Azərbaycan dilinin izahlı lüğəti

  • QOL-QOLA

    zərf Qollarını bir-birinə keçirmiş halda. Qol-qola gəzmək. Qol-qola sürüşmək. – Önümüzdə dursa da min əngəl, min təhlükə; Gəzəcəyik səninlə qol-qola ö

    Tam oxu »
  • QOLAC

    is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uz

    Tam oxu »
  • QOLAC-QOLAC

    sif. Uzun-uzun. Qolacqolac saçlar

    Tam oxu »
  • QOLACLAMA

    “Qolaclamaq”dan f.is

    Tam oxu »
  • QOLACLAMAQ

    f. dan. 1. Qolacla ölçmək. 2. Qollarını qabağa uzatmaq. Alo kişi adamlara tərəf qollarını qolaclayıb [dedi:] – A balam, niyə məəttəlsiniz! S

    Tam oxu »
  • QOLACLANMA

    “Qolaclanmaq”dan f.is

    Tam oxu »
  • QOLACLANMAQ

    məch. dan. Qolacla ölçülmək

    Tam oxu »
  • QOLAY

    sif. 1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda

    Tam oxu »
  • QOLAYCA

    sif. 1. Çox asan, zəhmətsiz, çox yüngül. Qolayca iş. Bu işi qolayca (z.) görmək olar. 2. Uyğun, münasib, rahat

    Tam oxu »
  • QOLAYLANMA

    “Qolaylanmaq”dan f.is

    Tam oxu »
  • QOLAYLANMAQ

    f. Birini vurmaq və ya bir şey atmaq üçün qolunu qaldırıb dala gərmək. Buğac … ceyranı hərləyib xanın lap yaxınında əlini kəməndə atıb qolaylandı

    Tam oxu »
  • QOLAYLAŞDIRILMA

    “Qolaylaşdırılmaq” dan f.is

    Tam oxu »
  • QOLAYLAŞDIRILMAQ

    məch. Asanlaşdırılmaq, yüngülləşdirilmək

    Tam oxu »
  • QOLAYLAŞMA

    “Qolaylaşmaq”dan f.is

    Tam oxu »
  • QOLAYLAŞMAQ

    f. Asanlaşmaq, yüngülləşmək. İş get-gedə qolaylaşır

    Tam oxu »
  • QOLAYLIQ

    is. 1. Asanlıq, yüngüllük. 2. Uyğunluq, münasiblik

    Tam oxu »
  • QOLAZLAMA

    “Qolazlamaq”dan f.is

    Tam oxu »
  • QOLAZLAMAQ

    f. Bir şeyi, qolunun gücü çatdığı qədər uzağa tullamaq, atmaq, tolazlamaq. Nainsaf … elə həna göndərib ki, heç zada dəyməz, lap çölə qolazlamalıdır

    Tam oxu »
  • QOLBAĞI

    bax qolbaq. Qızılgül əndamlı, lalə yanaqlı; Qolbağılar cumur qollara doğru. Aşıq Vəli

    Tam oxu »
  • QOLBAQ

    is. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd

    Tam oxu »
  • QOLBAQLI

    sif. Biləyində qolbaq olan, qoluna qolbaq keçirmiş. Qolbaqlı qız

    Tam oxu »
  • QOLBƏND

    is. Qolbaq. // Bazubənd. □ Qolbənd eləmək – cidarlamaq. Atı qolbənd eləyən Sarı İmaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı

    Tam oxu »
  • QOLÇAQ

    is. 1. İş zamanı qola taxılan, qalın parçadan, dəridən və sairədən hazırlanan xüsusi qol geyimi və ya sarğı

    Tam oxu »
  • QOLÇOMAQ

    is. 1. Yoxsulları, muzdurları istismar edən dövlətli kəndli. …Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama

    Tam oxu »
  • QOLÇOMAQLIQ

    is. 1. top. Qolçomaqlar. Qolçomaqlığın bir sinif kimi ləğv edilməsi. Ellikcə kollektivləşmə qolçomaqlığın ləğv edilməsi demək idi

    Tam oxu »
  • QOLFİ

    is. [fr.] Qısa qadın corabı

    Tam oxu »
  • QOLFSTRİM

    [ing.] coğr. Atlantik okeanında: Meksika körfəzindən şimal-şərqə doğru axan və Avropanın şimal-qərb tərəfinin iqlimini yumşaldan isti cərəyan

    Tam oxu »
  • QOLLU

    sif. Qolları olan. Qollu jaket. Qollu paltar

    Tam oxu »
  • QOLLU-BUDAQLI

    sif. Çoxlu qolları olan. Qollu-budaqlı ağac. – Dağlıq, yamaclıq yerlərdə dağın və yamacın ətəyindən başlayaraq, ətrafa qollu-budaqlı lağımlar atırlar

    Tam oxu »
  • QOLLU-QANADLI

    bax qol-budaqlı. Şəhərin kənarındakı qollu-qanadlı ağacların yaşıl budaqları alaçığa çevrilərək ağacların diblərini quru saxlayırdı

    Tam oxu »
  • QOLORDU

    is. hərb. köhn. Bir neçə diviziya, ya briqadadan ibarət iri qoşun birləşməsi; korpus

    Tam oxu »
  • QOLSUZ

    sif. 1. Qolu olmayan. Qolsuz mayka. Qolsuz köynək. Qolsuz jilet. – Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər

    Tam oxu »
  • QOLSUZ-QANADSIZ

    sif. Aciz, hər cür imkandan məhrum; bir iş görməyə imkanı, bacarığı olmayan

    Tam oxu »
  • QOLTUQ

    is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur

    Tam oxu »
  • QOLTUQAĞACI

    is. Topal və ya ayağı xəstə adamların gəzərkən qoltuqlarının altına qoyub dayaq kimi istinad etdikləri ağac

    Tam oxu »
  • QOLTUQALTI

    is. Qoltuq altına qoyulan kiçik yastıq

    Tam oxu »
  • QOLTUQÇU

    is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyr

    Tam oxu »
  • QOLTUQÇULUQ

    is. köhn. Qoltuğunda parça və xırdavat gəzdirib satmaq peşəsi; xırdavatçılıq. [Xəlil:] Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vu

    Tam oxu »
  • QOLTUQFÜRUŞ

    [qoltuq və fars. …füruş] köhn. bax qoltuqçu

    Tam oxu »
  • QOLTUQFÜRUŞLUQ

    is. köhn. bax qoltuqçuluq. [Hacı Rəcəbəli:] Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edir, gecələr mənim yanımda olur

    Tam oxu »
  • QOLTUQLAMA

    “Qoltuqlamaq”dan f.is

    Tam oxu »
  • QOLTUQLAMAQ

    f. 1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək. 2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək

    Tam oxu »
  • QOLTUQLANMA

    “Qoltuqlanmaq”dan f.is

    Tam oxu »
  • QOLTUQLANMAQ

    “Qoltuqlamaq”dan məch

    Tam oxu »
  • QOLTUQLU

    sif. Qoltuğu söykəmək üçün xüsusi yeri olan. Qoltuqlu kürsü. Qoltuqlu stul. – …Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu

    Tam oxu »
  • QOLTUQSAZI

    is. mus. Orta həcmli, beşsimli saz. Çayçı dükanlarında … əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar

    Tam oxu »
  • QOLUBAĞLI

    zərf və sif. Qolları bağlı; qolları bağlı olduğu halda. Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim

    Tam oxu »
  • QOLUÇİRMƏKLİ

    sif. və zərf Paltarının qolları qaldırılmış. Qoluçirməkli işləmək. – Qoluçirməkli uzunboy xəmirgir işarə ilə taxtın üstünü göstərdi

    Tam oxu »
  • QOLUGÜCLÜ

    bax qolçomaq 2-ci mənada. Ayna Mirzə Polad müəllimin gizli işlərə qoşulduğunu, qolugüclülər qabağına çıxıb, fəqir-füqəra tərəfdə dayandığı günlərdən n

    Tam oxu »
  • QOLUGÜCLÜLÜK

    is. bax qolçomaqlıq 2-ci mənada. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu

    Tam oxu »