Толковый словарь азербайджанского языка

  • QLÓBUS

    [lat.] Adətən öz oxu ətrafında fırlanan Yer kürəsinin modeli. Saçlarını geriyə daramış, uzunbığlı, ucaboylu müəllim əlində qlobus qapı ağzında göründü

    Полностью »
  • QLÜKÓZA

    is. [yun.] Üzüm şəkəri. “Qlükoza” adı yunanca “qlükos” sözündən gəlir ki, bu da “şirin” deməkdir və maddənin şirin dadı olduğunu göstərir

    Полностью »
  • QNEYS

    is. [alm.] Qədim metaforik süxur

    Полностью »
  • QNOSEOLÓGİYA

    [yun.] fəls. İdrak nəzəriyyəsi; fəlsəfənin, idrakın mənbələrindən, imkanlarından və vasitələrindən bəhs edən şöbəsi

    Полностью »
  • QNOSEOLOJİ́

    sif. fəls. Qnoseologiyaya, idrak nəzəriyyəsinə aid olan. Qnoseoloji görüşlər

    Полностью »
  • QOBELEN

    is. [fr.] Əllə toxunmuş şəkilli divar xalçası

    Полностью »
  • QOBÓY

    is. [fr.] Nəfəsli musiqi aləti

    Полностью »
  • QOBU

    is. 1. Sel və ya çay sularının uzun müddət axması və ya zəlzələ nəticəsində əmələ gələn çuxur, çuxur yer, kiçik dərə

    Полностью »
  • QOBUR

    is. Dəridən, ağacdan və s.-dən düzəldilmiş tapança və ya tüfəng qabı. Elmar … tapança qoburunu tapdı

    Полностью »
  • QOBURLU

    sif. Qoburu olan, qobura qoyulmuş, qobur içində olan. Ələmdar beşaçılan tüfəngini, taxta qoburlu mauzerini, patrondaşlarını götürüb yaraqlandı

    Полностью »
  • QOBUSTAN

    is. [qobu və fars. …stan] Qobuluq, düzənlik

    Полностью »
  • QOBUZ

    bax qopuz

    Полностью »
  • QOCA

    1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at. – Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içm

    Полностью »
  • QOCAFƏNDİ

    sif. Qoca üçün əlverişli, qocaya yaraşan, qocaya münasib olan

    Полностью »
  • QOCALAŞDIRMA

    “Qocalaşdırmaq”dan f.is

    Полностью »
  • QOCALAŞDIRMAQ

    f. Qoca göstərmək. Bu paltar onu lap qocalaşdırır

    Полностью »
  • QOCALAŞMA

    “Qocalaşmaq”dan f.is

    Полностью »
  • QOCALAŞMAQ

    f. Yavaş-yavaş qocalmaq, qocalıq yaşına dolmaq

    Полностью »
  • QOCALI-CAVANLI

    top. Qocalar və cavanlar hamısı. Qocalı-cavanlı hamısı təzə paltar geyinmişdi. Ə.Vəliyev

    Полностью »
  • QOCALIQ

    is. 1. Qoca adamın, heyvanın və ya ağacın halı. Ay ağalar, tutdu qoldan; Bixəbər birdən qocalıq. Molla Cümə

    Полностью »
  • QOCALMA

    “Qocalmaq”dan f.is

    Полностью »
  • QOCALMAQ

    f. 1. Qoca olmaq, qocalıq yaşına dolmaq. O çox tez qocaldı. – Cavanlar gəldi dünyayə, qocaldım, heyf, pir oldum

    Полностью »
  • QOCALMIŞ

    f.sif. 1. Qoca yaşına çatmış; qoca. Qocalmış kişi. Qocalmış şair. 2. Köhnəlmiş, gücdən düşmüş, yıpranmış

    Полностью »
  • QOCALTMA

    “Qocaltmaq”dan f.is

    Полностью »
  • QOCALTMAQ

    1. icb. Vaxtından tez qocalmasına səbəb olmaq. Dərd onu qocaltdı. 2. f. Qoca kimi göstərmək, qoca göstərmək

    Полностью »
  • QOCAMAN

    sif. 1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar

    Полностью »
  • QOCAYANA

    bax qocafəndi

    Полностью »
  • QOÇ

    is. 1. Qoyunun erkəyi, damazlıq erkək qoyun. Qoç döyüşünə qoç dayanar. (Ata. sözü). □ Qoç döyüşdürmək – keçmişdə: əyləncə üçün xüsusi təlim verilmiş q

    Полностью »
  • QOÇAQ

    sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd. [Heydər bəy:] …Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər

    Полностью »
  • QOÇAQCASINA

    zərf Qoçağa layiq bir surətdə, igidliklə, mərdliklə. Qoçaqcasına hərəkət

    Полностью »
  • QOÇAQLANMAQ

    bax qoçaqlaşmaq

    Полностью »
  • QOÇAQLAŞMA

    “Qoçaqlaşmaq”dan f.is

    Полностью »
  • QOÇAQLAŞMAQ

    f. Qoçaq olmaq, igidləşmək, cəsurlaşmaq, ürəklənmək. // Zirəkləşmək

    Полностью »
  • QOÇAQLIQ

    is. İgidlik, rəşadət, şücaət, mərdlik. Qoçaqlıq göstərmək. – [Tarverdi:] A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan

    Полностью »
  • QOÇBAŞI

    is. tar. Qədim müharibələrdə: qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti

    Полностью »
  • QOÇBAZ

    is. [qoç və fars. …baz] Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlayan və bu işlə məşğul olan adam

    Полностью »
  • QOÇBAZLIQ

    is. Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlama və qoç döyüşdürmə. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, qoçbazlıq … və bu kim

    Полностью »
  • QOÇBUYNUZU

    sif. və zərf Qoçbuynuzu kimi buruq. [Zöhrə] … birçəklərini qoçbuynuzu burdu, sonra balaca darağı ilə telini darayıb, birçəklərinin arasında qırçınladı

    Полностью »
  • QOÇLUQ

    is. dan. İgidlik, qoçaqlıq, ürəklilik, diribaşlıq, zirəklik, dilavərlik

    Полностью »
  • QOÇU

    is. köhn. Keçmişdə: xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü

    Полностью »
  • QOÇUBAZLIQ

    is. köhn. Keçmişdə: varlıların qoçu saxlaması, qoçulara arxalanması. // Qoçuluq etmə, qoçuluqla məşğul olma; xalqı tədhiş edib əziyyət vermə; qoçuları

    Полностью »
  • QOÇULUQ

    is. köhn. Qolçomaqlıq, qolugüclülük, zorakılıq. // Qoçuların başlı-başınalığı. Doğrudan da, mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı

    Полностью »
  • QODU-QODU

    is. etnoqr. Keçmişdə: arasıkəsilmədən yağış yağdıqda kənd uşaqlarının toplaşıb həyət-həyət gəzərək nəğmə oxuma mərasimi və bu mərasimdə oxunan nəğməni

    Полностью »
  • QODUQ

    is. Eşşəyin balası (bəzən söyüş yerində işlənir). Qoduq hürkəndə anasından qabaq düşər. (Ata. sözü)

    Полностью »
  • QODUQLAMA

    “Qoduqlamaq”dan f.is

    Полностью »
  • QODUQLAMAQ

    f. Bala doğmaq, balalamaq (eşşək haqqında)

    Полностью »
  • QODUQLANMA

    dan. “Qoduqlanmaq”dan f.is

    Полностью »
  • QODUQLANMAQ

    f. dan. Birinin qabağında kiçilmək, alçalmaq, yaltaqlanmaq

    Полностью »
  • QODUQLUQ

    is. dan. Dustaqxanaya zarafatla verilən ad. Qumru kənd soveti milisini çağırıb, … [Xuduşu] qoduqluğa saldırdı

    Полностью »
  • QOĞAL

    is. Kiçik, yağlı və ya yağsız, südlü girdə çörək; kökə. Yağlı qoğal. – Mehmanlara hazır elə min dürlü naharı; Ver küncə qoğalı

    Полностью »