »
  • LAKCA

    sif. və zərf Lak dilində (bax lak2). Lakca-rusca lüğət. Lakca danışmaq

    Полностью »
  • LAKÇI

    is. Dəriyə, mebelə lak çəkən usta

    Полностью »
  • LAKÉY

    is. [fr.] 1. Nökər. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Ə.Haqverdiyev

    Полностью »
  • LAKİN

    bağl. [ər.] Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir

    Полностью »
  • LAKLAMA

    “Laklamaq”dan f.is

    Полностью »
  • LAKLAMAQ

    f. Lak vurmaq, lak sürtmək, lakla örtmək. Bufeti laklamaq. Stolu laklamaq

    Полностью »
  • LAKLANMA

    “Laklanmaq”dan f.is

    Полностью »
  • LAKLANMAQ

    məch. Lak çəkilmək, lak sürtülmək, lakla örtülmək

    Полностью »
  • LAKLATDIRMA

    “Laklatdırmaq”dan f.is

    Полностью »
  • LAKLATDIRMAQ

    icb. Lak çəkdirmək, lak sürtdürmək, lak vurdurmaq

    Полностью »
  • LAKLI

    sif. Lak çəkilmiş, lak sürtülmüş, lakla örtülmüş. Laklı dəri. // Lak qatılmış. Laklı rəng

    Полностью »
  • LAKMUS

    [holl. lakmoes] Dəniz şibyələrindən hasil edilən, kağıza turşuların təsirilə qırmızı, qələvilərin təsirilə isə göy rəng verən boyayıcı maddə

    Полностью »
  • LAKONİK

    sif. [yun.] Qısa, yığcam, azsözlü

    Полностью »
  • LAKTÁSİYA

    [lat.] fiziol. İnsanlarda və məməli heyvanlarda süd vəzilərində südün əmələ gəlməsi, toplanması və onun ifrazı prosesi

    Полностью »
  • LAQ-LAQ

    təql. Leyləyin çıxardığı səs. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laqlaqla keçər. (Ata. sözü)

    Полностью »
  • LAQEYD

    [ər.] 1. sif. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran

    Полностью »
  • LAQEYDANƏ

    [ər. laqeyd və fars …anə] bax laqeydcə(sinə). Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı

    Полностью »
  • LAQEYDCƏ

    zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan. Laqeydcəsinə baxmaq

    Полностью »
  • LAQEYDCƏSİNƏ

    zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan. Laqeydcəsinə baxmaq

    Полностью »
  • LAQEYDLƏŞMƏ

    “Laqeydləşmək”dən f.is

    Полностью »
  • LAQEYDLƏŞMƏK

    f. Laqeyd olmaq, heç bir şeyə maraq göstərməmək, soyuqqanlı olmaq

    Полностью »
  • LAQEYDLİK

    1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik

    Полностью »
  • LAQQALAQ

    təql. Darboğaz qabdan tökülən və ya qaynayan mayenin, yaxud da heyvanların dillə bir şeyi yalayarkən çıxardığı səs

    Полностью »
  • LAQQILDAMA

    “Laqqıldamaq”dan f.is

    Полностью »
  • LAQQILDAMAQ

    f. Darboğaz qabdan axan su və ya qaynayan mayenin çıxardığı səsə bənzər səs çıxarmaq

    Полностью »
  • LAQQILTI

    is. 1. Laqqıldayaraq axan və ya tökülən mayedən çıxan səs. 2. bax laqqırtı

    Полностью »
  • LAQQIRTI

    is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında). [Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı

    Полностью »
  • LAL

    sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər

    Полностью »
  • LAL-DİNMƏZ

    1. zərf Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. Lal-dinməz oturmaq. – Səlimnaz lal-dinməz dayanıb, bütün bədəni ilə qapını tutmuşdu

    Полностью »
  • LAL-KAR

    1. sif. Həm danışmaq, həm də eşitmək qabiliyyəti olmayan. Lal-kar uşaq. // İs. mənasında. Lal-karlar məktəbi

    Полностью »
  • LAL-KARLIQ

    is. Həm danışmaq, həm də eşitmək qabiliyyətindən məhrumluq; lal və kar adamın halı

    Полностью »
  • LAL-MAT

    zərf Heyrət içərisində; susaraq. Arvad belə rəftarı gördükdə lal-mat geri dönüb qayıtdı. B.Talıblı

    Полностью »
  • LALAPİTİ

    sif. Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam

    Полностью »
  • LALAPİTİK

    sif. Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam

    Полностью »
  • LALƏ

    is. [fars.] 1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi d

    Полностью »
  • LALƏÇİÇƏKLİLƏR

    cəm bot. Lalə və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi

    Полностью »
  • LALƏDODAQ

    sif. şair. Dodaqları lalə kimi qırmızı. Bu evlər, lalədodaq kəndli qızları, hamısı [Əsgərə] məxsus idi

    Полностью »
  • LALƏGUN

    sif. [fars.] klas. Lalə rəngində, lalərəngli, lalə kimi qırmızı. Tərk etdi libasilaləguni. Füzuli. □ Laləgun olmaq klas

    Полностью »
  • LALƏLƏNMƏ

    “Lalələnmək”dən f.is

    Полностью »