sif. [ər.] 1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ce
zərf 1. Bax məğrurcasına. Başımızın üzərində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır. 2. Təşəxxüslə, təkəbbürlə, lovğa-lovğa
sif. [ər. məğrur və fars. …anə] 1. Məğrur, məğrur bir tərzdə, vüqarla. Məğruranə hərəkət. – [Şah:] Xurşid, … xoşbəxtəm ki, sənin məğruranə sözlərini q
zərf Qürurla, vüqarla, məğrur bir tərzdə; məğrur-məğrur. Məğrurcasına dayanmaq (baxmaq)
“Məğrurlanmaq”dan f.is
f. Boş-boşuna qürrələnmək, bir şeyə güvənmək, iddialanmaq
is. 1. Öz ləyaqət və yüksəkliyini hiss etmə, mənlik hissi; vüqar. [Vahid:] Mənə hər şeydən artıq xoş gələn [anamın] məğrurluğu idi
sif. klas. Qarma-qarışıq, hərcmərc, iğtişaşlı. Belə vilayəti dağıtsın Tarı; Ziyadə məğşuşdur Ərəs kənarı
is. Qarma-qarışıqlıq, şuluqluq, hərc-mərclik, iğtişaş. [Allahverdi:] Aram, deyirlər, Bakıda məğşuşluq var? C
is. [fars.] 1. dan. bax ləpə2. Badamın məğzi. Qoz məğzi. 2. məc. Mahiyyət, əsas, əsil. Vaqif gördü ki, İbrahim xan onun sözlərinin məğzini dərk etmir
is. [fars.] Badam içi, badam ləpəsi. // Təmizlənmiş badam
[fars.] klas. bax mah. Ey dil, ki hicrə doymayıb, istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana
sif. [ər.] Görünüşcə əzəmətli, vüqarlı. 2. Dəhşətli. 3. is. Qorxu, çəkinmə hissi
[ər.] klas. bax mahal2. Qərəz Füzuliyə ancaq əlində ölməkdir; Bəli, məhaldır ol həm, sən olacaq qatil
[ər.] is. Bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər. …Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə
sif. Məharəti olan; bacarıqlı, qabiliyyətli, mahir. Məharətli usta. – …Onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna və səliqəli gəc çəkən var
is. Bacarıqlılıq, qabillik, qabiliyyətlilik, mahirlik
sif. Məharəti olmayan, bacarıqsız, qabiliyyətsiz
is. Məharətsiz olma; qabiliyyətsizlik, bacarıqsızlıq
is. [ər.] Həbsxana. Məhbəsə salmaq. – [Aydəmir:] …Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur… C
[ər. məhbəs və fars. …xanə] bax məhbəs
is. [ər.] klas. Sevgili, məşuq, istəkli (kişi). Zatında çü var idi məhəbbət; Məhbubu görüncə tutdu ülfət
is. [ər.] Sevgili, məşuqə, istəkli (qadın – qız). Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlmi xatunla oturub söhbətə məşğul idi
is. [ər.] Həbs olunmuş; dustaq. Bu halda məhbuslar yerə yıxılıb şahın ayağına sürünürlər. Ü.Hacıbəyov
is. Həbsdə olma, dustaqda olma; dustaqlıq
sif. [ər.] klas. Utanmış, utanan, utancaq. [Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi. A.Şaiq
is. klas. Utanma, utancaqlıq, həya. Ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi
sif. [ər.] 1. Əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış. Hasarla məhdud bir ev. □ Məhdud etmək – hədd qoymaq, hüdud qoymaq, məhdudlaşdırmaq
[ər.] bax məhdudluq
“Məhdudlandırılmaq” dan f.is
bax məhdudlaşdırılmaq
“Məhdudlandırmaq” dan f.is
bax məhdudlaşdırmaq. İmkanı məhdudlandırmaq
“Məhdudlanmaq”dan f.is
f. Öz işi və hərəkətində müəyyən bir hədlə kifayətlənmək, ondan kənara çıxmamaq
bax məhdudlayıcı
“Məhdudlaşdırılmaq” dan f.is
məch. Müəyyən bir hüdud, çərçivə içinə alınmaq, müəyyən bir dairədə saxlanılmaq
“Məhdudlaşdırmaq” dan f.is
f. Müəyyən bir hüdud içinə almaq, məhdud etmək, hədd qoymaq, müəyyən həddə, çərçivədə saxlamaq. İmkanı məhdudlaşdırmaq
“Məhdudlaşmaq”dan f.is
f. Məhdud olmaq, müəyyən hədd-hüdud içərisində olmaq, kifayətlənmək. [Müəllimlərin] ikiilliklə əlaqədar olaraq gördükləri işlər yalnız bununla məhdudl
sif. Məhdud edən, məhdudlaşdıran, müəyyən ölçüdən, hüduddan kənara çıxmağa qoymayan; məhdudedici
is. Məhdud olma, müəyyən hədd-hüdud içərisində olma; məhdudiyyət. // Azlıq, kifayətsizlik, darlıq. İmkanların məhdudluğu
is. [ər.] 1. Eşq, sevgi, sevmə, sevişmə. Aralarında məhəbbət var. □ Məhəbbət bağlamaq (salmaq) – sevmək, vurulmaq, eşq yetirmək
zərf [ər. məhəbbət və fars. …anə] Dərin məhəbbətlə, sevgi hissi ilə. Məhəbbətanə süzmək. – [Molla Fərəc:] Məhəbbətanə qızlara baxır
sif. Məhəbbət bəsləyən, məhəbbəti olan, məhəbbət ifadə edən. Bu qədər adamın içində Məryəm Nadirin gözünə görünər-görünməz yenə də Zeynəbin məhəbbətli
is. [ər. məhəbbət və fars. …namə] 1. Dostyana məktub. [Vaqif:] Mirzə Camal, Rum soltanına yazılmış məhəbbətnaməni ver görüm
sif. Məhəbbəti, sevgisi olmayan. // zərf Məhəbbət olmadan; sevgisiz, istəksiz. Məhəbbətsiz evlənmək
is. [ər.] Balkonun, eyvanın, pilləkənin, körpünün kənarına çəkilən şəbəkə; barmaqlıq, sürahi. Dəmir məhəccər