Azərbaycan dilinin izahlı lüğəti

  • OVSANA

    ovsanadan çıxarmaq – edilən yaxşılığa, köməyə qiymət verməmək; unutmaq, qiymətdən salmaq. Yaxşılığımı ovsanadan çıxardı

    Tam oxu »
  • OVSAR

    is. [fars.] Dəvə noxtası. Dəvə tanınmasa, ovsarı tanınar. (Ata. sözü). Dağların başından keçəmmir karvan; Ovsarı əlində ağlayır sarvan

    Tam oxu »
  • OVSARLAMA

    “Ovsarlamaq”dan f.is

    Tam oxu »
  • OVSARLAMAQ

    f. 1. Dəvənin başına ovsar keçirmək, dəvəni noxtalamaq. Dəvəni əvvəl ovsarla, sonra Allaha ismarla. (Məsəl)

    Tam oxu »
  • OVSARLANMA

    “Ovsarlanmaq”dan f.is

    Tam oxu »
  • OVSARLANMAQ

    məch. Başına noxta keçirilmək, noxtalanmaq. Dəvə ovsarlandı

    Tam oxu »
  • OVSARLI

    sif. Noxtalı, başında noxta olan (dəvə haqqında)

    Tam oxu »
  • OVSUN

    is. [fars. əfsun] Sehr, cadu, pitik. İlan əvvəl ovsun oxuyanı öldürər. (Ata. sözü)

    Tam oxu »
  • OVSUNÇU

    is. köhn. Ovsunçuluqla məşğul olan adam; cadugər, pitikçi. [Mürsəl:] İlan ovsunçudan qorxan kimi [Veysəl] də məni görəndə dili girir qarnına

    Tam oxu »
  • OVSUNÇULUQ

    is. Ovsunçunun işi, peşəsi; cadugərlik, pitikçilik

    Tam oxu »
  • OVSUNLAMA

    “Ovsunlamaq”dan f.is

    Tam oxu »
  • OVSUNLAMAQ

    f. Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe etmək, öz təsiri altına almaq. [Vahimə] istəsə ilanı da ovsunlayıb yuvasından çıxardar

    Tam oxu »
  • OVSUNLANMA

    “Ovsunlanmaq”dan f.is

    Tam oxu »
  • OVSUNLANMAQ

    məch. Mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe edilmək, təsiri altına alınmaq

    Tam oxu »
  • OVSUNLU

    sif. Ovsun edilmiş, sehirli, cadulu

    Tam oxu »
  • OVŞALA

    is. Su, şəkər və sirkədən (və ya limon turşusundan) hazırlanan sərinlədici içki; şərbət. Ovşala içmək

    Tam oxu »
  • OVŞAR

    is. dan. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallama, ovuşdurma. □ Ovşara gətirmək – bax ovşarlamaq

    Tam oxu »
  • OVŞARLAMA

    “Ovşarlamaq”dan f.is. Ovşarlama üsulu ilə sağmaq nəticəsində Həcər arvad hamıdan tez, hamıdan çox süd sağırdı

    Tam oxu »
  • OVŞARLAMAQ

    f. Sağımdan əvvəl heyvanların, əsasən qaramalın əmcəklərini sığallamaq, ovuşdurmaq, ovşara gətirmək. Bu arvad inəyi adi sağıcılar kimi sağmır, ovşarla

    Tam oxu »
  • OVUC

    is. 1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq. – …Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi

    Tam oxu »
  • OVUC-OVUC

    sif. və zərf Ovuclayaraq, ovuclarla, ovuc dolusu. [Nəbi:] Ovuc-ovuc içək düşmən qanını. “Qaçaq Nəbi”

    Tam oxu »
  • OVUCLAMA

    “Ovuclamaq”dan f.is

    Tam oxu »
  • OVUCLAMAQ

    f. Ovucla götürmək, ovcunu ya ovuclarını doldurub götürmək. Arpanı ovuclamaq. – Suyu bulaq gözündən ovuclayıb içməyə öyrəşmiş mən bu təmli, qazlı sula

    Tam oxu »
  • OVUCLANMA

    “Ovuclanmaq”dan f.is

    Tam oxu »
  • OVUCLANMAQ

    məch. Ovucla götürülmək

    Tam oxu »
  • OVUCU

    is. Ovan, masajçı

    Tam oxu »
  • OVUQ

    is. 1. Ovulmuş, oyulmuş yer; koğuş. Dələ ovuqda gizləndi. Divardakı ovuq. – Axdı göz yaşı tək soyuq damlalar; Sehirli daşların ovuqlarından

    Tam oxu »
  • OVUQLU

    sif. Ovuğu olan, koğuşlu. Ovuqlu ağac. Ovuqlu qaya

    Tam oxu »
  • OVULMA₁

    “Ovulmaq1”dan f.is

    Tam oxu »
  • OVULMA₂

    “Ovulmaq2”dan f.is

    Tam oxu »
  • OVULMAQ₁

    1. məch. Narınlaşdırılmaq, narın edilmək, ovuq hala salınmaq. Kisədəki tənbəki ovulmuşdur. 2. Ovulub tökülmək

    Tam oxu »
  • OVULMAQ₂

    bax ovuşdurulmaq. ◊ Burnu ovulmaq – bax burun

    Tam oxu »
  • OVUM

    bax ovuntu

    Tam oxu »
  • OVUNDURMA

    “Ovundurmaq”dan f.is

    Tam oxu »
  • OVUNDURMAQ

    f. Sakitləşdirmək, təskin etmək, təskinlik vermək, ovutmaq. Aslan uşaqların başını dizi üstünə qoyub ovundurmağa çalışırdı

    Tam oxu »
  • OVUNDURUCU

    sif. Sakitləşdirici, təskinedici, ovuducu

    Tam oxu »
  • OVUNMA

    “Ovunmaq”dan f.is

    Tam oxu »
  • OVUNMAQ

    f. Sakitləşmək, təskinlik tapmaq, təsəlli tapmaq. [Yanardağ:] Acıqlı Əhrimən elimizə çox acıqlanmış, nə qədər adi qurbanlar verilirsə, ovunmur

    Tam oxu »
  • OVUNMAZ

    sif. Heç bir şeylə təskinlik tapmayan, ovunmayan, sakitləşməyən, rahatlanmayan

    Tam oxu »
  • OVUNTU

    top. Bir şeyin ovulmuş hissəcikləri, qırıntıları. Çörək ovuntusu. Ağac ovuntusu. Qənd ovuntusu. Mərmər ovuntusu

    Tam oxu »
  • OVURD

    bax ord. Nəriman əmi ovurdlarını şişirdərək, əlini bığına çəkib məzəmmətlə Murada baxdı… İ.Əfəndiyev

    Tam oxu »
  • OVURTDAQ

    sif. dan. Sifəti koppuş, kök. Ovurtdaq hesabdar içini arıtlayaraq özündən razı bir sifətlə stolun arxasına keçdi

    Tam oxu »
  • OVUŞDURMA

    “Ovuşdurmaq”dan f.is

    Tam oxu »
  • OVUŞDURMAQ

    f. 1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək; əlini gəzdirib ovucla sıxmaq, ovmaq; masaj eləmək

    Tam oxu »
  • OVUŞDURULMA

    “Ovuşdurulmaq”dan f.is

    Tam oxu »
  • OVUŞDURULMAQ

    məch. Masaj edilmək; ovulmaq

    Tam oxu »
  • OVUŞUQ

    sif. Ovxalanmış, ovulmuş, əzilmiş, əzik

    Tam oxu »
  • OVUTMA

    “Ovutmaq”dan f.is

    Tam oxu »
  • OVUTMAQ

    bax ovundurmaq. Uşağı ovutmaq. Xəstəni ovutmaq. – Çıx buludlardan, ey əfsanəli qız! Gəl ovut ruhumu, ey şən yıldız! H

    Tam oxu »
  • OY

    bax ay2 2-ci mənada. [Xanım:] Oy, nə qədər qorxuncsunuz, ya rəbbi! – dedi. H.Nəzərli. [Gülçöhrə:] Oy, qorxdum a… Ü

    Tam oxu »