“Harada” sözünün qədimi forması. Hər qanda məskən eyləsə aşiq, əsirdir. Nəsimi. Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır
is. [əsli ər.] 1. Keçmişdə ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir
bax qandal. Qandalaq qoymayır gecələr yatam; Ümid etməyirəm mətləbə çatam. “Qaçaq Nəbi”. Məşədi isə hər zaman atasını, onun qollarındakı zənciri, ayaq
“Qandallamaq”dan f.is
f. Əl və ayaqlara qandal vurmaq, buxovlamaq, zəncirləmək
“Qandallanmaq”dan f.is
məch. Əl və ayaqlarına qandal vurulmaq; buxovlanmaq, zəncirlənmək
sif. Əl və ayaqlarına qandal vurulmuş; buxovlu, zəncirli. Araz dəhlizdəki ayağı qandallı dustaqlara baxırdı
bax qankəsici
məch. Anladılmaq, başa salınmaq, bildirilmək, öyrədilmək
“Qandırmaq”dan f.is
f. Anlatmaq, başa salmaq. Nə qədər çalışdımsa, məsələni ona qandıra bilmədim. – Sən öz borcunu əmələ gətir, … vəssəlam, budur bax, qlasnı seçmə barəsi
[ər.] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm
sif. Qane edən, kifayətləndirən, razı edən, təmin edən, inandırıcı. Qaneedici cavab
sif. dan. Ətiacı, zəhəndə, hər şeyin ziddinə gedən, acı danışan. Qanıacı adam
is. dan. Qanıacı adamın xasiyyəti; ətiacılıq, zəhəndəlik
sif. Solğun, bənizi qaçmış. Kukla kök-qırmızı, Roza qanıaçıq və arıq idi. S.Rəhimov
bax qanıqdırmaq
bax qanıqmaq. Belə getsə onların dişi şirəyə batar, qanıxarlar, bu kənddə adam qalmaz. S.Rəhimov. Qan içib qanıxan canavarları; Məhv et silahının qüdr
bax qanıqmaq
sif. Adama yovuşan, adamlarla üns tutan; ünsiyyətli, səmimi. Qanıisti adam
is. Adama yovuşma, ünsiyyət
sif. 1. Qana yerikləyən, qana susamış, qana həris. // İs. mənasında. Sərt, azğın, bəd, quduz kimi it
zərf Çox pərt, çox tutqun, əhvalı pozğun halda. Dəniz buruğundan daha da qanıqara qayıtmış Qüdrət, Laləni yuxudan oyatmadı
is. Pərtlik, məyusluq, əhval pozğunluğu. [Yusif:] Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq
f. Alışdırmaq, dadandırmaq
“Qanıqmaq”dan f.is
f. 1. Alışmaq, dadanmaq; həris olmaq. Bu tula ov etməyə qanıqmışdır. 2. Qana susamaq, gözü qızmaq
bax qanıqmaq 2-ci mənada
məch. Başa düşülmək. Həzrət Əşrəf Hacı Nayibə qanılmayan dildə yavaşyavaş bir söz deyir. C.Məmmədquluzadə
sif. Qanıla bilməyən, başa düşülə bilməyən
1. “Qanırmaq”dan məch. 2. f. Çevrilmək, dönmək. [Nadir] dərhal məstliyindən ayıldı və qanırılıb baxdıqda Məstan bəyi gördü
“Qanırmaq”dan f.is
f. Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb, ayrıldıla
“Qanırmaq”dan icb
sif. Adamayovuşmaz, adamdanqaçan, adama isinişməyən; üzügülməz; xoşa gəlməyən. Qanısoyuq adam. O, çox qanısoyuqdur
is. Adama yovuşmama, adamdan qaçma, adama isinişməmə; qanısoyuq adamın keyfiyyəti
sif. Adamların rəğbətini özünə cəlb edən, özünə qarşı hüsn-rəğbət oyadan; sevimli, qanıisti. Qanışirin adam
is. Qanışirin adamın keyfiyyəti; sevimlilik, qanıistilik
sif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] … hədsiz zülmlər etmişlər
bax qaniçən. Gördülər qaniçici gözlərini əhli-nəzər; Bu sitəmkarları axırda tutar qan, dedilər. S.Ə.Şirvani
is. Zalımlıq, qəddarlıq, rəhmsizlik, vəhşilik
bax qankəsici. Qankəsən ot
sif. Qan axmasını dayandıran. Qankəsici dərman
is. tib. Müalicə məqsədi ilə xəstənin bədəninə başqasından alınmış qanı, yaxud öz bədəninin bir yerindən alınmış qanı başqa yerinə yeritmə
is. bot. Yarpağı tikanlı, özəyi yeyilən alaq bitkisi; qalağan. Qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev
sif. Qanqal bitən, qanqalı çox olan. Qanqallı əkin. Qanqallı çöllər
is. Çoxlu qanqal bitən yer. Belə bəhs edərək, gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar