Azərbaycan dilinin izahlı lüğəti

  • POLADƏRİDƏN

    is. xüs. Polad əritməklə məşğul olan usta; poladtökən

    Tam oxu »
  • POLADƏRİTMƏ

    sif. və is. Polad əritmək üçün olan, polad əridilən. Poladəritmə sənayesi

    Tam oxu »
  • POLADI

    sif. Polad rəngli, polad rənginə çalan, gümüşü-boz. Poladı parça

    Tam oxu »
  • POLADLAMA

    “Poladlamaq”dan f.is

    Tam oxu »
  • POLADLAMAQ

    xüs. Elektroliz vasitəsilə üzərinə nazik polad təbəqəsi çəkmək

    Tam oxu »
  • POLADLAŞMA

    “Poladlaşmaq”dan f.is

    Tam oxu »
  • POLADLAŞMAQ

    f. 1. Polad halına gəlmək. 2. məc. Bərkləşmək, möhkəmləşmək

    Tam oxu »
  • POLADYAYAN

    sif. tex. Poladı yayıb yastı hala salan. Poladyayan dəzgah. // is. Poladyayma ustası olan fəhlə. Poladyayanların yarışı

    Tam oxu »
  • POLADYAYMA

    is. xüs. Poladı yayıb yastı hala salma

    Tam oxu »
  • POLÉMİKA

    is. [yun.] Müəyyən bir məsələ barədə fikir mübadiləsi; mübahisə, müzakirə, dartışma

    Tam oxu »
  • POLİARTRİ́T

    [yun. poly – çox və arthron – oynaq] tib. Oynaqların iltihabı

    Tam oxu »
  • POLİETİLÉN

    is. [yun.] Sintetik material

    Tam oxu »
  • POLİFONİK

    sif. [yun.] Polifoniyaya aid olan; çoxsəsli. Polifonik musiqi

    Tam oxu »
  • POLİFONİ́YA

    [yun. polyphonia] mus. Vokal və ya instrumental əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik

    Tam oxu »
  • POLİKLİ́NİKA

    [yun.] Müxtəlif ixtisaslar üzrə əhaliyə (istər gələn, istərsə də evdə yatan xəstələrə) həkim yardımı göstərən tibb müəssisəsi

    Tam oxu »
  • POLİQLÓT

    [yun.] Çox dil bilən adam

    Tam oxu »
  • POLİQÓN

    [yun.] Hərbi təlim, habelə müxtəlif silahların sınaqdan keçirilməsi üçün böyük sahə. Poliqonda təlim keçmək

    Tam oxu »
  • POLİQRAFÇI

    is. Poliqrafiya sənayesi işçisi, poliqrafiya mütəxəssisi

    Tam oxu »
  • POLİQRAFİ́K

    sif. [yun.] Poliqrafiya ilə əlaqədar olan, poliqrafiyaya aid olan. Poliqrafik işlər. Kitabın poliqrafik keyfiyyəti

    Tam oxu »
  • POLİQRAFİ́YA

    [yun. polygraphia – çox yazı] Çap məhsulları istehsalının bütün növlərini əhatə edən texnika, sənaye sahəsi

    Tam oxu »
  • POLİMERLƏR

    cəm [yun. polymeres – çox hissədən ibarət] Kimyəvi tərkibi eyni olan, lakin molekuldakı atomların miqdarına görə isə bir-birindən fərqlənən maddələr

    Tam oxu »
  • POLİNEZİYA

    is. [yun.] Sakit Okean adalar qrupu. Polineziya adaları vulkan mənşəlidir

    Tam oxu »
  • POLİNEZİYALILAR

    cəm Sakit okean adalarının (Polineziyanın) yerli əhalisi

    Tam oxu »
  • POLİOMİELİT

    [yun. polios – boz və myelos – ilik] tib. Uşaq iflici

    Tam oxu »
  • POLİP

    [yun. poly – çox və pus – ayaq] 1. zool. Yerindən hərəkət edə bilməyən dəniz heyvanı – bağırsaqboşluqluların oturaq növü

    Tam oxu »
  • POLİS

    [alm. polizai] 1. Polisiyada xidmət edən adam. Araz cavab verməyib polislər ilə birlikdə qapıdan çıxdı

    Tam oxu »
  • POLİSEMİYA

    [yun. poly – çox və sema – işarə] dilç. Bir sözdə bir neçə mənanın olması; sözün çoxmənalılığı

    Tam oxu »
  • POLİSİYA

    [alm. polizei] 1. Mövcud quruluşun təhlükəsizliyini və onun qoymuş olduğu qanun-qaydaları qoruyan xüsusi inzibati orqan

    Tam oxu »
  • POLİSMEN

    [ing. policeman] İngiltərə və ABŞ-da polis nəfəri; polis

    Tam oxu »
  • POLİSMEYSTER

    [alm. polizeimeistr] 1917-ci il inqilabından qabaq Rusiyada: iri şəhərlərin polis rəisi

    Tam oxu »
  • POLİTEXNİK

    sif. [yun.] 1. Texnikanın müxtəlif sahələrinə aid olan, onlarla bağlı olan. Politexnik institut. Politexnik muzey

    Tam oxu »
  • POLİTEXNİKİ

    bax politexnik 2-ci mənada

    Tam oxu »
  • POLİTEXNİKUM

    [yun.] Politexnik məktəb

    Tam oxu »
  • POLİTEXNİZM

    [yun.] Şagirdi istehsalatın bütün əsas sahələri ilə nəzəri və əməli tanış etmək əsasında qurulmuş təlim sistemi

    Tam oxu »
  • POLİTOLOQ

    is. [yun.] Siyasətlə və siyasət elmi ilə məşğul olan adam; siyasətşünas, siyasətçi

    Tam oxu »
  • POLİTURA

    is. [lat.] Ağacdan olan məmulatın üzərinə çəkib işıldatmaq üçün spirtli lak, spirtdə həll edilmiş qatran məhlulu

    Tam oxu »
  • POLK

    is. [rus.] Adətən diviziya, ya briqada tərkibinə daxil olan müstəqil qoşun vahidi. Qvardiya polku. Polk komandiri

    Tam oxu »
  • POLKA

    is. [çex. polka] 1. Cəld oynanılan Avropa rəqslərindən birinin adı, habelə həmin rəqsin musiqisi. Nəfəsli musiqi çalsa polkanı; Qızışır köhnənin soyum

    Tam oxu »
  • POLKOVNİK

    is. [rus.] Podpolkovnik rütbəsindən sonra gələn zabit rütbəsi və ya adı, habelə belə rütbəsi və ya adı olan şəxs

    Tam oxu »
  • POLKOVNİKLİK

    is. Polkovnik rütbəsində olma

    Tam oxu »
  • POLONEZ

    is. [fr.] Milli polyak rəqsi

    Tam oxu »
  • POLOVES

    is. Türk tayfalarından biri və həmin tayfaya mənsub olan adam; qıpçaqlar

    Tam oxu »
  • POLYAK

    Qərbi slavyan xalqlarından biri və bu xalqa mənsub adam

    Tam oxu »
  • POLYAKCA

    sif. və zərf Polyak dilində. Polyakca kitab. Polyakca-rusca lüğət

    Tam oxu »
  • POLYARLAŞMA

    fiz. İşıq və elektromaqnit titrəyişlərinin müəyyən bir səth üzərində baş verməsi xassəsi

    Tam oxu »
  • POMADA

    [fr.] Müxtəlif ətirli maddələrin qatışığından ibarət kosmetik yağ. Dodaq pomadası. – Çantasında cürbəcür pomada, üzyağı var; Dillənir dindirməmiş gərə

    Tam oxu »
  • POMADALI

    sif. Pomada çəkmiş (çəkilmiş), pomada sürtmüş (sürtülmüş). Pomadalı qız

    Tam oxu »
  • POMİDOR

    [ital. pomidoro] Quşüzümü ailəsinə mənsub bostan bitkisi. Pomidor şitil etmək. // Həmin bitkinin girdə qırmızı meyvəsi

    Tam oxu »
  • PONÇİK

    [pol. paczek] İçinə mürəbbə, riçal və ya başqa şirni qoyulan kömbə, qoğal

    Tam oxu »
  • PONÇO

    is. [isp.] Düzbucaq biçimli plaş

    Tam oxu »