Azərbaycan dilinin izahlı lüğəti

  • LIĞ

    bax lıqqa. [Firidun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi

    Tam oxu »
  • LIĞA

    is. Qatı, mət, qəliz. [Mirzə] gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamını kimsəyə oxumaz

    Tam oxu »
  • LIĞLANMA

    “Lığlanmaq”dan f.is

    Tam oxu »
  • LIĞLANMAQ

    f. Lığ halına gəlmək, lığ olmaq. Yağışın suyu lığlanıb

    Tam oxu »
  • LIĞLAŞMA

    “Lığlaşmaq”dan f.is

    Tam oxu »
  • LIĞLAŞMAQ

    bax lığlanmaq

    Tam oxu »
  • LIQQA

    is. Yağmurdan, sulu qardan yerdə əmələ gələn duru palçıq; batdaq, lehmə

    Tam oxu »
  • LIQQILDAMA

    “Lıqqıldamaq”dan f.is

    Tam oxu »
  • LIQQILDAMAQ

    f. Lıqqıltı ilə qaynamaq (samovar, çaynik, su və s.). Çaynik lıqqıldayır

    Tam oxu »
  • LIQQILDATMA

    “Lıqqıldatmaq”dan f.is

    Tam oxu »
  • LIQQILDATMAQ

    f. İçərisində maye olan qabı tərpədib lıqqıltı səsi çıxartmaq. Südqabını lıqqıldatmaq

    Tam oxu »
  • LIQQILTI

    təql. İçərisində maye olan qabı tərpətdikdə çıxan səs, lıqqıldama səsi

    Tam oxu »
  • LIRÇILDAMA

    “Lırçıldamaq”dan f.is

    Tam oxu »
  • LIRÇILDAMAQ

    f. Lırçıltı səsi vermək, lırçıltı səsi çıxarmaq

    Tam oxu »
  • LIRÇILTI

    təql. Palçığa, batdağa və b. qəliz şeyə batıb çıxan bir şeydən hasil olan səs

    Tam oxu »
  • LIRT

    sif. 1. Çox dəyib sulanmış. Lırt armud. Lırt əzgil. 2. məc. Süst, ət kimi boş. Lırt olmaq (süst olmaq, əzginləşmək, süstləşmək)

    Tam oxu »
  • LIRTQARIN

    sif. dan. Böyük və sallaq qarnı olan. Lırtqarın adam

    Tam oxu »
  • LIRTLIQ

    is. 1. Lırt şeyin (adamın) halı. 2. məc. Boşluq, süstlük, əzginlik

    Tam oxu »
  • LIRTMAC

    bax lıqqa

    Tam oxu »
  • LİANA

    [fr.] bot. Tropik meşələrdə, Qafqaz meşələrində bitən iri sarmaşıq, bitki

    Tam oxu »
  • LİBAS

    is. [ər.] 1. Paltar, geyim. Səfər libası. Toy libası. Dərviş libası. Hərbi libas. – Pənbeyi-daği-cünun içrə nihandır bədənim; Diri olduqca, libasım bu

    Tam oxu »
  • LİBASLI

    sif. Paltarlı, geyimli. [Qəhrəman:] Qara libaslı bir kişi qapının qıfılını sındırmağa məşğul idi. H.Nəzərli

    Tam oxu »
  • LİBASSIZ

    sif. və zərf Paltarsız. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin ö

    Tam oxu »
  • LİBERAL

    [lat. liberalis – azad] 1. Liberalizm (1-ci mənada) tərəfdarı. 2. Liberal partiyalardan birinin üzvü

    Tam oxu »
  • LİBERALCASINA

    sif. və zərf Liberala (2-ci mənada) xas olan bir tərzdə, liberal kimi, liberallıq göstərərək. Liberalcasına münasibət

    Tam oxu »
  • LİBERALİZM

    [lat.] 1. Feodal təhkimçilik dövründə və burjua inqilabları zamanı burjuaziya üçün azadlıq tələb edən, onun siyasi hakimiyyəti qurulduqdan sonra isə s

    Tam oxu »
  • LİBERALLAŞMA

    “Liberallaşmaq”dan f.is

    Tam oxu »
  • LİBERALLAŞMAQ

    f. 1. köhn. Liberal olmaq, liberal bir şəkil (hal) almaq; demokratlaşmaq, azadfikirli olmaq. 2. dan. Möhkəmliyini, sabitliyini itirmək, liberalizmə (3

    Tam oxu »
  • LİBERALLIQ

    bax liberalizm 3-cü mənada. □ Liberallıq göstərmək – lüzumsuz yerə yumşaqlıq (rəhmdillik) göstərmək, pis işlərə göz yummaqla onlara yol vermək

    Tam oxu »
  • LİBERTİ

    [ing.] İpək və ya ipək qarışıq yumşaq, parıltılı parça növü. Liberti çarşab. Liberti köynək

    Tam oxu »
  • LİBİDO

    is. [lat.] 1. Psixoanalizin əsas anlayışlarından biri, şüursuz cinsi həvəs. 2. Psixi energiya

    Tam oxu »
  • LİBRÉTTO

    [ital.] 1. Böyük musiqi-vokal əsərinin (opera, operetta, oratoriya) mətni. “Şahsənəm” operasının librettosunu Cəfər Cabbarlı yazmışdır

    Tam oxu »
  • LİBRETTOÇU

    is. Libretto yazan şəxs, libretto müəllifi

    Tam oxu »
  • LİCİM

    is. dan. Biçim, görkəm, təhər-töhür, üst-baş. Bunun licimini görürsən?! O danışanda nə təhər də gülür! – deyə iki əlilə döşünü sıxıb geriyə çəkildi

    Tam oxu »
  • LİDER

    [ing. leader – başçı] 1. Siyasi partiyanın, ictimai-siyasi təşkilatın və s. başçısı, rəhbəri. Parlament fraksiyasının lideri

    Tam oxu »
  • LİDERLİK

    is. 1. Liderin mövqeyi, vəzifəsi. // Liderin fəaliyyəti; başçılıq. 2. Hər hansı yarışda birincilik. Liderlik uğrunda mübarizə

    Tam oxu »
  • LİF₂

    is. Bədəni sabunlayıb çirkini aparmaq üçün nazik parçadan tikilmiş və ya toxunmuş kisəcik. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çox çirklidir… Ye

    Tam oxu »
  • LİF₁

    is. [ər.] Pambığın, baramanın incə saçaqları, ipliyi. Pambıq lifi

    Tam oxu »
  • LİFAYIRAN

    sif. xüs. Pambıq, barama və s. liflərini ayıran. // İs. mənasında. Pambıq, barama və s. liflərini ayıran maşın

    Tam oxu »
  • LİFÇİ

    is. Hamamda lif çəkən adam; kisəçi

    Tam oxu »
  • LİFƏ

    is. Şalvarın, dizliyin, tumanın içərisindən bağ keçirilən bel hissəsi

    Tam oxu »
  • LİFƏLİ

    sif. Lifə tikilmiş, lifəsi olan. Lifəli dizlik. Lifəli tuman. – Həmişəki kimi [Şahbaz bəy] yenə də müsəlmanı deyilən lifəli şalvar, qara, gahlı arxalı

    Tam oxu »
  • LİFGİR

    is. [ər. lif və fars. …gir] köhn. bax lifçi. Hacı Əbdül hamamında hamı lifgir, camadar; Altı aydır, gecələr məşq qılar, növhə yazar

    Tam oxu »
  • LİFGİRLİK

    köhn. bax lifçilik

    Tam oxu »
  • LİFLƏMƏ

    “Lifləmək”dən f.is

    Tam oxu »
  • LİFLƏMƏK

    f. Liflə bədəni yumaq, bədənə lif sürtmək. Özünü lifləmək

    Tam oxu »
  • LİFLƏNMƏ

    “Liflənmək”dən f.is

    Tam oxu »
  • LİFLƏNMƏK

    qayıd. Liflə yuyunmaq, bədəninə lif sürtmək. Liflənib qurtarmaq

    Tam oxu »
  • LİFLİ

    sif. Tərkibində lif olan, liflərdən ibarət. Nazik lifli pambıq. Lifli parça. Lifli bitki

    Tam oxu »
  • LİFT

    [ing. lift] Çoxmərtəbəli binalarda, şaxtalarda adam və yük qaldırıb-düşürmək üçün maşın. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdul

    Tam oxu »