Azərbaycan dilinin izahlı lüğəti

  • OXLAMAQ

    f. 1. Oxla vurmaq. Ceyranı oxlamaq. – Yanaqların güldü, solmaz; Oxladın, yaram sağalmaz. Aşıq Ələsgər

    Tam oxu »
  • OXLANMA

    “Oxlanmaq”dan f.is

    Tam oxu »
  • OXLANMAQ

    məch. 1. Oxla vurulmaq. İgidim oxlanıbdı; Ürəklər qara qandı. (Bayatı). 2. dan. Ox keçirilmək, ox salınmaq (bax ox2 3-cü mənada)

    Tam oxu »
  • OXLOV

    is. Xəmir yaymaq üçün işlədilən ortası yoğun, ucları getdikcə nazikləşən taxta mildən ibarət alət. Oxlovla xəmir yaymaq

    Tam oxu »
  • OXLOVÇU

    is. köhn. Çörəkxanada xəmir yayan işçi. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri … təndirə yapırdı

    Tam oxu »
  • OXLOVLAMA

    “Oxlovlamaq”dan f.is

    Tam oxu »
  • OXLOVLAMAQ

    f. 1. Oxlovla yaymaq. Xəmiri oxlovlamaq. 2. Oxlovla döymək, oxlovla vurmaq. Uşağı oxlovlamaq

    Tam oxu »
  • OXLU

    sif. Oxu olan. Oxlu təkər. ◊ Oxlu kirpi zool. – gəmiricilər dəstəsindən kürəyi və yanları uzun tikanlarla örtülü məməli heyvan

    Tam oxu »
  • OXLUQ

    is. 1. Ox qayrılmaq üçün yarayan. Oxluq ağac. 2. bax oxdan. Şah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq

    Tam oxu »
  • ÓXRA

    is. [yun.] Açıq qəhvəyi rəngli təbii boya

    Tam oxu »
  • OXRANMA

    “Oxranmaq”dan f.is

    Tam oxu »
  • OXRANMAQ

    f. məh. Yavaşdan kişnəmək. At oxrandı

    Tam oxu »
  • OXRANTI

    is. məh. Yavaş kişnəmə, kişnərti. Oxrantı səsi. – [Qoca:] O yanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir… A

    Tam oxu »
  • OXŞADILMA

    “Oxşadılmaq”dan f.is

    Tam oxu »
  • OXŞADILMAQ

    f. Bənzədilmək

    Tam oxu »
  • OXŞAMA₂

    1. “Oxşamaq2”dan f.is. 2. əd. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik şeir formalarından biri. Səhhət, Cabbarlı və Vurğun kimi sənətkarlarımız öz ə

    Tam oxu »
  • OXŞAMA₁

    “Oxşamaq1”dan f.is

    Tam oxu »
  • OXŞAMAQ₂

    f. 1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb … oxşamağa baş

    Tam oxu »
  • OXŞAMAQ₁

    f. Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. – [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız

    Tam oxu »
  • OXŞANMA

    “Oxşanmaq”dan f.is

    Tam oxu »
  • OXŞANMAQ

    məch. Əzizlənmək, nəvaziş olunmaq, sevilmək, nəvazişlənmək. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən … heç bir şey sənin üçün qorxulu deyi

    Tam oxu »
  • OXŞAR

    sif. Bənzər, oxşayan, bənzəyən. Cəmiləyə oxşar bir ana öz toppuş qızı ilə oynayırdı. S.Rəhimov. …Əndamlı xanım xalata oxşar, qırmızıgüllü, sarı paltar

    Tam oxu »
  • OXŞARLIQ

    is. Bənzərlik, uyğunluq, bənzəyiş, oxşama. Onların arasında heç bir oxşarlıq yoxdur

    Tam oxu »
  • OXŞATMA

    “Oxşatmaq”dan f.is

    Tam oxu »
  • OXŞATMAQ

    f. 1. Bənzətmək. [Qulam müəllim] Dəmirovu oxşatmışdı, ancaq tanıya bilməmişdi. S.Rəhimov. Qız yenə gülümsündü və bu təbəssüm onu məsum bir uşağa oxşat

    Tam oxu »
  • OXŞAYICI

    sif. 1. Nəvazişli, şəfqətli, mehriban. Oxşayıcı baxış. 2. məc. Mülayim, yumşaq, sakit; ruhu oxşayan. Gecənin sərin, oxşayıcı mehi [Qədiri] alıb ayrı a

    Tam oxu »
  • OXŞAYIŞ₁

    is. Bənzəyiş, oxşarlıq, bənzərlik. Zahiri oxşayış

    Tam oxu »
  • OXŞAYIŞ₂

    is. Nəvaziş

    Tam oxu »
  • OXŞƏKİLLİ

    sif. Ox şəklində olan, ucu ox kimi iti olan; oxvari

    Tam oxu »
  • OXŞƏKİLLİLİK

    is. Oxşəkilli şeyin forması; oxvarilik

    Tam oxu »
  • OXU

    is. Hər hansı mətni səslə və ya səssiz oxuma; qiraət.□ Oxu zalı – kitab, qəzet və s. oxumaq üçün kitabxana, klub və s

    Tam oxu »
  • OXU-YAZI

    is. 1. Oxuyub-yazmaqla məşğul olma, oxuma və yazma işi. Vaxtını oxuyazı ilə keçirmək. 2. Oxuyub-yazmağı bacarma; savad

    Tam oxu »
  • OXUCU

    1. is. Kitab və s. oxuyan, mütaliəçi. Yazıçılarla oxucuların görüşü. – İndi xəbər verim oxucuma mən; Xəyalı küsdürən bir faciədən

    Tam oxu »
  • OXUDULMA

    “Oxudulmaq”dan f.is

    Tam oxu »
  • OXUDULMAQ

    “Oxutmaq”dan məch

    Tam oxu »
  • OXUMA

    “Oxumaq”dan f.is. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov

    Tam oxu »
  • OXUMAQ

    f. 1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq

    Tam oxu »
  • OXUMUŞ

    f.sif. Təhsil almış, məktəb qurtarmış; təhsilli, savadlı. Oxumuş qız. – [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı iş bilən, oxumuş adamlar

    Tam oxu »
  • OXUNAQLI

    sif. Həvəslə oxunan, maraqlı. Oxunaqlı kitab. – Məncə “Ana abidəsi” gərək faydalı, oxunaqlı bir roman olsun

    Tam oxu »
  • OXUNMA

    “Oxunmaq”dan f.is

    Tam oxu »
  • OXUNMAQ

    məch. 1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub. – O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi

    Tam oxu »
  • OXUNUŞ

    is. Oxuma işi, oxuma tərzi; oxunma. Şerin oxunuşu. – Hamı ehtiramla fərmanın oxunuşunu dinlədi, sonra hərə öz ürək sözünü dedi

    Tam oxu »
  • OXUŞMA

    “Oxuşmaq”dan f.is

    Tam oxu »
  • OXUŞMAQ

    qarş. 1. Mahnı və s. oxumaqda yarışmaq; deyişmək. Aşıqlar oxuşurlar. – …Mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb

    Tam oxu »
  • OXUTDURMA

    “Oxutdurmaq”dan f.is

    Tam oxu »
  • OXUTDURMAQ

    “Oxumaq”dan icb. Kağızı oxutdurmaq. – Hacı məktubu xanıma oxutdurmaq istəyirdi. M.S.Ordubadi. [Səriyyə:] [Əmim] 9 il zəhmətimi çəkib oxutdurdu

    Tam oxu »
  • OXUTMA

    “Oxutmaq”dan f.is

    Tam oxu »
  • OXUTMAQ

    icb. 1. Oxumağı xahiş etmək (başqasından), oxumağa sövq etmək, yaxud icazə vermək. Pərinisə … qardaşından təvəqqe elədi ki, kağızı aparıb bir adama ox

    Tam oxu »
  • OXUYAN

    is. 1. Xanəndə. Əntiqə indi nə oxuyur, nə də oxuyanlara yanaşırdı. Mir Cəlal. Ayna bulaqların ləzzəti varmı; Üstündə oxuyan, çalan olmasa? N

    Tam oxu »
  • OXUYUB-ÇALAN

    top. Xanəndə və sazəndə, oxuyan və çalan, xanəndə və çalğıçı. Toya oxuyub-çalan dəvət etmək. – [Səfərqulu bəy:] Ədə, oxuyan-çalanlara xəbər vermisənmi

    Tam oxu »